Arxiv
4 Sentyabr 2012, 15:06 | TƏHSİL
Müdafiə Nazirliyi: "Sarkisyan Ramil Səfərovu terrorla aradan götürmək yolunu seçib" - AÇIQLAMA

Müdafiə Nazirliyi Milli Ordunun zabiti Ramil Səfərovla bağlı daha bir açıqlama yaydı. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Modern.az-a bildirib ki, Ramil Səfərovun prezident İlham Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində vətənə gətirilərək əfv edilməsi xalqımız tərəfindən böyük hadisə kimi qarşılansa da, düşmən ölkədə etirazlara və isterikaya səbəb olub.

Açıqlamada daha sonra deyilir:

- Ermənistan hakimiyyətinin uğursuz siyasəti kimi dəyərləndirilən bu məsələnin Sarkisyan rejimi üçün ciddi problemlər yaratdığını sübuta yetirməyə artıq ehtiyac yoxdur. Əhalinin qəzəbini sakitləşdirməyə çalışan Ermənistan rəhbəri müxtəlif üsullara və siyasi xilasa hesablanmış sərt bəyənatlara əl atsa da, istədiyi nəticəni reallaşdıra bilmir. Odur ki, ənənəsinə sadiq olan Sarkisyan Ramil Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib və dolaşan xəbərlərə görə aidiyyatı qurumlara öz göstərişlərini də verib. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, terrorizmdə xüsusi təcrübəyə yiyələnən Ermənistan prezidentinin bu alçaq niyyətinin qarşısını almaq və öz zabitinin həyatını qorumaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Azərbaycana hədə-qorxuların əhəmiyyəti yoxdur və bizimlə bu dildə danışmağın vaxtı çoxdan keçib. Yaxşı olar ki,  Ermənistan yeni siyasi və hüquqi vəziyyətin işə düşdüyünü anlamış olsun. Əks təqdirdə regionda yarana biləcək vəziyyəti  indidən təsəvvürə gətirə bilərlər.

Macarıstan və Azərbaycan əməkdaşlığı sayəsində vətənə qaytarılan Ramil Səfərov hadisəsindən bəzi kənar qüvvələrin narahatlıq keçirməsini də diqqətdən kənarda saxlamaq olmaz. Burdaca xatırlatmaq yerinə düşər ki, həmin qüvvələrin və havadarların yaxından köməyi ilə Azərbaycanın 20 faiz torpağını işğal edərək yurd yerlərimizi viran qoyan, minlərlə soydaşımızı vəhşicəsinə öldürən, 1 milyona yaxın günahsız insanı öz ocağından didərgin salan Ermənistanın başına görəsən nədən belə sığal çəkilir? Bunun səbəbini və ya hansı beynəlxalq hüquq çərçivəsinə sığdığını izah edə bilərlərmi? Bəli, olduqca ağır faciələr və cinayətlər zaman-zaman ermənilərin əli ilə azərbaycanlıların üzərində sınaqdan çıxarılsa da, lakin qəsbkara lazımi qiymət verilməsinin şahidi olmamışıq. Bizə gələndə isə həmişə susublar, sonra da ədalətdən, insan haqq və hüquqlarından danışıblar. Məgər dünyanın bu işgəncələrdən xəbəri yoxdurmu? Təkcə Xocalı faciəsinə – orada başı kəsilən körpələrin, hamilə qadınların, yaşlı insanların qətliamına görə Ermənistanın Sarkisyan və Köçəryan rejimi beynəlxalq məhkəmə qarşısında dayanmalı idi. Serj Sarkisyanın özünün isə  Xocalı qətliyamındakı birbaşa rolu danılmaz faktdır. Vaxtı ilə hətta bundan qürurlanaraq həyasızcasına mətbuata açıqlama da vermişdi. Ədalətdən, insanlıqdan, vicdandan, bəşəri dəyərlərdən danışmağa onun haqqı olmamalıdır. Lakin ikili standartlar o qədər dərin kök salıb ki, Serj Sarkisyan kimi cinayətkarların törətdikləri soyqırımları sadəcə etiraf etməyə lüzum görmürlər. Bəla da bax bundan ibarətdir.

Ramil Səfərovla bağlı Ermənistanın qopardığı məlum hay-küyə gəldikdə isə Müdafiə Nazirliyi bildirir ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Zabitimizin vətənə qaytarılması ədalətin, haqqın və  Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirilməlidir.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - FOTO 11 Avqust 2020, 20:49 Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək 11 Avqust 2020, 20:35 ABŞ-da bir gündə 515 nəfər koronadan öldü 11 Avqust 2020, 20:19 Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi 11 Avqust 2020, 20:07 Livanda etirazçılar Prezidentin istefasını tələb edir 11 Avqust 2020, 19:57 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək 11 Avqust 2020, 19:48 Hərbi hissədə ideoloji işə həsr edilən növbəti tədbir keçirilib - FOTO/VİDEO 11 Avqust 2020, 19:39 Aeroport yolunda qəza tıxac yaratdı 11 Avqust 2020, 19:30 Maliyyə dəstəyi üçün daha 148 min vergi ödəyicisi müraciət etdi 11 Avqust 2020, 19:21 Abşeronda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimələndi - FOTO 11 Avqust 2020, 19:12 Azərbaycanda 15 yaşlı şagirdini hamilə buraxan müəllimə hökm oxundu 11 Avqust 2020, 19:03 Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib 11 Avqust 2020, 18:54 Millimizin yeni baş məşqçisi “Qarabağ”ın oyununu izləyəcək 11 Avqust 2020, 18:45 Rusiya-Azərbaycan sərhədində gözləyən soydaşlarımız bu gün vətənə qayıdır 11 Avqust 2020, 18:36 Dadlı və faydalı quru meyvələri necə seçək? 11 Avqust 2020, 18:27 Baş nazir kafe və restoranlarla bağlı qərara dəyişiklik etdi 11 Avqust 2020, 18:18 Əqli qüsurlu qadın yaxınlarını axtarır - FOTO 11 Avqust 2020, 18:09 Dövlət Agentliyi daha 58 obyektdə qayda pozuntuları aşkarladı 11 Avqust 2020, 18:00 Müdafiə Nazirliyindən Nəcməddin Sadıqovla bağlı AÇIQLAMA 11 Avqust 2020, 17:54