Arxiv
24 Sentyabr 2012, 16:11 | QARABAĞ
Dil Qurumu qəzetlərin və saytların səhvlərini açıqladı - Monitorinqin nəticələri

“Azərbaycan Dil Qurumu” İB Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə medianın monitorinqini aparıb.

Monitorinq Qrupunda Şahlar Məmmədov (dilçi alim, sədr), Elçin Məmmədov (dilçi alim, üzv) və Anar Niftəliyev (Azərbaycan Dil Qurumu, üzv) təmsil olunub. Monitorinq Qrupu ədəbi dil normalarının qorunması və inkişafı məsələləri ilə bağlı 2012-ci il sentyabrın 10-dan 17-dək yazılı və elektron mətbuatı araşdırıb.

Monitorinqə “Yeni Müsavat”, Azadlıq”, “Şərq”, “525-ci qəzet”, “Bakı xəbər” qəzetləri və “Lent.az”, “Qafqazinfo.az”, “Azadliq.org”, “Publika.az”, “Avropa.az”, “Mediaforum.az”, Modern.az saytları cəlb edilib.

“Azərbaycan Dil Qurumu” İctimai Birliyindən verilən məlumata görə, monitorinq zamanı ən çox müşahidə edilən dil xətaları aşağıdakılardır:

Vulqar sözlər

Ədəbi dil normalarına uyğun gəlməyən və zəruri ehtiyac olmadan əcnəbi sözlərdən istifadə edilir. Məsələn:

1. “novostroyka” - “Azadlıq” qəzeti (11 sentyabr);

2. “çekist” - “Azadlıq” qəzeti (13 sentyabr);

3.  “obşak”, “xlebnik”,  “padlo”, “srok” - “Yeni Müsavat” qəzeti (11 sentyabr);

4.  “dıxaniyem” – “Yeni Müsavat” qəzeti (12 sentyabr);

5. “kayf” – “Yeni Müsavat” qəzeti (13 sentyabr);

6. “aktivist” - “Publika.az” (11 sentyabr);

7.  “vetnamka” - “Qafqazinfo.az” (10 sentyabr).

Fərqli şəkildə yazılan sözlər

Dil qurumu bildirib ki, “Orfoqrafiya lüğəti”ndə qeydə alınmış sözlər bəzən mediada fərqli formada yazılır. Məsələn:

1. Tel-Əviv - “Qafqazinfo.az” (12 sentyabr);

2. diaspora - “Qafqazinfo.az” (11 sentyabr);

4. labaratoriya - “Publka.az” (10 sentyabr);

5. otel - “Lent.az” (14 sentyabr)

Qeyd: a) Sonu “a” hərfi ilə bitən alınma sözlərin düzgün yazılış forması “Orfoqrafiya qaydaları”nın 4-cü maddəsində aydın şəkildə izah edilib;

b) Əsli “h” samitli sözlər “h” ilə də yazılır (hotel); (10-cu maddə).

Xüsusi isimlərin yazılışı

Dil qurumu bildirib ki, yazılı və elektron mediada xarici mətbuat, şirkət, restoran, şəxs və s. adların  orijinala uyğun şəkildə yazılışı artıq ənənə halını almaqdadır. Məsələn:

Eurovision
Embawood
Star city
Nar Mobile
Mercedes
Thomas De Wall
Michael
Dana Rohrabacher
Human Rights Watch

 Gabriel Garcia Marquez  

 Facebook 
 The New York Times 
 Volkswagen 
 Baku Crystal Hall, 
 Hyatt Regency və s.

Monitorinqə cəlb edilən qəzet və saytlar içərisində “Azadliq.org” saytı bu halı artıq “prinsip olaraq” qəbul edib.

Dil qurumu qeyd edib ki, alınma sözlərin Azərbaycan dilinin fonetik prinsiplərinə uyğunlaşdırılması qaydasına zidd olan bu cür yazılışlarda bəzən, Türkiyə türkcəsində olduğu kimi, xüsusi isimləri hal şəkilçilərindən ayırmaq üçün kəsmə, apostrof işarəsindən də isifadə edilir. Məsələn:

Michelle`nin - “Azadlıq" qəzeti;
H.Clinton’un ölkəsində; Erdoğan’la - “Azadliq.org”...

Mürəkkəb ixtisarların (abreviaturaların) yazılışı

“Orfoqrafiya qaydaları”nda mürəkkəb ixtisarların 3 yazılış forması göstərilib. (Maddə 34). Bu maddəyə beynəlxalq ixtisarların milli dilə uyğunlaşdırılması və ya kütləviləşmiş ixtisarların saxlanılması ilə bağlı əlavə və dəyişiklik edilməsinə ehtiyac vardır.

Mürəkkəb adların yazılışı

“Orfoqrafiya qaydaları”nda (maddə 31) mürəkkəb adların yazılış qaydası aydın şəkildə göstərilib: “Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır”.

