Arxiv
12 May 2011, 16:34 | ÖLKƏ
Bişkekdə kəsilən atəş: Azərbaycan hansı protokolu imzalayıb?

Keçmiş dövlət müşaviri: “Biz tamam başqa sənədə imza atmışıq”

Bu gün Ermənistanla Azərbaycan arasında atəşkəslə bağlı imzalanmış Bişkek protokolunun 17 –ci ildönümüdür. Bu sənəd hazırda erməni tərəfinin əlində siyasi alver predmetiinə çevrilib. Erməni siyasətçiləri və politoloqları bir ağızadan bu protokola istinad edərək guya Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlarda bərabərhüquqlu tərəf kimi tanıdıqlarını iddia edirlər. Bəs əsl həqiqət necə olub?
Modern.az 1993-1995-ci illərdə Azərbaycan Prezidenti Heydər Əliyevin beynəlxalq məsələlər üzrə müşaviri olmuş Qabil Hüseynlidən Bişkek Protokolu ilə bağlı bəzi məqamları aydınlaşdırmağı xahiş edib. Dövlət müşaviri olan Q.Hüseynli həmin vaxt proseslərin içində olub.

Q. Hüseynlinin sözlərinə görə, Bişkek sazişi atəşkəs rejiminin yaradılması üçün imzalanmış hüquqi –siyasi sənəd idi və Azərbaycan bu sənədə imza atmaq istəyirdi.

“Çünki Azərbaycan arıq Rusiyanın ciddi dəstəyi ilə hərbi əməliyyatalar aparan ermənilərə qarşə dayana bilmirdi. Ermənilərin maksimum məqsədi Daqğlıq Qarabağ ətrafında təhlükəsiz bufer zonası yaratmaq idi. Bundan əlavə, ermənilərin daha ciddi niyyətlərindən biri Yevlaxı ələ keşirmək, Murovdan enərək Gəncəyə girmək və bu hissəni Bakıdan ayırmaq idi. Çox təhlükəli vəziyyət yaranmışdı və Azərbaycan Rusiyanın təklif etdiyi atəşkəsə razılıq verdi”-deyə politoloq vurğulayıb.  
Q.Hüseynlinin sözlərinə görə, sülh sazişinin vacibliyini Moskva da gözəl başa düşürdü.
“Ruslar görürdülər ki, vəziyyət ənadəzədən çıxır. Çünki ermənilərin daha bir neçə rayonu tutmasını dünya qəbul etməyəcəkdi və Ermənistanı işğalçı elan edəcəkdilər. Bundan sonra Rusiya guya, vasitəçilik təklifini irəli sürdü. Və atəşkəs sənədinin Bişkekdə imzalanmasını təklif etdi”.

Mərhum prezident Heydər Əliyev atəşkəslə bağlı sənədi imzalamaq üçün Bişkekə Ali Sovetin sədrinin birinci müavini mərhum Afiyəddin Cəlilovu göndərir. Qırğızıstanın paytaxıtna gələn A.Cəlilov burada gözlənilməz vəziyyətlə qarşılaşır. Onu burada ruslarla yanaşı, Dağlıq Qarabağ erməniləri qarşılayır. Bişkekdə A.Cəlilova deyirlər ki, atəşkəs protokoluna “Dağlıq Qarabağ Respublikası” adından da imza atılmalıdır. Dərhal Bakıya zəng vuran vitse-spiker vəziyyət barədə Heydər Əliyevə xəbər verir. Prezident onu Bişkeki tərk edərək Bakıya qayıtmağa çağırır.  

“A.Cəlilov Bakıya zəng edərək bildirdi ki, atəşkəs haqqında sənədi imzalamaq üçün qondarma “DQR” nümayəndələri də Bişkekə gəlib. Heydər Əliyev məsləhətləşmələrdən sonra A.Cəlilova Bakıya qayıtmağı tapşırdı”-deyə Q.Hüseynli bildirib.

