Arxiv
11 Fervral 2011, 17:06 | QARABAĞ
Tekanallarda uşaq verilişlərinin efir vaxtı müəyyənləşdirilib (Siyahı)

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi uşaqların mənəvi-əxlaqi tərbiyəsində incəsənətin, xüsusən də musiqinin rolu və bu sahədə mövcud vəziyyətin araşdırılmasına həsr olunmuş “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinə start verib. Layihə çərçivəsində təşkilatın könüllüləri tərəfindən 2011-ci ilin yanvar ayında Bakı və ölkənin 6 regionunda rəy sorğusu keçirilib.
Sorğu zamanı incəsənətin rolu bütün yaş qruplarından olan respondentlər tərəfindən müstəsna rol kimi qiymətləndirilib. Həmçinin uşaqların təlim-tərbiyyəsində və formalaşmasında uşaq mahnılarının zəruri olduğu xüsusi olaraq qeyd edilib. Uşaq mahnıları ilə əlaqədar bugünkü vəziyyəti qiymətləndirən respondentlərin 82,5%-i – çox pis, 14,3%-i – kafi, 2,8%-i – yaxşı, 0,4%-i – çox yaxşı cavablarını veriblər. Respondentlər uşaq mahnılarının çox az olduğunu, olan mahnıların səsləndirilməməsini, Azərbaycan bəstəkarlarının mahnılarının lazımı səviyyədə təbliğ olunmadığından bu boşluğun xarici mahnılarla doldurulması, uşaqlar üçün mahnıların yazılmasının gəlirli olmaması səbəbindən bəstəkarların bu sahəyə həvəslərinin olmaması, köhnə mahnıların unudulması, köhnə mahnıların yeni aranjmanlarının olmaması və s. qeyd ediblər. Sorğu zamanı məktəblərdə musiqi dərslərinin keçirilməsində olan problemlər də aşkarlanıb: məktəblərin musiqi alətləri ilə təminatında olan problemlər, peşəkar kadrların çatışmaması və s. Qeyd edək ki, mövcud qaydalara görə ölkənin ixtisaslaşmış musiqi təhsil ocaqlarının (Bakı Musiqi Akademiyası, Bakı Musiqi Kolleci) məzunları pedaqoji savad almadıqlarından məktəblərdə tədris edə bilməzlər. Nəticədə, rayon və kənd yerlərində bu fənnin tədrisi yalnız digər fənn müəllimlərinin əlavə dərs saatı almasına çevrilərək təbii ki, məktəblilərə qənaətbəxş səviyyədə tədris oluna bilmir.

Uşaqların mədəni və mənəvi formalaşmasında önəmli yer oynayan televiziyaya gəldikdə bu gün ölkə ərazisində yayımlanan 19 televiziya kanalı (8 respublika səviyyəli, 11 regional) arasında uşaq telekanalı yoxdur, halbuki dünyanın bir çox ölkəsində uşaqlar üçün telekanallar fəaliyyət göstərir. Azərbaycan telekanallarının proqramlarının monitorinqi uşaq verilişləri üçün ayrılan efir vaxtının müxtəlif olduğu (Xəzər TV-20,32%, CTV (Lənkəran)-12,62%, ANS-10,20%, İTV-7,40%, Kanal S (Şəki)-6,67%, Lider TV-6,63%, Aygün TV (Zaqatala)- 6,63%, Dünya TV (Sumqayıt)- 6,48%, Space TV-4,34%, AzTV-3,91%, ATV-2,55%, MTV (Mingəçevir)- 2,30%), uşaq verilişlərinin təhlili isə onların əsasən cizgi və ya animasiya filmlərindən ibarət olduğunu aşkar edib. Təqdim olunan maarifləndirici-əyləncəli verilişlərin sayı olduqca azdır (onların ümumi efir vaxtı verilişlərin təkrarı hesabına toplanır), bəzilərinin keyfiyyəti isə artıq dəfələrlə mətbuatda mütəmadi olaraq müzakirə olunub.