Təəssüf ki, yazılı və elektron mətbuatda bu qaydaya çox vaxt əməl edilmir. Məsələn:

1. xarici işlər naziri Əhməd Davudoğlu; iqtisadiyyat naziri Zəfər Çağlayan, milli müdafiə naziri İsmet Yılmaz – “Qafqazinfo.az” (11 sentyabr);

2. Yaponiyanın maliyyə və poçt xidməti islahatları naziri - “Publika.az” (10 sentyabr);

3. fövqaladə hallar naziri –“Yeni Müsavat” qəzeti (12 sentyabr);

4. səhiyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri (s.13) - “Yeni Müsavat” qəzeti (10 sentyabr)

5. 6 saylı yol istismar idarəsi (s.7) “Şərq” qəzeti (11 sentyabr).

Nitq qüsuru və ya asemantikləşmə nəticəsində yaranmış sözlər

Məsələn:
narahatçılıq – “Publika.az” (10 sentyabr);
müsəlmançılıq - “Yeni Müsavat” qəzeti (12 sentyabr) və s.

Dərslik və dərs vəsaitlərində - “çılıq4” şəkilçili sözlər bir qayda olaraq – “çı+lıq4” və - “çılıq”4 şəklində izah edilir. Peşə, sənət anlayışı bildirən sözlərdə şəkilçi – “çı+ lıq” şəklində parçalanır, mücərrəd məna bildirdikdə isə - “çılıq4” bütöv şəkildə götürülür, halbuki – “çılıq4” şəkilçisi bir qayda olaraq ismə artırırlır. Məsələn, qəzetçilik;

Narahat, nigaran sözləri sifət olduğuna görə, narahatlıq, nigaranlıq şəklində yazılmalıdır.

Sayt adlarının yazılışı

Sayt adları 3 müxtəlif formada yazılır. Məsələn:
“Qafqazinfo”, “Media forum”,
Lent.az
Publika.Az

“Orfoqrafiya qaydaları”nda sayt adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur. Dil qurumu təklif edir ki, sayt adları dırnaq işarəsi olmadan, internet ünvanı saxlanılmaqla  (az, com, org və s.) yazılsın. Məsələn: Qafqazinfo.az, Publika.az, Mediaforum.az, Azadliq.org və s.

Monitorinq Qrupunun qənaəti

Monitorinq qrupu hesab edir ki, keçən monitorinqin (2012-ci il iyununun 19-dan 30-dək) nəticələri ilə müqayisədə vulqar sözlərin sayı xeyli azalıb. Buna baxmayaraq, xüsusi isimlərin və mürəkkəb adların yazılışında qaydasızlıq qalmaqdadır.

Səbəblər:

1.  Dil qurumları ilə əlaqələrin zəifliyi, əksər media mənsublarının mövcud lüğətlərdən istifadə etməməsi və dil normalarına laqeyd münasibəti.

2.  2004-cü ildə çap olunmuş “Orfoqrafiya lüğəti”nin müasir tələblərə tam cavab verməməsi.

Monitorinq zamanı yazılı və elektron mətbuatda yol verilmiş texniki və üslubi səhvlər nəzərə alınmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lavrovdan NATO-ya ETİRAZ 2 Dekabr 2021, 14:50 İranlı generaldan Amerikaya XƏBƏRDARLIQ 2 Dekabr 2021, 14:44 Azərbaycanda ISESCO-nun regional ofisi açılacaq 2 Dekabr 2021, 14:38 Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır - Çavuşoğlu 2 Dekabr 2021, 14:33 ATƏT PA sədri Ermənistan və Azərbaycana çağırış etdi 2 Dekabr 2021, 14:28 “SOCAR Petroleum”da yeni baş direktor TƏYİNATI 2 Dekabr 2021, 14:22 Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı 2 Dekabr 2021, 14:17 Nazirdən təhsil kreditləri ilə bağlı narazılıqlara CAVAB 2 Dekabr 2021, 14:12 “Bayraktar”lar havaya qaldırıldı - VİDEO 2 Dekabr 2021, 14:06 Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı AÇIQLANDI 2 Dekabr 2021, 14:00 Narkokuryerə hökm oxundu 2 Dekabr 2021, 13:55 Elmar Məmmədyarov Rövnəq Abdullayevin yanına gəldi - FOTOLAR 2 Dekabr 2021, 13:50 Prezidentin köməkçisi Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən DANIŞDI 2 Dekabr 2021, 13:45 “Dədə Ələsgər irsinə olan möhtərəm ehtiram” 2 Dekabr 2021, 13:40 Hikmət Hacıyevdən jurnalistlərə tövsiyə: “Ermənistan mediasına istinadları minimuma endirək” 2 Dekabr 2021, 13:35 Milli komandamızda yeni baş məşqçi TƏYİNATLARI 2 Dekabr 2021, 13:30 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanların məhkəməsidi 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?