Arxiv
10 Dekabr 2009, 12:40 | REPORTAJ
Yaralı şəhər

BEŞ GÜNLÜK MÜHARİBƏNİN QORİ ŞƏHƏRİNDƏ BURAXDIĞI İZLƏR

Üç “8” və Qorinin üç nişanı...

 

08.08.08. Təqvimdə gün, ay və il ardıcıl olaraq bu cür düzüləndə Çində olimpiadaçılar, Gürcüstan səmasında isə qara buludlar sıra ilə düzülmüşdü...

Dünya gözünü Çində keçirilən Yay Olimpiya Oyunlarına dikən zaman Rusiya ilə Gürcüstan həmin gözləri çəpləşdirdilər. Bir göz Pekində, o biri göz Osetiyada qaldı. Qafqazda Gürcüstanla Rusiya arasında müharibə başladı. Gürcüstanın tərkib hissəsi kimi tanınan Osetiya müstəqillik istəyirdi, bombalanan şəhər isə Cənubi Osetiyaya qonşu olan Qori şəhəri idi. “Osetiya müharibəsi” deyəndə dünya yanan Qorini görürdü. Beləcə Qori bütün dünyanın tanıdığı bir şəhər oldu.

Müharibə gününə qədər Qori öncə Sovet məkanında və daha sonra dünyada Stalinə görə tanınırdı. Sovet lideri İosif Stalin Qori şəhərində doğulub. Stalin düz 31 il (1922-1953) Sovetlər İttifaqının baş katibi kimi çalışıb.

Azərbaycan üçün Qorinin ayrı mənası, ayrı dəyəri var. XX əsr Azərbaycan ziyalılarından Firudin bəy Köçərli, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Nəriman Nərimanov, Müslüm Maqomeyev və daha bir neçə tanınmış simanın hər birinin bioqrafiyasında “Qori Müəllimlər Seminariyası” ifadəsi var. Onların hər biri Qori şəhərində təhsil alıb.

 

Müharibədən 16 ay sonra...

 

İndi müharibədən bir ildən artıq vaxt keçib. Qori “yara bintlərini” yavaş-yavaş açmağa başlayıb. Dağılan, yanan binalar təmir olunub. Bir vaxt alovdan, hissdən qap-qara olan binalar indi ağappaq fasadı və “üzə gülən” rəngli eyvanları ilə qarşılayır adamı. Şəhərin ümumi görüntüsündə müharibədən iz qalmayıb. İnsanlarının kimisi işə, kimisi məktəbə tələsir. Parkda oturub sakit-sakit söhbət eyləyən qocaları və uca səslə gülə-gülə, danışa-danışa ora-bura gedən gəncləri var şəhərin. Ümumi görüntü belədi... 

Şəhərin üzərinə salınmış reabilitasiya “pərdəsini” qaldıranda altdakı qan, alov görünür, partlayışlar, qışqırıqlar eşidilir, ağrı-acı hiss edilir. Müharibəni öz evində yaşamış, atılan bomba nəticəsində evi yanmış, həmin gün qardaşının ölüm xəbərini almış 40-45 yaşlarındakı Marika Papuaşvilinin göz yaşlarını silməyə dəsmal axtarırsan... “Bomba beşinci mərtəbəyə düşmüşdü, bizim ev dörddədi. Bizim ev də yandı. Çox qorxmuşduq. Evdəki hər şey yandı. Hər şey...  Qardaşım da işdən çıxıb evə gedəndə maşını partlamışdı. Öldü...”  - Ağlayır... –

“Onu heç xristian qaydalarına görə dəfn eləyə bilmədik...”.

 

Papuaşvilinin evini dövlət təmir edib. Hər şey yenidi evdə. Vacib əşyaları hökumət verib, televizor kimi əşyaları isə bankdan götürdükləri kreditlə özləri alıb. Ev “sağalıb”. Bircə küncdəki pianinodan başqa. Musiqi aləti müharibə “havası çalır”. Qəlpələr pianinonu deşik-deşik edib... Evdəki tək köhnə yadigar bu pianınodu. Bir də şəhərdəki insanların xatirələri o vaxtlardan xəbər verir:

 

“Rus aqressorları dinc sakinləri qırdılar. Onlar vuruşmurdular, sadəcə heç bir hərbçinin olmadığı şəhərə bombalar atırdılar” – 60 yaşlarındakı Vilik Abravaşvilinin dedikləri. 

