Arxiv
11 Fervral 2011, 20:52 | REPORTAJ
“Cənab vicdan” çağırılan Mübarək və ailəsi (fotoşəkillərlə)


Xalqın təkidindən sonra istefa verməyə məcbur olan Hüsnü Mübarək Misirin 60-70-ci illər siyasi tarixinin əsas fiqurlarından hesab edilir. Xüsusən Misir-İsrail müharibəsi zamanı özünü yaxşı hərbiçi kimi tanıda bilib. Misir Hərbi Hava Qüvvələrinin komandanı olub. Bundan başqa Misirdə hərbi aviasiyanın qurulmasında Mübarəkin xüsusi rolu olub. O, Misirin ali dövlət mükafataları ilə təltif edilib. 1973-cü ildə “Hərbi Şərəf ulduzu” , “Sinay Ulduzu” və “Nil boyunbağısı”ordenləri ilə və medallarla təltif edilib.

Mübarəkə hakimiyyətdə olduğu illərdə heç bir orden verilməyib. O bütün mükafatlarını özünün hərbi xidməti zamanı qazanıb. Prezident olduğu illərdə yalnız yübley nişanları və xarici dövlətlərin mükafatları ilə təltif edilib. Əvvələr nadir hallarda hərbi tədbirlər zamanı mündir geyən Mübarək son illərdə ümumiyyətlə mülki geyimdə gəzir. 

Mübarək rus dilində pis danışmır. O vaxtilə Sovet İttifaqının Frunze adına hərbi Məktəbində təyyarəçilik kurslarında oxuyub. Odur ki, sovet istehsalı olan təyyarələrə həmişə üstünlük verib.

Sadə misirili ailəsində anadan olan Mübarək özünün hərbi şöhrəti üçün Misirin məşhur prezidenti Camal Əbdül Nasir epoxasına bocludur. Siyasi karyerası isə Ənvər Sadatın dövründə başlayıb. Sadat onu vitse-prezident postuna təyin etməklə ali hakimiyyətə aparan yolu Mübarək üçün açıb. 

“Cənab vicdan” çağrılan Mübarək...

Hakimiyyətinin ilk ilərində sadə misirlilər Mübarəki düzgün və adələtli olduğuna görə qiymətləndirirdilər. O özünü Ənvər Sadat dövründə baş alıb gedən korrupsiya dalğasından kənarda saxlaya bilmişdi. Misirlilər Ənvər Sadatın və onun ailəsinin utanmadan Misirin var-yoxunu qarət erməsini həzm edə bilmirdilər. Bu xüsusda Mübarək istisna idi. Təəccüblü deyil ki, son illərə qədər xalq arasında Mübarəki “cənab vicdan” deyə çağırırdılar.

Bəlkə də o elə-belə də vicdanlı və xeyirxah vitse-prezident kimi qalacaqdı. Amma Ənvər Sadatı o dünyaya göndərən güllə Mübarəki daha irəliyə itələdi. O Misirin prezidenti oldu.  Hərbi parad zamanı Ənvər Sadatın yanında duran Mübarəki ölümdən 10 santimetr xilas edib. Güllə atan qatilin qışqıraraq “sən kənara çəkil, bizə fironu öldürmək lazımdır” çığırtısını Mübarək yəqin ki heç vaxt unutmayacaq.

“Yeni Misiri Misirin əməkçi xalqı quracaq” Mübarəkin ən çox sevdiyi ifadədir. 

Prezident Mübarək ərəb dünyasında İsrailə gedən yeganə Misir prezidentidir. O dəfələrlə bu təklifdən boyun qaçırsa da, son nəticədə Amerika təzyiqi qarşısında tab gətirmədi. Bir neçə saatlığa Neha səhrasında yerləşən İsrail yaşayış məntəqəsinə gələn Mübarək sonradan etiraf edib ki, bu addımı ürəyinin əleyhinə olaraq atıb.

Bundan başqa Misir prezidenti o zaman üçün xeyli ikitərəfli münaqişələrin həlli üçün vasitəçi qismində iştirak edib. Məsələn İran-İraq müharibəsində... Onun apardığı siyasət nəticəsində Sadat Misirindən xeyli fərqlənən bir ölkəni siyasi meydana çıxara bildi.

Bir zamanlar populyar olan liberal prezident

Eks-prezident Ənvər Sadat rəsmi qəbulları, bahalı naharları, mərasimləri sevirdi. Mübarək isə bahalı bohema həyatını sevmir, onun rəyincə, ifrat məclislər nifrət edir. Sadat ordenlər düzülmüş hərbi mündiri ilə kütlə qarşısında görünməyi sevirdi. Mübarək isə prezident olduğü zaman heç vaxt hərbi mündirlə görünməyib.   

O zamanlarda Sadatın korrupsioner, Mübarəkin isə ələalınmaz patriot imici var idi. Sadat dəbdəbəli saraylarda vaxtını keçirir, Mübarək isə 1972-ci ildə özünün pulları ilə tikdiyi ikimərtəbəli villasında yaşayırdı.. 

