Arxiv
2 İyul 2012, 10:13 | AKTUAL
Müstəqil Azərbaycanın daxili işlər nazirləri - Onlar kimlərdir?

2 iyul Azərbaycanda polis günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi də yaradılıb. İlk daxili işlər naziri Fətəli Xan Xoyski olub. 1918-ci il iyulun 2-də isə milli hökumətin qərarı ilə də Gəncə şəhərində ilk polis orqanları yaradılıb. Cümhuriyyətin süqutundan sonra nazirlik uzun müddət – müstəqilliyimiz bərpa edilənə kimi SSRİ-nin tabeliyinə olub.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Daxili İşlər Nazirliyi də keçmiş SSRİ-nin tabeliyindən çıxaraq müstəqil dövlətin tərkibində fəaliyyət göstərməyə başlayıb.
Artıq 21 ildir müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik və asayişin qorunması naminə fəaliyyət göstərməkdədir.
Zaman-zaman qurumun rəhbərliyinə müxətlif təyinatlar olub. Müstəqil Azərbaycanda indiyədək 7 daxili işlər nazirinin təyinatı həyata keçirilib. Onlar kimlərdir? Hansı işləri görüblər  və hazırda haradadırlar?

Modern.az müstəqil Azərbaycanın daxili işlər nazirləri ilə bağlı yazını təqdim edir.

Məhəmməd Nəbi oğlu Əsədov müstəqil Azərbaycan Respublikasının ilk daxili işlər naziridir. 1941-ci il dekabrın 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olan M.Əsədov 1990-cı ilin may ayında daxili şlər naziri vəzifəsinə təyin edilib. Mərhum nazir müstəqillikdən sonra yalnız 1 ay bu postda qala bilib. (23.05.1990 – 18.11.1991).
M.Əsədov 1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Ağdam rayonunda ermənilər tərəfindən vertolyotun vurulması zamanı dünyasını dəyişib.

Məhəmməd Əsədovun faciəli ölümündən sonra onun yerinə Tofiq Mirzə oğlu Kərimov nazir təyin edilib. Lakin T.Kərimov da daxili işlər naziri olaraq cəmi 3 ay fəaliyyət göstərə bilib. (18.11.1991 – 20.02.1992).

Sonra bu vəzifəyə Tahir Yunus oğlu Əliyev təyinat alıb. Əslən Qubadlı rayonunun Cılfır kəndindən olan T.Əliyev 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. T.Əliyevin də nazir kimi fəaliyyəti 3 ay davam edib. Daha sonra prezidentin sərəncamı ilə o, Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Hazırda ehtiyatda olan generaldır. (24.02.1992 – 25.05.1992)

Həmidov İsgəndər Məcid oğlu  müstəqil Azərbaycanın 4-cü daxili işlər naziridir. 1948-ci ildə Kəlbəcər rayonunda anadan olan İ.Həmidov  1992-ci il 16 may tarixindən 1993-cü ilin aprelin 16-dək  daxili işlər naziri vəzifəsində çalışıb. (26.05.1992 – 16.04.1993).

Allahverdiyev Abdulla Museyib oğlu nazir olaraq 2 ay fəaliyyət göstərə bilib. A.Allahverdiyev  1993-cü ilin aprelin 21-dən iyunun 25-dək Azərbaycanın daxili işlər naziri olub. (21.04.1993 – 25.06.1993).

Bir ay sonra isə Novruzov Vaqif Yusif oğlu nazir təyin edilib. V.Novruzov 1994-cü ilin aprelin 29-da postunu təhvil verib. (07.07.1993 – 29.04.1994).

Ramil İdris oğlu Usubov müstəqil Azərbaycanın sayca yeddinci daxili işlər naziridir. R.Usubov 1994-cü ilin aprelin 19-dan bu zamana kimi fəaliyyətini davam etdirir.

O, 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Nazir təyinatınadək müxtəlif vəzifələrdə çalışıb.
Prezidentin 29 aprel 1994-cü il tarixli 140 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. General-polkovnik Ramil Usubov artıq 18 ildir ki, Azərbaycanın daxili işlər naziridir.

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54 “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13 “Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva 14 Dekabr 2019, 14:51 Metroda UNEC tələbələrinin sərgisi keçiriləcək 14 Dekabr 2019, 14:34