Arxiv
12 İyul 2012, 11:40 |
Rəbiyyə Zərdabinin Həsən bəy Zərdabi ilə qan qohumluğu yoxdur - ARAŞDIRMA

Nəcib ailədə böyümüş kimsəsizlər, yaxud şəfqət mücəssəməsi – Məlikzadə ailəsi 

Nəhayət ki, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin keçmiş müəllimi Rəbiyyə Zərdabinin milli mətbuatımızın banisi Həsən bəy Məlikzadə Zərdabinin nəticəsi olub-olmaması məsələsi aydınlaşdı. Modern.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, əslində Rəbiyyə Zərdabi ilə Həsən bəy Zərdabi arasında qan qohumluğu yox imiş....

Oxucu rəyləri və bir sıra şəxslərin yardımı əsl həqiqəti ortaya qoydu. Bəlli oldu ki, Rəbiyyə Zərdabinin anası Rəfiqə Zərdabi (mədəniyyət işçisi), atası Bahəddin Zərdabi (rayon komsomol təşkilatının birinci katibi), babası Hüseyn Zərdabi (“Zərdab staxanovçusu” qəzetinin məsul katibi), nənəsi (bir müddət “Zərdab staxanovçusu” qəzetinin baş redaktoru olmuş) Rəbiyyə Mirzəxanova-Zərdabidir. 

R.Zərdabinin əcdadlarının Həsən bəy Məlikzadə Zərdabi ilə qan qohumluğuna malik olmadığını isbatlamaqda yardımçımız isə hazırda Zərdabda nəşr edilən “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov oldu. Zərdab rayon Müharibə və Əmək Veteranları Şurası və H. Zərdabi muzeyi ilə əlaqə saxlayan İ.Əhmədov Modern.az-a bildirib ki, Rəbiyyə Zərdabinin əcdadları sadəcə, vaxtilə Həsən bəyin evində sığınacaq tapmış adamlar imiş. Bunu Həsən bəyin uzun illər Ev Muzeyində işləmiş qardaşı Mehralı bəyin nəvəsi Sara xanımın xatirələri də təsdiqləyir.
“Sara xanım danışırdı ki, mərhum Həsən bəy sürgün edildikdə evin baxımı həmin ailəyə qaldı”, – deyə İsaməddin Əhmədov vurğulayıb.
”Rəbiyyə Mirzəxanova-Zərdabi və Hüseyn Zərdabinin rəhmətlik Həsən bəylə heç bir qan qohumluğu olmayıb”.

İ.Əhmədov onu da əlavə edib ki, Həsən bəyin qardaşı Mehralı bəyin oğlu Həmdulla bəy 1964-cü ildə sürgündən Zərdaba qayıdıb, onun Daşkənddə, sürgündə doğulan qızı Sara xanım və gəlini Şərqiyyə xanım da hazırda sağdırlar.

Bu mövzunu qapatmaqla bərabər, bir məsələyə də xüsusi diqqət yetirməyi vacib bilirik.

Həsən bəy Zərdabinin ailəsində şəfqət və mərhəmət irsi keyfiyyətlər olub. O böyük insanın xanımı Hənifə xanım Məlikova-Abayeva 10 yetim uşağı öz himayəsində böyüdüb, onlara təhsil verib. Zərdabinin qardaşı Mehralı bəyin uşaq ikən atadan yetim qalan oğlu, Azərbaycanın fizika üzrə ilk professoru Rəhim bəy Məlikov və Həsən bəyin digər yaxın qohumu – Azərbaycan teatrının təməlini qoyan ilk ən görkəmli 5 aktyordan biri olan Məhəmməd bəy Əlvəndi-Məlikov da Zərdabinin ailəsində böyüyüb Hənifə xanımdan təhsil və tərbiyə alıblar.

İki oğul və iki qız atası olan milli mətbuatımızın banisi Həsən bəyin övladlarından yalnız biri mürvətə yetişib. Belə ki, onun oğlu Midhət bəy sovet dövründə təqiblərə məruz qalıb, Səffət bəy Almaniya və Türkiyədə yaşamağa məcbur olub. Həsən bəyin qızı Pəri xanım – Azərbaycan Cümhuriyyətinin baş naziri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı - Fransada, mühacirətdə yaşayıb. Həsən bəyin digər qızı Qəribsoltan xanım isə ömrünün sonunadək ailə həyatı qurmayıb. Ailə üzvlərinin repressiyası səbəbindən Qəribsoltan xanım bir müddət Gəncədə yaşayıb. Daha sonralar, İkinci Dünya müharibəsi bitdikdən sonra o, görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba yığışır və hər ikisi Zərdab orta məktəbində müəllim işləyir (R. Hacıyevin anası Nanə xanım da zərdablıdır, 3 yaşında ikən onu Qəribsoltan xanımın anası Hənifə xanım himayəyə götürmüş, doğma balası kimi tərbiyə edib təhsil vermiş, böyüdüb və gəlin köçürüb).

Qəribsoltan xanım uzun müddət kimsəsiz uşaqların oxuduğu internat məktəbində dərs deyib, onlara analıq edib. Onun “Atam haqqında xatirələr” kitabı isə bu gün də Həsən bəy Məlikzadə Zərdabi irsinin araşdırmaçıları üçün ən qiymətli mənbədir.

Sevinc İltifatqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda silahlı insident 26 Yanvar 2020, 00:47 Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ 26 Yanvar 2020, 00:31 Uğursuz Daşaltı əməliyyatından 28 il ötür 26 Yanvar 2020, 00:12 Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO, VİDEO 25 Yanvar 2020, 23:57 Vüqar Bayramov Qəhrəmanlar parkında Horadiz sakinləri ilə görüşdü - FOTO 25 Yanvar 2020, 23:39 Türkiyədə yenə zəlzələ oldu 25 Yanvar 2020, 23:18 Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 25 Yanvar 2020, 19:33 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51
SORĞU Yeni parlamentdə kimlər olsun?