Arxiv
16 İyun 2012, 14:10 | İQTİSADİYYAT
63 yaşlı Mitxun Çakroborti: Sol radikal inqilabçıdan “Disko rəqqası”nadək...

Modern.az saytının məlumatına görə, sovet gənclərinin kumiri olan məşhur hind kino aktyoru Mitxun Çakrobortinin bu gün doğum günüdür. Onun çəkildiyi “Disko rəqqası” filmi keçmiş SSRİ-də fantastik şöhrət qazanmışdı, xüsusilə də Azərbaycanda. Film sovet prokatına  60 milyon manat gəlir gətirmişdi. Mitxun o zamanın gənclərinin əsl məhəbbət kumiri idi.
1984-cü ildə Daşkənd Beynəlxalq Kinofestivalı çərçivəsində SSRİ-yə gələn M.Çakroborti 3 gün oteldən kənara çıxa bilməmişdi. Bütün Orta Asiya ölkələrindən Daşkəndə gələn gənc fanatlar mehmanxana ətrafında toplaşaraq isterikcəsinə qışqırır “Cimi, Cimi” deyə onu çağırırdılar. Kütləni yalnız milis gücünə dağıtmq mümkün olmuşdu...

Mitxun Çakroborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur.  Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mitxunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir.

Bombeydə ətriyyat malları satan Mitxun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər. Amma boy-buxununa baxıb razı olurlar. Mitxun Çakroborti Kino İnstitutunu qızıl medalla başa vurur.

İlk dəfə olaraq 1976-cı ildə “Kral ovu” filmi ilə böyük ekrana gələn Mitxun burada sadə bir ovçunun faciəvi həyat dramını yaradır. Film böyük uğur qaznır.  Milli kinofestivalda Çakroborti ölkənin ən yaxşı kino aktyoru adına layiq görülür. 

Hindistanda “alternativ kino” sahəsində bir neçə filmə çəkilən Mitxun gözlənilməz çevriliş edərək kommersiya filmlərinə gəlir. 1982-ci ildə onun baş rolu oynadığı “Disko rəqqası” filmi ağlagəlməz uğur qazanır. Onun yaratdığı “Cimi” obrazı həddindən çox sevilir. Mitxun ölkənin beş ən tələb olunan aktyoruna çevrilir.

80-ci illərin sonuna qədər Mitxun Çakroborti 300-dən artıq filmə çəkilmişdi. 90-cı illərdə Mitxun Çakrobortinin populyarlığı zəifləyir. Bu illərdə o daha çox mənfi rolları oynamağa başlayır. 2005-ci ildə çəkilmiş “Elan” filmində oynadığı beynəlxalq terrorçu rolunu oynayan Mitxun bir dəfə belə rollara görə tamaşaçılrdan  üzr də istəyib. 

Mitxun Çakroborti hind aktrisası Yoqita Bali ilə evlidir. Onların 3 oğlu, 1 qızları var. Bir oğlu, Mimoh ailənin  kino karyerasını davam etdirir.

Son illər Mitxun Çakroborti daha çox biznes sahəsinə diqqət yetirir. Uta şəhərində onun mehmanxana şəbəkəsi var.






Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15 Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR 28 İyul 2021, 11:10 Ağdaş sakinindən “patı” və tramadol götürüldü - FOTO 28 İyul 2021, 11:04 Ortaq Türk ordusu yaradılacaq? - Spikerdən CAVAB 28 İyul 2021, 10:58 Azərbaycan nefti bahalaşdı  28 İyul 2021, 10:52 Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO 28 İyul 2021, 10:46 Ermənilər mövqelərimizi tanklardan atəşə tutur  28 İyul 2021, 10:40