Arxiv
21 Aprel 2012, 14:49 |
BDU-nun Jurnalistika fakültəsində dekan seçkisi keçirildi

Kafedralar üzrə səsvermənin nəticələri Modern.az-da

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dekan seçkilərinin birinci mərhələsi keçirilib. Fakültədən Modern.az saytına verilən məlumata görə, dünən hər kafedrada ayrı-ayrı səsvermə olub. Səsvermə rektorluğun nümayəndəsinin iştirakı ilə keçirilib.

Dekan seçkilərində iki namizəd – fakültənin Mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev və dekan müavini Sevinc Əliyeva iştirak edib. Fakültədən verilən məlumata görə, dörd kafedranın nəticələri belədir:

- Beynəlxalq jurnalistika və Mətbuat tarixi kafedrasının müəllimləri bütünlüklə səslərini Şamil Vəliyevə veriblər.

- Radio və televiziya kafedrasından  (RTV) 8 müəllim, Nəzəriyyə və təcrübə kafedrasından isə 5 müəllim Ş.Vəliyevə səs verib.

 - Dekanlığa digər namizəd  Sevinc Əliyevaya isə Nəzəriyyə və təcrübə kafedrasından 4 müəllim, Radio və televiziya kafedrasından isə 1 nəfər səs verib. Amma RTV kafedrasından 2 nəfər öz səslərini hər iki namizədə veriblər.

Səsvermənin yekunları BDU-nin rektorluğana göndərilib. Bundan sonra isə hər iki namizəd rektor qarşısında çıxış edəcək.  Amma artıq bəllidir ki, Şamil Vəliyev Jurnalistika fakültəsinin yeni dekanıdır.

 “Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən, dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından 4 il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir.
1999-cu ildən bu günədək, üç dəfə ardıcıl olaraq professor Yalçın Əlizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı seçilib. Artıq Yalçın Əlizadənin dekan vəzifəsindəki səlahiyyət müddəti bitib.

Professor, filologiya elmləri doktoru Şamil Vəliyev 1960-cı ildə anadan olub. 1977-1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə doktorluq dissertasiyası müdafiə edib. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur. 1983-1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olub. 1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışır.

Sevinc İLTİFATQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb 25 Sentyabr 2021, 16:36 Azərbaycan və Qırğızıstan XİN başçıları görüşdü 25 Sentyabr 2021, 16:15 Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan 25 Sentyabr 2021, 16:08 "Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10 Ötən gün ölkədə 60-a yaxın yanğın olub 25 Sentyabr 2021, 12:02
SORĞU Hansı vaksinə etibar edirsiniz?