Arxiv
3 Sentyabr 2012, 17:05 |
MTN: “Ramil Səfərovun təhlükəsizliyilə bağlı zəruri tədbirlər görülür”

Azərbaycanın millət vəkili: “Erməni deputat Geqamyanın açıqlaması sadəcə təhdid deyil”

Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan erməni mətbuatında və “Regnum” informasiya agentliyinə yayılan məqaləsində Azərbaycan tərəfini terrorla hədələyib. Erməni siyasətçisi Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunmasına etiraz olaraq zabitimizin və siyasətçilərimizin ünvanına təhdidlər səsləndirib.

Qondarma "soyqırımı"nı xatırladan A.Geqamyan bildirib ki, erməni xalqının milli-azadlıq mübarizəsi, o cümlədən “Nemesis” əməliyyatının parlaq qəhrəmanlıq nümunələri var.

“Bu, erməni soyqırımının əsas günahkarlarının aradan qaldırılması üçün bir əməliyyat idi. 40-dan çox cinayətkar, təşkilatçı və soyqırımı törədənlərin xalqın mühakiməsinə verilməsi qərara alınıb. Erməni soyqırımını təşkil edən başçıların  heç birinə qaçmaq nəsib olmadı. Camal Əzmi və Bahəddin Şakir Berlində öldürüldü. Səad Hamil Romada, Behbud xan Cavanşir Konstantinopolda (İstanbul – red.) cəzalandırıldı. Ənvər paşa Orta Asiyada, Fətəli xan Xoyski və Camal Paşa Tiflisdə öldürüldü. Bunlar formasına görə terror aktı, məzmununa görə isə erməni xalqının intiqamı idi. Qatili qəhrəmanlaşdıran abşeronlu siyasətçilər və onların arxasında dayananlar bu tarixi faktlardan dərs çıxarsalar yaxşıdır”, – deyə erməni deputat hədə vurğulayıb.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, onun maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur.

“Eyni zamanda təhlükəsizlik baxımından Ramil Səfərovun qorunmasının hərtərəfli təmin olunması məsələsi daim aktualdır, bu, dinamik şəkildə, bir an belə dayanmadan həyata keçirilir. Yəni hər hansı bir səbəbdən asılı olmayaraq, onsuz da milli təhlükəsizliyin təmin olunması üçün ölkənin müvafiq strukturları, orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi bütün zəruri qabaqlayıcı tədbirləri görür”, – deyə A. Babayev qeyd edib.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev Modern.az-a açıqlamasında bildirib ki, erməni deputatın çıxışı sübut edir ki, Ermənistanın həqiqətən də terror təşkilatları var. R.Rzayevin sözlərinə görə, bunu rəsmi şəxslərin deməsi onu göstərir ki, Ermənistanda terroru dövlət səviyyəsində dəstəkləyirlər.

“Bu onların siyasətidir. Burada qeyri-adi bir hal yoxdur. Tarixən bu belə olub, indi də ola bilər. Bu gün Ramil Səfərovun Azərbaycana çox uğurlu qayıdışı hörmətli cənab prezidentin səyləri nəticəsində, ekstradisiya haqqında qanuna görə, tam qanuni şəkildə həyata keçirilib. Penitensiar sistem onu qəbul edib və Azərbaycanın Konstitusiyasının əsaslarına görə, ölkə prezidenti müstəsna imkanlara malik olduğu üçün, öz qanuni çərçivəsində əfv sərəncamı verib. Qeyri-qanuni, beynəlxalq hüquqdan kənar, ekstradisiya qanununa düzgün olmayan heç bir amil burada yoxdur. Qanuna müvafiq olaraq, Azərbaycan hərəkət edib və təbii ki, bu, Ermənistanda narazılığa səbəb olub. Terror siyasətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan özünü dünyada ifşa etməyə bir daha başlayıb. Bu sözləri deyirlərsə, yəqin ki, bunun arxasında nə isə var”.

Anar Kəlbiyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“YAŞAT” fondu mühüm humanitar missiyanı yerinə yetirir 12 Aprel 2021, 11:04 Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş virtual konfrans keçirilib 12 Aprel 2021, 11:00 Səhhətinə görə Türkiyəyə gedən Vahid Əhmədov DANIŞDI: “Müalicə davam edir” 12 Aprel 2021, 10:57 Bakıda avtomat satan şəxs tutuldu - FOTO 12 Aprel 2021, 10:52 Milli Qəhrəmanın anası koronavirusdan vəfat etdi - FOTO 12 Aprel 2021, 10:47 Həkimdən peyvənd olunanlara vacib MƏSLƏHƏT: “Çalışıb bunları edin!” 12 Aprel 2021, 10:41 Elektrik dirəyindən yıxılaraq ÖLDÜ 12 Aprel 2021, 10:39 Milli Konservatoriyada dərslər DAYANDIRILDI 12 Aprel 2021, 10:37 Yas mərasimində iştirak edən 5 nəfər məsuliyyətə cəlb olundu 12 Aprel 2021, 10:32 Sərhədsiz xeyirxahlıq və yaxşılıqlar sahibi - Sərhəd Qasımov 12 Aprel 2021, 10:27 Daha bir həkim koronavirusdan vəfat etdi 12 Aprel 2021, 10:22 Yevlax və Sabirabadda toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 10:17 Ötən gün 17 COVID-19 xəstəsi SAXLANILDI 12 Aprel 2021, 10:12 Deputat turizm mövsümü ilə bağlı qaydalara dəyişiklik İSTƏDİ 12 Aprel 2021, 10:06 Marketə çörək almağa gedən koronavirus xəstəsi YAXALANDI 12 Aprel 2021, 10:00 “Respublika” qəzetinə baş redaktor təyin olundu 12 Aprel 2021, 09:55 Lənkəranın məşhur restoranlarında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:49 Polisin işi artıb: toy mərasimləri ara vermir 12 Aprel 2021, 09:44 Neft yenidən bahalaşdı 12 Aprel 2021, 09:40 Ronaldo bu dəfə formasını yerə atdı 12 Aprel 2021, 09:34 “Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim” - Fəzail İbrahimli 12 Aprel 2021, 09:28 Qarabağ məsələsi Gürcüstan parlamentində 12 Aprel 2021, 09:24 “Şuşa” restoranında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:21 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 12 Aprel 2021, 09:18 Bakıda istirahət mərkəzində YANĞIN 12 Aprel 2021, 09:13 Beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqlədi: “Mənfi” 12 Aprel 2021, 09:10 Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı... 12 Aprel 2021, 09:06 Azərbaycanın ən uzun asma körpüsü tikilir - FOTO 12 Aprel 2021, 09:00 Bakıda avtomobilə silahla atəş açılıb - FOTOLAR 12 Aprel 2021, 08:37 Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ÖTDÜ 12 Aprel 2021, 08:30 Balakəndə gecə nişan mərasimi keçirənləri polis YAXALADI 12 Aprel 2021, 08:25 Bakıda azyaşlı bağlı qapı arxasında qalıb 12 Aprel 2021, 08:20 Samuxda toya gələn 14 nəfər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 08:15 Artıq çəki insanı bu təhlükədən QORUYUR 12 Aprel 2021, 08:07 Dünyanın koronavirus statistikası 12 Aprel 2021, 00:57