“Bu gözlənilməz müharibə idi. Bizim informasiyamız yox idi. Bilmirdik hara qaçaq” (20 yaşlarındakı Lili Gelaşili).

 

Elə bildik üçüncü dünya müharibəsi başladı... (“Çar” ləqəbli 50 yaşlarında Qori sakini).

 

 

Şalva Kaidaraşvili isə müharibə zamanı vurulan və sonra ölən Hollandiyalı video operatoru yaralı halda maşınına mindirib yaxınlıqdakı hosbitala aparıb. Ancaq, Gürcüstana hadisələri işıqlandırmaq üçün ezam olunmuş kameramanın həyat işığı Qoridə sönüb...

 

Bombalama zamanı yaşayış binaları ilə yanaşı yaralılara kömək etməli olan hospital və təcili tibbi yardım binaları da xəsarət alıb. Temur Datunaşvilinin gözətçi kimi çalışdığı tibb məntəqəsi bombalardan öz payını alıb: “Bombalıyırdılar. Üç bomba düşdü bu yaxınlığa. Axırıncısı təcili yardımın düz yanına düşdü. Həkimlər yaralandı, tibb bacısı ağır yaralanmışdı və sonra öldü. Mən də pis yaralanmışdım. Ayaqlarıma qəlpələr dolmuşdşu. Tüsdü dumannan heç nə görünmürdü. Ağlayan, qışqıran bir-birinə qarışmışdı”.

 

İndi yaralar sağalıb, Temur Datunaşvili yeriyə bilir. Duman çoxdan çəkildiyinə görə hər şeyi – şəhərin azsaylı işıqlarını, mərkəzi meydanda ucaldılan Stalinin heykəlini də yaxşı görmək olur...

 

Şəhər rəsmiləri isə müharibədən sonra dəyən ziyanı görməyə çalışıblar. Qori bələdiyyəsinin (Gürcüstanda Bələdiyyə ən ali yerli orqan sayılır) sədrinin müavini Zurab Çxeidze bombardman nəticəsində şəhərdə təxminən 9 minə yaxın binanın xəsarət aldığını deyir: “Bombardman zamanı şəhərin infrastrukturuna böyük ziyan dəyib. Qoriyə dəymiş ziyanın pulla ifadəsi 10 milyon dollar məbləğindədi”.

 

Bir də şəhərin Avqust “yara”sından qalan bir neçə hektarlıq “qərtməy”i var. Bu yara hələ uzun müddət sağalmayacaq: Qorinin bir kənarında salınan məcburi köçkün şəhərciyində evindən didərgin düşmüş 5 min insan yaşayır. Səhər yuxudan qalxır, uşaqlar məktəbə, böyüklər işə gedir. Evdə qalanlar evlə və ya həyətyanı sahə ilə məşğul olur. Axşam evlərində toplaşıb yeməklərini yeyir, çaylarını içirlər. Onların işləməsi üçün yaxınlıqda fabrik də tikilir. Şəhərcik sakinləri isə köçdükləri yerlərə qayıdacaqlarına inanırlar...

 

Son(suz)...

 

Müharibə Qori sakinlərinin yaddaşında bir dəhşət filmi kimi qalır. Kimi üçün qorxulu film şəxsi taleyinə təsir etmədən sovuşub, kimi üçünsə tragedik şəkildə bitib. Ata-anasını, bacı-qardaşını, hansısa əzizini itirənlər ürəklərində ağrı, dillərində söyüş, gözlərində yaş yaşamağa davam edir... Hələ də bitməyən Cənubi Osetiya probleminin özü kimi...

  Qori, Gürcüstan

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00