Təhsil Nazirliyinin verdiyi məlumata əsasən ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəmi 15,9%-i (şəhər - 23,4%, kənd - 8,4%) cəlb edilib. Belə olduğu halda kiçik yaşlı uşaqların əksəriyyətinin mədəni irsə yiyələnməsi ixtisaslandırılmış müəssisədən kənarda baş verir.

Aparılan tədqiqatın nəticələri isə göstərir ki, məktəbdə də bu və digər uşaqların incəsənət aləmi ilə tanış olmaqlarında ciddi problemlər mövcuddur. Beləliklə, araşdırmalar bu sahədə ciddi dönüşə ehtiyacın olmasını göstərib.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi gənc nəslin təlim-tərbiyəsi istiqamətində aparılan işlərin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması üçün müvafiq dövlət orqanlarının aşağıdakı məqamlara diqqət yetirməyini təklif edir:

1.   Uşaq  və  yeniyetmələr  siyasətinə dair qanunun qəbulu;

2.   Bütün ölkə ərazisinə yayımlanan uşaq televiziya kanalının açılması zəruri sayılmalıdır. Bu tipli telekanalın fəaliyyəti uşaq və gənclərin müxtəlif yaş qrupları üçün müntəzəm verilişlərin hazırlanması, həmçinin milli verilişlərin hazırlanmasında irəliləmə və s. məsələlərin həllinə imkan yarada bilər. 

3.   Uşaq mahnılarının gənc nəslin dünya görüşünə, əxlaqi normalara və saf təfəkkürə malik olan cəmiyyət üzvü kimi formalaşması üçün mühüm olmasını qəbul edərək bu sahədə əhəmiyyətli dönüş aparılmalıdır. Bu məqsədlə uşaq mahnılarının bəstələnməsi, yayılması və tanıdılması məsələlərinin həllinə yönəldilmiş məqsədyönlü tədbirlərin (müsabiqələr, yeni aranjmanda yazılmış uşaq mahnılarının diskləri və minusovkalarının buraxılışı) həyata keçirilməli məqsədə uyğun sayılmalıdır. Söz yox ki, bu fəaliyyətdə dövlət qurumlarının dəstəyi vacibdir.

4.   Məktəblilərin mədəni irsə yiyələnməsi məqsədilə teatr və digər sənət ocaqlarına pulsuz və ya  güzəştli abonement kart sisteminin tətbiqinə başlanılmalıdır.  


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva Üzeyir Hacıbəyli və Müslüm Maqomayevlə bağlı paylaşım etdi 18 Sentyabr 2019, 11:53 “Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX 18 Sentyabr 2019, 11:33 Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək 18 Sentyabr 2019, 11:32 Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı 18 Sentyabr 2019, 11:20 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04 Cəmil Quliyev yeni vəzifəyə təyin olundu 18 Sentyabr 2019, 11:01 Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatını Bakıya dəvət etdi 18 Sentyabr 2019, 10:57 Maşınla adam vurub öldürən sürücü tutuldu 18 Sentyabr 2019, 10:55 Ötən gün yol qəzalarında 7 nəfər ölüb 18 Sentyabr 2019, 10:51 BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi 18 Sentyabr 2019, 10:33 “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi Heydər Əliyev Mərkəzində 18 Sentyabr 2019, 10:27 Azərbaycan dilinin izdivac və idxal prosesində gücü 18 Sentyabr 2019, 10:27 Ermənistan atəşkəsi 20 dəfə pozdu 18 Sentyabr 2019, 10:24 AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr İZAH ETDİ 18 Sentyabr 2019, 10:18 Mahir Emrelinin evini yaranlar tutuldu - FOTOLAR 18 Sentyabr 2019, 10:14 Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: “Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...” 18 Sentyabr 2019, 09:55 “Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” - ETİRAZ 18 Sentyabr 2019, 09:40 Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31