Ənvər Sadatı anadangəlmə artist sayrıdılar. O uzun və bezdirici çıxışları, gözəl ifadələi ilə danışmağı bacarırıdı.. Mübarək isə teatral jestləri bacarmır və boşboğazaları və sözlə oynayanları xoşlamır.  Mübarək haqqında ziyalı kəsim müxtəlif gülməli əhvalatlar danışsalar da, bu hekayələrdə Sadat haqqında olan nifrət və qəzəb yox idi...

Hakimiyyətin ilk illərində ölkədə demokratik proseslərə təkan verən Mübarək söz azadlığına imkan yaratdı, müxalidət liderlərinin hamısını həbsxanadan azad etdi. Misirilər Sadat dönməindən fərqli olaraq liberal bir rejimin istiliyini hiss etdilər.  

Mübarək özünün həyat tərzini də dəyişməyib. O son illərə qədər səhər saat beşdə yuxudan durur və ailə üzvləri üçün səhər yeməyi hazırlayır. Saat altıdan səkkizə qədər məruzə və məlumatlarla tanış olur. Bundan sonra özünün dəftərxanasına gedir.

Saat 15.00-a qədər xarici nümayəndə heyətlərinin qəbulu, hökümət nümayəndələri ilə iclas olurr. Daha sonra iki saat HHQ-nin idman klubunda gimnastika və tennis oynayır. Özünün cavan qalması ilə o istənilən gəncə nümunə ola bilər.

Axşam yenidən iş günü başlanır...

1978-ci ildə Mübarək Suzanna Sabetlə ailə qurub. Onların iki oğlu var: Alaa və Qamal. Aladan olan nəvəsi 12 yaşlı Məhəmməd 2009-cu ilin mayında vəfat edib.

Qanlı cinayətin şahidi olan birinci xanım...

Misirin birinci xanımı Syuzan Mübarək 28 fevral 1941-ci ildə anadan olub. Onun ailəsi qarışıq sayılır. Atası misirli, anası iləs xristian dininə tapınan valliya xalqının nümayəndəsidir. Syuzan Qahirədəki “müqəddəs Klara” məktəbində oxuyub. Daha sonra 1977-ci ildə Qahirədə yerləşən Amerika Unversitetinin siyasi elmlər üzrə baklavr pilləsini bitirib. 1982-ci ildə “Misir şəhərlərinin sosial formalaşması” mövzusunda dissertasiya müdafiə edərək magistr olub. 1977-ci ildə onun tərəfindən “Integrated Care Society” adlı xeyriyyə çəmiyyəti yaradılıb. Syuzan Mübarək bu günə qədər Fonda rəhbərlik edir.  

1978-ci ildə Mübarəklə rəsmi nikah bağlayan Syuzan prezident xanımı olduğu dövrdə də xeyriyyəçi kimi tanınıb. Syuzan Mübarək həmçinin uşaq və qadın hüquqlarının müdafiəçisi kimi də populayr olub. O, 1988-ci ildə İraqda prezident sarayında baş verən dəhşətli cinayətin şahidi kimi də tarixə düşüb. İraqda olan Syuzanın şərəfinə verilən nahar zamanı İraq prezidenti Səddam Hüseynin oğlu Udey onun gözü qarşısında Səddamın mühafizəçisinin vurub öldürür. 

Hazırda Syuzan Mübarək ana və uşaq üzrə Milli Şuranın üzvü, gənc ədəbiyyatçılar komitəsinin rəhbəridir. “Savad hamı üçün” hərəkatının lideri olan Syuzan Mübarək həmçinin Misirdə və Afrikada dəbdə olan qızların sünnət edilməsi adətinə qarşı sərt mübarizəsi ilə tanınır. Onun iştirakı ilə Misirdə uşaq müzeyi yaradılıb.

1998-ci ildə Avropanın elm və incəsənət akademiyasının qadın və uşaq azadlığı uğrunda apardığı mübarizəyə görə “tolerantlıq mükafatını” alıb. Özünün fəal xeyriyyəçilik işlərinə görə Misirdə o “Ana Syuzan” adı ilə çağırılır.   

Heç vaxt məscidə girməyən varisin puç olan arzuları..

Onların böyük oğlu Alaa barədə məlumatlar çox azdır. Yalnız o məlumdur ki, Alaa tanınmış biznesmendir. Kiçik oğlu Qamal isə siyasi dairələrdə yaxşı tanınır.

Qamal Mübarək 1963-cü ildə anadan olub. O da həmçinin Qahirədəki Amerika Unversitetində təhsil alıb. “Bank of Amerika”da işləyib.

