Arxiv
19 mart 2011, 21:07 | ÖLKƏ
"161"ə zəng edən vətəndaşlar rayonların Sosial Müdafiə mərkəzlərini ifşa ediblər (SİYAHI)

Baş Prokurorluq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların korrupsiya hüquqpozmaları barədə müraciətlərinin qəbulu işinin təkmilləşdirilməsi üçün zəruri tədbirlərin davam etdirildiyini bildirib. Vətəndaşların müraciətlərinin təxirə salınmadan qəbulu və onlara operativ baxılmasının təmin edilməsi məqsədi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində martın 3-dən 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı vaxtdan ötən müddət ərzində mərkəzə korrupsiya hüquqpozmalarına dair 747 müraciət daxil olub, 1500-dən artıq şəxsə isə hüquqları barədə izahlar verilib. ” Təhlillər göstərir ki, müraciətlər əsasən əhalinin sosial müdafiəsi, mülkiyyət hüquqlarının qeydə alınması, dövlət və bələdiyyə torpaqlarının qanunsuz olaraq satılması, bələdiyyə, yerli icra orqanları, səhiyyə, təhsil, gömrük, nəqliyyat, polis, məhkəmə hakimiyyəti orqanları və digər sahələrlə əlaqədar olmuşdur”-deyə Baş Prokurorluq bildirib. Qurumun məlumatına görə, qeydiyyata alınmış müraciətlərdən 493-ü və yaxud 66 faizi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması, eyni zamanda, cinayət xarakterli pozuntular aşkar edildiyi təqdirdə toplanmış materialların prokurorluğa göndərilməsi üçün müvafiq nazirlik, komitə və yerli icra hakimiyyəti orqanlarına göndərilib.   Müraciətlərin 58-i, yaxud 7,8 faizi nəticəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə bildirilməklə baxılaraq müvafiq tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə rayon və şəhər prokurorluqlarına göndərilib. Vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa olunması, korrupsiya hüquqpozmalarından əziyyət çəkənlərin hüquqlarının bərpası məqsədi ilə "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. ”Bununla əlaqədar "Qaynar xətt" əlaqə mərkəzinə sosial müdafiə sahəsində korrupsiya hüquqpozmaları barədə daxil olmuş məlumatlardan 2-si üzrə artıq cinayət işləri başlanmışdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad və Kürdəmir rayon mərkəzlərinin işçiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verilməsi nəticəsində vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, törətdiyi cinayət əməllərinə görə həmin qurumların vəzifəli şəxsləri təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir”. "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə aparılmış ümumiləşdirmə zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı şikayətlərin artdığı müşahidə edilib. Bu qəbildən olan şikayətlərin əksəriyyəti Sabirabad, Kürdəmir, Quba, Ağcabədi, Ağdaş, İsmayıllı, Ağdam, Laçın, Gəncə şəhəri, Bakı şəhərinin Nizami rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olub. Müəyyən edilib ki, vətəndaşlara hesablanmış ünvanlı sosial yardımın 4-6 ayının pulları rayon mərkəzlərinin vəzifəli şəxsləri tərəfindən mənimsənilib, həmçinin yardımın təyin edilməsi üçün onun müəyyən hissəsinin gələcəkdə vəzifəli şəxslərə veriləcəyi şərti ilə yardım təyin edilib. ”Aparılmış təhlil göstərir ki, bir çox hallarda ünvanlı sosial yardımın alınması ilə əlaqədar müraciət etmiş buna hüququ olmayan şəxslər rayon sosial müdafiə mərkəzlərinin əməkdaşları ilə qabaqcadan cinayət əlaqəsinə girməklə alınmış yardımı öz aralarında bölmüşlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyəti üzərində nəzarətin lazımi səviyyədə həyata keçirilməməsi nəticəsində ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi və ödənilməsi sahəsində kobud qanun pozuntularına yol verilmişdir. Həmin nöqsanların aradan qaldırılması və digər zəruri təşkilati tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına müraciət edilmişdir”-deyə Baş Prokurorluq bəyan edib. "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlərə dövlət qulluğunda, o cümlədən hüquq mühafizə, habelə yerli özünüidarə orqanlarında, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında tutduqları mövqedən asılı olmayaraq, korrupsiya cinayətləri və ya hüquqpozmaları törətmiş bütün vəzifəli şəxslərin məsuliyyət məsələləri qanunçuluq prinsipi əsas tutulmaqla araşdırılır. Eyni zamanda, mənfi hərəkətləri ilə prokurorluq orqanlarının nüfuzuna xələl gətirən şəxslərlə mübarizə və kadr korpusunun sağlamlaşdırılması prokurorluq orqanlarının daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə ən qəti tədbirlərin görülməsi davam etdirilir. ”Belə ki, Ağdaş Rayon Prokurorluğunun müstəntiqi Fəxrəddin Əliyevin qulluq mövqeyindən istifadə edərək 8 il müddətinə azadlıqdan məhrum olunmuş Təvəkkül Əliyevin cəzasını yüngülləşdirəcəyini vəd edərək onun həyat yoldaşı Tamilə Əliyevadan 7400 ABŞ dolları alaraq mənimsəməsi faktına görə sonuncunun bu barədə 161 "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə cinayət işi başlanmış və Fəxrəddin Əliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir”. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılan 196 müraciətdən 60-ı üzrə vətəndaşlar idarədə qəbul edilməklə onların ərizə və izahatları alınıb, əsasən bölgələrin sakinləri olan 136 müraciət müəllifləri isə müxtəlif səbəblərdən idarəyə gələ bilmədiklərindən onların qəbul olunaraq ərizə və izahatlarının alınması müvafiq ərazi prokurorluqlarına həvalə edilib. Həmin müraciət müəlliflərindən 78-nin ərizə və izahatları rayon (şəhər) prokurorluqlarında alınaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim olunub. İdarədə araşdırılan müraciətlərdən 38-i üzrə vətəndaşların şikayətləri araşdırma zamanı təmin olunub. Baş Prokurorluq bəyan edib "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş bütün müraciətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması, mərkəzə daxil olan müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək. Modern.az

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ 30 May 2020, 16:55 Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar 30 May 2020, 16:47 Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb - Faktiki hava 30 May 2020, 16:40 Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO 30 May 2020, 16:33 Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı 30 May 2020, 16:25 “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanıldı - FOTO 30 May 2020, 16:17 Tural Gəncəliyevdən kanadalı həmkarına ETİRAZ 30 May 2020, 16:10 Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir   30 May 2020, 16:02 Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir 30 May 2020, 15:55 Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59 Köçkünlərin mənzil-məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir - Çingiz Qənizadə 30 May 2020, 14:52 Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüş vaxtı AÇIQLANDI 30 May 2020, 14:38 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:30 İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib   30 May 2020, 14:22 Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək 30 May 2020, 14:15 Sürücülərin nəzərinə - paytaxtın bu küçəsində təmir gedir   30 May 2020, 14:07 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53