Arxiv
5 Sentyabr 2012, 17:20 |
Boraltan faciəsi - 146 soydaşımız necə qətlə yetirildi - ARAŞDIRMA

Sovet Rusiyasından gələn tələb qarşısında Türkiyənin “Milli Şef”i (Prezident İsmet İnönü – red.) qorxaqlıq göstərmişdi...

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışı zamanı SSRİ dövründə Türkiyəyə mühacirət etmiş azərbaycanlılarla bağlı bəzi gizli faktları açıqlayıb. O bildirib ki, on illər boyu CHP-nin (Cümhuriyyət Xalq Partiyası) üstünü örtməyə çalışdığı bu hadisə istər türk, istərsə də azərbaycanlıların tarixinə acı hadisə kimi yazılıb. 

Baş nazir toplantı zamanı “Boraltan körpüsü” faciəsindən danışıb. Modern.az bununla bağlı araşdırma edib və tapdığımız məlumatları təqdim edirik.

1944-cü ildə Sovet Rusiyası Orta Asiyada, eləcə də Azərbaycanda kommunist rejimi əleyhinə kiçik bir addıma da göz yummur və bunun qarşısını alırdı. Bu təzyiqlərdən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar.

Bu illərdə isə Türkiyəyə “Milli Şef” (Prezident İsmet İnönü – red.) rəhbərlik edirdi. Həmin vaxtda isə Türkiyədə “Türk yurdunda TÜRKƏM” demək qadağan idi.
146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Türkiyəyə sığınan azərbaycanlılar isə onların yenidən ruslara qaytarılma ehtimalını belə, ağıllarına gətirmirdilər.
Amma Milli Şefin – İsmüt İnönünin Türklüyə və türkə olan düşmənçiliyi 146 azərbaycanlının soyqırımına gətirib çıxarır.

Sovet hökumətindən gələn tələb qarşısında Ankaradan verilən cavab hər kəsi şoka salır. Çünki azərbaycanlılar öz qardaşlarından belə bir cavab gələcəyini heç ehtimal belə etmirdilər.

“Əsirləri dərhal geri qaytarın!”. Bu cavab hər kəsi qorxuya salır. Və yenidən paytaxt Ankaradan cavab istəyirlər. Cavab yenə də eyni olar: “Ölkələrinə geri verin”.

Azərbaycanlılar isə bu cavabın qarşılığında belə deyirlər: “Xahiş edirik, bizi o qəddar düşmənlərə təslim etməyin, bizi siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün”.

Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını Sovet Rusiyasına təslim etmək məcburiyyətində qalır. Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər. Hərbi hissənin komandiri sarhəddin o tayından bu tayında gördüklərinə dözə bilmir və evinə gəlib intihar edir.  

Həmin azərbaycanlıların ölmədən öncə dedikləri ağı budur:

Boraltan bir köprü, aşar geçer Aras’ı,
Yuğsan Aras suyuyla, çıkmaz yüzün karası.
Karası, karası, merhamet fukarası,
Karası, karası, merhamet fukarası,

Düşman bekler karşıda, önüne kattı beni,
Can alınan çarşıda, kardeşim sattı beni.
Dönüp seslendim geri, merhametsiz birine,
Beni siz vursaydınız, şu gavurun yerine.

Azərbaycanın milli ruhlu şairi Almas İldirim “Dönük Qardaş” seirində bu faciəni belə dilə gətirir:

Türk deyincə, özü-sözü mərd olur,
Dost deyincə, ayrılmaz bir fərd olur,
Qardaş deyib dara düşsəm, sığınsam,
Bundan sora bu mana bir dərd olur...
Mən nə deyim bu vəfasız dağlara,
Öz qardaşı dönük olan ağlara.

Türk... O, Altayların dünki ərimi?
Yolundu can qoydum, verdim sərimi.
Düşdügü ağlardan qurtarsın deyə,
 Sərdim ayağına doğma yerimi.
Qardaş ərmağanı tökülən qanlar,
Mana mükafatmı gedən qurbanlar?

Mən deyərdim Kayıxandır soyumuz,
Bir qaynaqdan varlığımız, boyumuz.
Dilim dili, yolum yolu, əməl bir,
Bir bayraqda ulduzumuz, ayımız.
Azəri, türk, türkman... Varmı ayrılıq,
Hardan doğdu bu imansız sayrılıq?

Alnımızın yazısı qaradır, qara,
Qaradan bir yaylıq yolladım yara,
Yol uzun, yar uzaq, yetişməz əllər,
Türklüyün qanayan qəlbini sara...
Fələk qıymış bəslənən bu diləgə,
Lənət türkü xəncərləyən biləgə!

Bir suçumu düşmənə köks gərdigim?
Günahımı Türklügə könül verdigim?
Düşmənin açdığı yaradan dərin,
Ana yurdda öz qardaşdan gördügüm.
Səslənsəydim səs çıxardı hər daşdan,
Nə bəklərsən sağırlaşan bir başdan?

Qaçdır əli qanlı çıxdı oyundan,
Nə bilim qəhbəlik varmı soyunda?
Girdigim özyurddan döndərilərkən,
Qanımın axdığı sınır boyunda.
Açan lalələrdən bir çələng hörsəm,
Türklük dünyasına ərməğan versəm..."

Sevinc İltifatqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12