Arxiv
6 Yanvar 2013, 13:29 | FOTOSÖHBƏT
Eks-Baş prokuror Murad Babayevlə FOTOSÖHBƏT

Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarxində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973–cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.  
1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq,1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası Baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin Baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.
1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb.
Hazırda Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiridir.
Ailəlidir, bir qız və bir oğul atasıdır.

***

Modern.az saytı bu gün - 6 yanvar 2013-cü il tarixində dünyasını dəyişmiş Murad Babayevlə fotosöhbəti təkrar yayımlayır...
Allah rəhmət eləsin...


 

Uşaqlığım... 1963-cü il, atamın maşını... 

 

Məktəb illəri -1967-ci il. Ortadakı mənəm, o birilərsə dostlarım Camal Hacıyev və Nəriman Əsədovdur...

 

1972-ci il, əsgərlik xidmətimi çəkirəm. Neftçala rayonu Bankə qəsəbəsi...

 

1968-ci il. Birinci kursda oxuyarkən...

 

1972-ci il atam Köçəri Babayev və qardaşım Fikrət Babayevlə. Universitetdə imtahanla bağlı problem yaranmışdı. Atam ona görə gəlmişdi. Bu şəkil o günlə bağlıdır. ...

1972-ci ilin avqustu. Tələbə yoldaşlarım əsgərlik xidmətimdən sonra bizim kəndə qonaq gəliblər.

Cavanlıqdan daha bir xatirə...

 

Universiteti bitirdiyim gün - 30 iyun 1973-cü il. Qrup yoldaşlarım Gülüzar Rzayeva, İntizar Bayramova və Maya Hüseynova ilə birgə

 

 

Nikah günü - 2 oktyabr 1973-cü il.

Rəqs etməyi çox sevirəm. "AvtoVAZ"ın direktoru Aydın Nəcəfov və mən. 1976-cı il. Bir məclisdən...

 

Müstəntiqəm. Xidməti kabinetimdə işləyərkən, 1978-ci il.

 

1979-cu il, ölüm işləri üzrə baş müstəntiq işlədiyim zamanlar...

 

Sankt-Peterburq şəhərinə səfərdən, müstəntiq işlədiyim vaxtlar. 

1980-cı il. Gənclik dostlarım Əzizağa Həsənov və Hikmət Əsədov.

 

1984-cü il. Yuqoslaviyanın Belqrad şəhəri. Onda Mingəçevir şəhərinin prokuroru idim. Yanımdakı Bakı şəhər prokuroru Əliş Əliyevdir.

 

Mingəçevirdə prokuror işləyirdim. 1985-ci il. Zeynəb Xanlarovanın 50 illik yubileyində.

 

İstanbulun bir çox qəzetlərinə müsahibə vermişəm. 21 oktyabr 1990-cı il. O vaxt SSRİ KQB-si tərəfindən 3 türk juranlisti saxlanmışdı. Onlar 75 gün KQB-də həbsdə qaldılar. Mən onları azadlığa buraxdım. Onda baş prokurorun müavini idim. Onlar 1990-cı ilin yanvar hadisələrini işıqlandırmağa gəlmişdilər. Bütün türk qəzetləri məndən yazdı. İrfan Sapmaz  “75 gün həbsdə” kitabını yazdı. Kitabda "Murad Babayev milli qəhrəman idi" deyə qeyd edilirdi. Bütün türk qəzetləri də 1 ay bundan yazdı.

 

 

Parlamentdə çıxış edərkən.1991-ci ildə...

 

Ayaz Mütəllibov İranın Baş Prokurorluğunun işçilərini qəbul edərkən.1991-ci il.

 

Baş prokuror olanda -1992-ci il...

 

ABŞ-da, Nyu-York şəhərində qeyri-rəsmi görüş zamanı

 

Baş prokurorun - mənim kabinetim. Soldan keşmiş ədliyyə naziri Əlisahib Orucov, AR dövlət müşaviri, indiki deputat Sabir Hacıyev, Ali Məhkəmənin o zamanki sədri Hüseyn Talıbov. İclasdan sonra, 1992-ci il.

 

Kamran Bağırovla tennis turnirində qazandığımız qələbəni qeyd edirik.

 

General-leytenant Valeh Bərşadlı ilə bir toy məclisində.

 

SSRİ-nin keçmiş baş hərbi prokuroru Aleksandr Filipoviç Katusev Bakıya evimdə qonaq idi.1997-ci il.

 

2000-ci il professor Firudin Səməndərovun 60 illik yubileyində. Ortada İkram Kərimov Sumqayıt Apelasiya məhkəməsinin sədridir və professor Xanlar Ələkbərov.

