Arxiv
2 İyul 2012, 09:34 |
NEVROZ-qadınların bəlası

Nevroz sinir sisteminin geri dönən funksional pozğunluğudur. Sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində bu xəstəlik yaranır. Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir. Bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s. (Təbii ki, bunlar bizə xas misallardır-A.S)

Qadınlar nevroza daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.

Nevrotik bir reaksiyaya səbəb olan xarici təsirlər həyatın hər anında rast gəlinir, insanı şəxsi sıxıntıya salaraq narahat edir. Bunlardan ən tez aşkar olunanı ana ilə uşaq arasındakı münasibətilə pozulmasıdır. Ölüm, boşanma, tərk etmək, ananın evin xaricində işləmək məcburiyyətində qalması pozulmuş münasibətlərin ilk ağla gələnləridir.

Hansı səbəblə olursa olsun uşaq anadan ayrı sağlam inkişaf etməz. Sevməyi və köməkləşməyi öyrənə bilməz. Hər şeydən və hər kəsdən qorxar. Filosof Tomas Korlayi, 83 yaşında olanda yazırfı ki, uşaqlıq illərimin ən keçmiş və onu ən dəhşətə salan hadisəsi anasını itirməyi olub.

 

Etiologiyası və patogenezi

 Sinir sisteminin fəaliyyətinin təşkilində biokomyəvi, endokrin, immun və digər bioloji proseslərin vacib rol oynaması artıq heç kimdə şübhə doğurmur. Sinir sisteminin irsi xüsusiyyətlərini də qiymətləndirmək vacibdir. Yüksək sinir fəaliyyətinin funksional patologiyası kimi qiymətləndirilən nevrozların meydana gəlməsində təsbit olunan bütün faktorları təhlil etmədən bu xəstəliyin necə meydana gəldiyini və inkişaf mexanizmini doğru təyin etmək mümkün deyil. Nevrozun 8 forması var: qorxu nevrozu, isterik nevroz, nevrotik fobiyalar, obsessivkompulsiv nevroz, depressiv nevroz, nevrasteniya, depersonalizasiya nevrozu, ipoxondrik nevroz. Nevrozun diaqnozunun təsdiq olunması üçün bir neçı əsas meyar var:

Əsəbi-gərgin şərait, klinik üsulla və testlərin köməyi ilə aşkara çıxarılan nevrotik xüsusiyyətlər, nevrotik konfiliktin xarakteri.

Sovet psixiatrları nevrozun 3 əsas formasını ayırd ediblər: nevrasteniya, isterik nevroz və sayrışan hallar nevrozu. Beynəlxalq təsnifata əsasən isə nevrozlar başqa cür təsnif olunur: nevrotik depressiya, fobik və ipoxondrik nevroz, qorxu nevrozu.

Nevrasteniya yuxu pozulmaları, yuxuya getmələrin çətinləşməsi, səthi yuxu ilə xarakterizə olunur. Tər ifrazı çoxalır, cinsi fəaliyyətin pisləşməsi və ona meylin azalması nəticəsində tez-tez seksual pozuntular baş verir.

Xəstəlikdən əzab çəkənlərdə daha çox emosional pozulmalar müşahidə edilir. Utancaqlıq, məsuliyyət, əxlaq, humanistlik kimi sırf insani keyfiyyətlərin zəifləməsi və kifayət qədər inkişaf etməsi nəzərə çarpır. Özünə vurğunluq, həmçinin cinsi həvəsin artması, qarınqululuq və digər mənfi hissiyatlar ön plana keçir. Əhval-ruhiyyə tez-tez dəyişir, xəstələr bir neçə saat və ya gün ərzində yuxulu vəziyyətdə olurlar. Onları yuxudan ayıltmaq demək olar ki, mümkün deyil. Həmin vəziyyətdə qan təzyiqinin yüksəlməsi, bədən temperaturunun artması, ürək yığılmaları tezliyinin çoxalması səciyyəvi xüsusiyyətdir.

Sayrışan hallar nevrozu zamanı xəstədə özündən asılı olmadan fikirlərin sayrışması, həyəcan, qorxu, müxtəlif hərəkətlər, ürək nahiyyəsində, qarında xoşagəlməz hislər və s. yaranır. Daha çox sayrışan qorxulara rast gəlinir və bu fobik nevroz adlanır.

Müalicəsi

 Nevroz – ciddi xəstəlik olubmütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda,  adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.

Adətən, nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər. Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.

Nevrozun profilaktikasını hələ uşaq doğulmamışdan qabaq başlamaq lazımdır. Belə ki, qadın hamilə olarkən düzgün qidalanmalı və daim komfortlu emosional şəraitdə olmalıdır. Növbəti mərhələ uşağın düzgün tərbiyə edilməsi, ailədə sakit və mehriban şəraitin yaradılmasıdırBöyük yaşlarda isə nevrozun profilaktikası üçün aşağıdakılara əməl etmək tövsiyə olunur: 

- Düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi. Tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına “kömək” edir.

- Müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaq (təmiz havası olan yerdə, xüsusən də meşəli yerdə qaçışla məşğul olmaq, üzgüçülük). İdmanla məşğul olmaq əzələ tonusunun artmasına səbəb olur. Əzələ tonusunun artması da öz növbəsində beyin hüceyrələrinin tonusunun artmasına səbəb olur. Və nəhayət, beyin hüceyrələrinin tonusunun artması isə, istənilən nevrotik simptomların tezliklə sönməsi ilə nəticələnir.

- Stres vəziyyətlərindən çıxmaq qaydalarını yaxşı bilmək.

Türkəçarə ilə müalicə

Böyürtkən və yovşanın köklərinin dəmlənib içilməsi psixogen faktorları aradan qaldırır.

Xırda-xırda doğranılmış almanın üzərinə zəncirotu doğranılır, üzərinə ağartı məhsulları tökülərək salat hazırlanır.

1 xörək qaşığı damotu bitkisini 1 stəkan qaynar suda dəmləyib gündə bir neçə dəfə qəbul etmək olar. Antidepressant kimi dazıotu da xeyirlidir. Lakin damotu təzyiqi aşağı salır, dazıotu təzyiqi azca qaldırır.

5 qr mayaotu dəmləmək, yemişan çiçəkləri və meyvələri də əsəbləri sakitləşdirir.

Azər SALEHLİ

Azərbaycan Tibb Universitetinin tələbəsi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?