Arxiv
17 Fervral 2011, 14:36 | TƏHSİL
Nazir müavini: "Şəhidlər Xiyabanının da qarşısında yeraltı keçid tikiləcək"

Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, "Bakı – Tbilisi – Qars yeni dəmir yolu layihəsi" üzrə işlər davam etdirilir, hazırda yolun Axalkələk – Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir, Kartsaxidə stansiya binasının tikintisinə başlanılıb. Artıq 46 ədəd müxtəlif suötürücünün, 5 körpü və yolötürücüsünün, 2,5 km dağətəyi su kanallarının tikintisi başa çatdırılıb. Elektrik kontakt şəbəkəsi üzrə 250 ədəd dayaq dəyişdirilib. Təkər cütlərinin dəyişdirilməsi stansiyasının (Axalkələk) və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4.2 km uzunluğunda tunelin layihələndirilməsi işləri yekunlaşıb. Yolun 158 km-lik Marabda-Axalkələk sahəsinin reabilitasiya və rekonstruksiyanın 3 mərhələdə aparılması nəzərdə tutulmuşdur. Artıq I mərhələ üzrə işlərə başlanılıb.
Hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində nazir müavini Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı da danışıb. Deyib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində Tehranda bir araya gələn Azərbaycan, İran və Rusiyadan olan mütəxəssislər İranın Rəşt və Astara şəhərlərindən Azərbaycanın Astara şəhərinə qədər dəmir yolu xəttinin tikintisi ilə bağlı müzakirələr aparıblar. “Mütəxəssislər iki gün ərzində dəmiryolunun tikintisi ilə məşğul olacaq məhdud məsuliyyətli cəmiyyətin yaradılması və nizamnaməsinin təsdiqi, sözügedən dəmiryolunun istismarı, sərnişin və yük daşımaları qaydalarının müəyyən edilməsi, texniki xidmətinin qaydalarının formalaşdırılması və sair məsələləri müzakirə ediblər”.

Qara dəniz ətrafı dairəvi magistral yol ideyası barədə məlumat verən M.Pənahov un sözlərinə görə, bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək.
“Layihə ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir: Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər Yerevanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil. Ümumilikdə Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır. Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq”.

Nazir müavini deyib ki, Tarif Şurasının qərarı ilə fevralın 1-dən Azərbaycanın dəmir yolunda sərnişindaşıma ilə bağlı tətbiq olunan yeni tariflər, hətta, artımdan sonra belə sərnişindaşımanın real maya dəyərini tam ödəmir.
“ Sərnişindaşıma bütün ölkələrdə zərərlə işləyən sahədir, amma əsas məqsəd bu zərərin müəyyən qədər azaldılması və əldə edilən gəlirin xidmətin səviyyəsinin artırılmasına yönəldilməsidir. Hazırda dəmir yolunda istifadə olunan vaqonların böyük hissəsinin istismar müddəti bitib. Əldə olunan gəlir onların təmir edilərək müasir avadanlıqlarla təmin olunmasına yönəldiləcək. Dəmir yolunda tariflərin artması ilə əlaqədar olaraq avtobuslarda da gediş haqqının qaldırılacağı, eləcə də avtomobil daşımalarında qiymətlərin qaldırılacağı ilə bağlı gəzən söz-söhbətlərlə əlaqədar onu deyə bilərəm ki, özbaşına artımlara yol verilməyəcək. Nəqliyyat Nazirliyinin müvafiq qurumları bu məsələyə nəzarət edir. Bu, tənzimlənən qiymətlərdir, ona görə də bu sahəyə dövlətin nəzarəti var”.

M.Pənahovun sözlərinə görə, Bakı şəhərində Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin ("Əzizbəyov" dairəsi) və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişmələrindəki yol qovşaqlarının sonuncu mərhələsində və Qələbə meydanında ("Gənclik" metro stansiyası) müxtəlif səviyyəli yol qovşaqlarında tikinti işləri davam etdirilir.
“Heydər Əliyev Hava Limanı – Mərdəkan dairəsi – Bilgəh mövcud avtomobil yolunun (19 km) 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsi üzrə yolun Mərdəkan dairəsinədək olan 7 km sahəsində və Bilgəh – Sumqayıt yeni avtomobil yolunda tikinti işləri intensiv olaraq davam etdirilir. Mikayıl Hüseynov küçəsi ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, "Azneft" meydanında, Neftçilər prospekti 81 ünvanında və prospektin Bülbül prospekti ilə kəsişməsində, Azadlıq meydanı və Dəniz vağzalının qarşısında, Niyazi küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində, Parlament prospektində Şəhidlər Xiyabanının qarşısında 7 ədəd yeraltı piyada keçidinin layihələndirilməsi və tikintisinə başlanılıb. Əsas etibarı ilə respublika əhəmiyyətli magistral avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə, “Təhlükəsizlik Kəmərlərindən İstifadə” olunmasının vacib olmasını təbliğ edən və yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlara vaxtında tibbi yardım göstərilməsini asanlaşdırmaq məqsədi ilə “Yol-Qəza Tibb Xidməti”-nin yerini və telefon nömrələrini göstərən lövhələr quraşdırılıb”.

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12 Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər   23 May 2019, 15:41