 

35 il keçməsinə baxmayaraq, yenə də tələbə yoldaşlarımla bir yerdəyik. Tələbə yoldaşlarım - Apelasiya Məhkəməsinin sədri Gülzar Rzayeva, Notariat kontorunun sabiq rəhbəri Maya Hüseynova, Respublika Prokurorluğunun işçisi Fəxrəddin Məmmədovla BDU-nun dosenti Rauf Şəmsizadənin oğlunun toyundayıq.

 

Nəvəmin 10 yaşı olanda. 2009-cu il.

 

Ankara "Şeraton" oteli. Toydayıq. Eynəkli şəxs Türkiyənin məşhur iş adamı Ahmet Aydenizdir, o birisi isə Şimali Kipr Respublikasının təhsil naziridir.

 

Pprokurorluqda muzeyin açılışında. Şəkildəki simaları yəqin tanıyırsınız...

İstanbul Acıbadem xəstəxanası. Boğaz əməliyyatına getmişdim. Cərrah Nasir Dadaşzadə, 2009-cu il.

 

Kiyevdə ürək əməliyyatından sonra - 2010-cu il.

 

Gülləri çox sevirəm. Həyətimdə çoxlu gül golları əkmişəm...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pentaqon Qarabağ razılaşmasını alqışlayır 25 Noyabr 2020, 01:12 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ 25 Noyabr 2020, 01:01 Məşhur dərsliyin müəllifi vəfat etdi 25 Noyabr 2020, 00:56 Gürcüstan məsafədən təhsilə keçir 25 Noyabr 2020, 00:47 Bakıda birmərtəbəli ev yandı 25 Noyabr 2020, 00:36 “Çelsi” və “Sevilya” “pley-off”da - Çempionlar Liqası 25 Noyabr 2020, 00:28 Co Baydenin kabinetində yer alacaq şəxslər 25 Noyabr 2020, 00:13 Kəlbəcər bu gün Azərbaycana qaytarılır 25 Noyabr 2020, 00:00 Kəlbəcərsizliyin son anları... 24 Noyabr 2020, 23:52 Ermənilər Kəlbəcərdə evləri, meşələri yandırırdılar - Avropa Komissiyası 24 Noyabr 2020, 23:46 Adı kimi Vüqarlı - Qənirə Paşayeva qəhrəman şəhidimizdən yazdı 24 Noyabr 2020, 23:34 İtaliyada koronavirusla bağlı son vəziyyət 24 Noyabr 2020, 23:21 Ərdoğanla Putin arasında daha bir Qarabağ müzakirəsi 24 Noyabr 2020, 23:07 Azərbaycan ordusu Kəlbəcər yolunda - VİDEO 24 Noyabr 2020, 23:00 Abşeronda maşın yeniyetmə qızları vurdu 24 Noyabr 2020, 22:49 Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı 24 Noyabr 2020, 22:39 “Qalatasaray” şəhidimizin səs yazısını paylaşdı - VİDEO 24 Noyabr 2020, 22:26 Azərbaycanın bu idmançıları dopinqə görə cəzalandırıldı 24 Noyabr 2020, 22:14 Ermənilər Kəlbəcərdəki hərbi hissəni belə partlatdılar - VİDEO 24 Noyabr 2020, 22:00 “Seçkilər başa çatıb, mənasız danışıqları kənara qoyun” - Co Bayden 24 Noyabr 2020, 21:48 İlham Əliyev Putinlə üçtərəfli razılaşmanın icrasını müzakirə etdi 24 Noyabr 2020, 21:33 General şəhid polkovnikin övladına dövlət bayrağını təqdim etdi - FOTO 24 Noyabr 2020, 21:24 “Qarabağ”ın rəqibində koronavirus şoku 24 Noyabr 2020, 21:11 Teledərslərin sabaha olan CƏDVƏLİ 24 Noyabr 2020, 21:00 Əfqanıstanda dəhşətli partlayış  24 Noyabr 2020, 20:49 Xüsusi təyinatlı Cavid 24 Noyabr 2020, 20:35 Bolqarıstandakı Azərbaycan diasporu İlham Əliyevi təbrik etdi 24 Noyabr 2020, 20:25 ABŞ-dan Rusiyaya SANKSİYA 24 Noyabr 2020, 20:13 ISESCO-nun Baş direktorundan İlham Əliyevə qələbə təbriki 24 Noyabr 2020, 20:01 Valideynlərini itirmiş uşaqların təhsil haqqını dövlət ödəyəcək  24 Noyabr 2020, 19:38 Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırıldı 24 Noyabr 2020, 19:30 Millimizin daha 2 güləşçisi koronavirusa yoluxdu 24 Noyabr 2020, 19:23 Ermənistanda ordudan buraxılan könüllülər silahı təhvil vermirlər 24 Noyabr 2020, 19:15 Bu şəxslər 3 min manat cərimələnəcək - Qanun təsdiqləndi 24 Noyabr 2020, 19:08 Vergi Məcəlləsi dəyişdirildi 24 Noyabr 2020, 19:00
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?