2000-ci ildə hakim Milli –Demokrat Partiyasının katibliyinə daxil olub. 2002-ci ildə partiyanın siyasi komitəsinin rəhbəri təyin olunub. Elə həmin illərdə onun atasından sonra hakimiyyətə hazırlandığı barədə şayiələr yayılmağa başlayıb. 2010-cu ildə Hüsnü Mübarək xəstə olarkən şayiə yayılır ki, özünün varisi kimi Qamalı elan edəcək. Bununla bağlı Misirdə narazılıq başlanır. Etiraz aksiyası keçirilir. Qamal partiya tərəfindən 2011-ci ildə prezidentliyə ən uyğun namziəd kimi baxılırdı. 
Qeyd edək ki, Qamal bir dəfə prezident olmayacağı barədə bəyanat verib. 2004-cü ildə verdiyi müsahibələrin birində o, hakimiyyətin varislik yolu ilə dəyişməsinin əleyhdarı olduğunu vurğulayıb. Qamal 2007-ci ildə Misir biznesmenin qızı Hədiqə Əl Qammalla ailə qurub. 2011-ci ilin yanvarında Misirdə başlanan etirazlardan sonra ölkəni tərk edərək Londona gedib.

Maraqlıdır ki, müsəlman adətlərinin ciddi şəkildə icra olunduğu Misirdə Qamalı bir dəfə də olsun məsciddə dua edən görməyiblər.

Təəccübli deyil ki, Misirdə çoxları üçün Qamal Mübarək dünyəvi həyat tərzinin təcəssümü sayılır. O avropasayağı geyinir və ingilis dilində təmiz danışır.

Mübarək ailəsi bu günlər özlərinin yaxşı vaxtlarını yaşamırlar.  Hakimiyyətdə qocalmış Hüsnü Mübarəkə qarşı qalxan etiraz dalğası onların taleyində hansı iz qoyacağı hələ bəlli olmasa da, bir şey aydındır: onlar ki, nəhayət ki, hakimiyyətin əbədi olmadığının fərqinə vara biliblər...
30 illik hakimiyyətin sonu çatdı...

P.S. Modern.az saytı bu yazını bir müddət öncə təqdim etmişdi. Hüsnü Mübarəkin istefa verdiyini nəzərə alaraq, oxucular üçün maraqlı olacaq deyə onu yenidən arxivdən üzə çıxardıq...

 

Xoşbəxt Mübarək ailəsi...

 

"Böyüyəndə sən də mənim kimi general olacaqsan". 

 

Prezident və Birinci Ledi... 

 

Hüsnü Mübarəkin oğlanları - Alaa və Qamal. 

 

Övladda nəvə, dövlətdə dəvə...

 

Prezidentin böyük oğlu Alaa Mübarək və xanımı.


Prezidentin kiçik oğlu Qamal Mübarək və xanımı.

 

Hüsnü Mübarək nəvəsiylə istirahətdə... "Prezident nəvəsi belə oturmaz!"

 

Baba və nəvə...

Kondaliza Rays və Hüsnü Mübarək: hələ hər şey yaxşıdır...

 

Evdə...

 

Liviya Prezidenti Qəddafi: "Möhkəm durun...".

 

"Dostumuz Mübarək bizi nəyə qonaq edəcək, hə..?

 

Papanı qarşılayarkən...

 

Yasir Ərəfatla qeyri-adi tərzdə görüşmək... "Kəlləsən, kəllə..!".

 

Hələ gülən vaxtlarıdı...

 

Qalstuksuz görüşdə... "Mübarəkkk!!!, Mübarəkkk!!!".

 

Gəzintidə...

 

Obamadan qabaqda getmək Mübarəkə yaman baha başa gəldi...

 

"İndi deyirsiniz o meydana toplaşan qara camaata görə 30 illik hakimiyyətimi təhvil verim, yoox...".

 

"O meydandakı xalqı görürsən, istefa ver, qurtarsın getsin...".

 

Prezidentin varisi Qamal Mübarək Təhrir meydanındakı 1 milyonluq izdihama hələ barmaq silkələyir.

 

Böyük oğul isə pəjmürdədir...

 

"Başqa yolu yoxdur, atan istefa verməlidir!".

 

Övlad itkisi ağır olur... Alaanın 12 yaşlı oğlunun dəfnində...


 "Vay başımıza gələnlər...".

"İstefa!!!! İstefa!!!".

 

Son hadisələr prezident oğullarını şoka salıb.

 

Bu da axırı...


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda silahlı insident 26 Yanvar 2020, 00:47 Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ 26 Yanvar 2020, 00:31 Uğursuz Daşaltı əməliyyatından 28 il ötür 26 Yanvar 2020, 00:12 Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO, VİDEO 25 Yanvar 2020, 23:57 Vüqar Bayramov Qəhrəmanlar parkında Horadiz sakinləri ilə görüşdü - FOTO 25 Yanvar 2020, 23:39 Türkiyədə yenə zəlzələ oldu 25 Yanvar 2020, 23:18 Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 25 Yanvar 2020, 19:33 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51
SORĞU Yeni parlamentdə kimlər olsun?