Cəlilov Bişkeki tərk edəndən sonra Rusiyanın Minsk Qrupundakı həmsədri Kazimirov Bakıya gəlir.
“Bakıda görüş zamanı  Heydər Əliyev ona dedi ki, atəşkəs haqqında sənəddən “DQR” ifadəsi  çıxarılmalı və ora erməni və Azərbaycan icmasının nümayəndələrinin adı salınmalıdır. Kazimirov dərhal razılaşdı. Qərara alındı ki 3 nüsxədə-erməni rus və Azərbaycan dilində hazıralanan sənəddə Azərbaycan Prezidentinin təkidli tələbi ilə qondarma “DQR” sözü çıxarılsın və sənədə “erməni və azərbaycanlı icmaları” ifadəsi salınsın. Bundan sonra ekspertlərin iştirakı ilə protoklun üç nüsxədə tərtib edildi. Xatırlayıram ki, Heydər Əliyevin təkidli tələbindən sonra Kazimirov Azərbaycan tərəfinin düzəliş etdiyi sənədin hüquqi qüvvəsinin olduğuna dair imza da atdı. Bundan sonra Milli Məclisin sədri Rəsul Quliyev Bişkekə gedərək sənədi imzaladı. Onunla yanaşı, bu sənədi Azərbaycan icması adından Şuşa şəhər İcra Hakimiyyətinin başçıss Nizami Bəhmənov imzalayıb”-deyə Q.Hüseynli vurğulayıb.

Keçmiş dövlət müşavirinin sözlərinə görə, indi ermənilərin bizim tərəfdən guya “DQR”in tanınması ilə bağlı iddiaları yersizdir.
“Yəqin ki, onlar protokolun ilk varianıtına əsaslanıb belə mənasız iddia irəli sürürlər. Halbuki, rəsmi Bakı protokolun ilkin variantını imzalamaqdan imtina edib. Orada Azərbaycan tərəfinin imzası yoxdur. Biz yalnız “erməni və azərbaycan icmasının nümayəndələri” olan sənədləri imzalamışıq”-deyə politoloq vurğulayıb.

Q. Hüseynli qeyd edib ki, Rusiyalı həmsədr Vladimir Kazimirov Bakıda olarkən sənədlərin hər üç variantını Bakıya göndərəcəyini vəd etsə də, 1995-ci ilə qədər bu sənədlər Bakıya göndərilməyib.
“Mənim ondan sonra bu sənədlərin bizə göndərilib-göndərilmədiyindən məlumatım yoxdur” –deyə Q.Hüseynli vurğulayıb.

Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan Bişkek protokolu 1994-cü ilin mayında imzalanıb. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atıb.

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu.

Xaqani Səfəroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hava limanında nəzarət gücləndirilib: Koronovirusa nəzarətçi heyətin sayı artırılıb 22 Fevral 2020, 11:01 MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək 22 Fevral 2020, 10:52 Polis Bakıda axtarışda olan 26 nəfəri saxladı 22 Fevral 2020, 10:44 Serbiyada Xocalı qurbanlarının xatirəsi anılıb - FOTO 22 Fevral 2020, 10:36 “Hamı Qarabağ, “Qarabağ Azərbaycandır!” - Azərbaycanlılar bu gün Berlində toplanır   22 Fevral 2020, 10:28 Baş redaktor azadlığa çıxdı 22 Fevral 2020, 10:18 Fransalı alim: “Xəzər dənizinin səviyyəsi 2 metr azalıb, daha da azalacaq” – MÜSAHİBƏ 22 Fevral 2020, 10:09 “Srebrenitsa anaları” Xacalının anım tədbirində - FOTO 22 Fevral 2020, 10:02 Küveyt İrana uçuşları dayandırdı 22 Fevral 2020, 09:55 Vasif Talıbov müəllimə 5 min manat mükafat verdi 22 Fevral 2020, 09:48 Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB 22 Fevral 2020, 09:40 Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 22 Fevral 2020, 09:33 “Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq 22 Fevral 2020, 09:24 Qondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB 22 Fevral 2020, 09:16 Cəbhədə gərginlik artıb - atəş kəsmir 22 Fevral 2020, 09:10 Sankt-Peterburq - Bakı reysi ləğv edildi - Foto 22 Fevral 2020, 08:49 Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatıb 22 Fevral 2020, 08:41 Şamaxıda zəlzələ olub 22 Fevral 2020, 08:26 Parisdə Xocalı faciəsinin anım mərasimi - FOTO 22 Fevral 2020, 08:16 Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12 Azərbaycan nefti ucuzlaşdı 21 Fevral 2020, 20:54