Arxiv
11 Oktyabr 2012, 18:51 | QARABAĞ
KİVDF jurnalistlər üçün yeni yazı müsabiqəsi elan etdi - ELAN


Oktyabrın 11-də Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növ­bəti iclası ke­çi­ril­ib. İclasda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  əlaqədar növbəti fərdi jurnalist yazıları müsabiqəsinə təklif olunan mövzular və həmçinin  jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə xarici ölkələrə səfərlərin təşkili edilməsi ilə  bağlı məsələlər müzakirə edilib.

Fondun icraçı direk­­toru Vüqar Səfərli gündəlikdə duran  məsələlərlə bağlı Şura üzvlərinə məlumat verərək bildirib ki, bu günədək Fond ildə 3 dəfə fərdi jurnalist yazı müsabiqəsi keçirib:

“Bu cür tədbirlər jurnalist peşəkarlığının artırılması və onların maddi durumlarının yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Vüqar Səfərli  növbəti müsabiqənin keçirilməsi ilə bağlı maraqlı təkliflərlə də çıxış edib. Belə ki, icraçı direktor növbəti fərdi jurnalist  müsabiqəsinin 15 istiqamət üzrə keçirilməsini və bundan əlavə 15 həvəsləndirici mükafatın verilməsini təklif edib:

“Əvvəllər keçirdiyimiz fərdi jurnalistlərin yazı müsabiqələrində 10 istiqamət üzrə 30 qalib müəyyənləşdirilirdi. Bu müsabiqədə isə istiqamətlərin sayının 15-ə çatdırılmasını təklif edirəm”.

İcraçı direktor eyni zamanda müsabiqənin şərtlərində müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu da bildirib. Vüqar Səfərli jurnalistlərin peşəkarlığının  artırılması məqsədi ilə xarici ölkələrə səfərlərin təşkilinin vacib məsələ olduğunu da Şura üzvlərinin diqqətə çatdırıb. O qeyd edib  ki, əvvəllər də Fondun təşəbbüsü ilə Türkiyə və digər ölkələrə bu cür səfərlər təşkil edilib:

“Belə səfərlərin jurnalist peşəkarlığının artırılması baxımından böyük əhəmiyyəti var. Bu səbəbdəndir ki,  gələn ay bir qrup jurnalistin Türkiyəyə və Şimali Kipr Türk Çümhuriyyətinə səfəri nəzərdə tutulub”.

Müzakirələrdə çıxış edən Şura üzvləri irəli sürülən təklifləri dəstəklədiklərini bildiriblər. Şura üzvü Rəşad Məcid qeyd edib ki, jurnalistin müsabiqəyə təqdim etdiyi yazı onun işlədiyi mətbuat orqanında dərc edilməlidir. Müzakirələrdə çıxış edən Şura üzvləri irəli sürülən təklifləri dəyərləndirərək, müsabiqələrdə iştirak edən jurnalistlərin maarifləndirilməsi istiqamətində geniş işlərin aparılmasının vacibliyini vurğulayıblar.

Sonda iclasda  müzakirə  edilən məsələlər və səsləndirilən təkliflərlə bağlı qərar qəbul olunub.

KİVDF-nin budəfəki müsabiqəsində hər mövzu üzrə 3 qalib müəyyən ediləcək: 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. 

Yazılar və sənədlərin qəbulu  11 oktyabr 2012-ci il tarixində başlayır və  11  dekabr 2012-ci il tarixində başa çatır.

İstiqamətin adı

                          Mövzular

 

1.

 

 

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

1) İnsan hüquqlarının təminatı və məhkəmə-hüquq islahatları
2) Demokratiya və vətəndaş cəmiyyətinin inkişafı
3) Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu

2.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

 

1)Azərbaycanda mətbuatın inkişafı və söz azadlığının təmin edilməsi
2) Milli mətbuatın inkişafı müasir şəraitdə
3) Söz azadlığının inkişafı yolunda son 20 ilin Azərbaycan təcrübəsi


3.


İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

 


1) Müstəqil dövlətçilik və Azərbaycan cəmiyyətinin inkişafı
2) Əlil və fiziki qüsurları olan şəxslərin hüquqlarının qorunması
3) Siyasi mədəniyyətin və ictimai fəallığın gücləndirilməsində KİV-in rolu


4.


İctimai və dövlət maraqlarının müdafiəsi


1) Vətəndaş və dövlət mənafelərinin uyğunluğu sabitliyin təməl şərti kimi
2) Dövlətçiliyimizin qorunması hər kəsin vətəndaşlıq borcudur
3) Milli birlik və həmrəylik ideyaları bizi birləşdirən əsas dəyərlərdir


5.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

 


1) Dünyanın gözündə Qarabağ: işğalçını öz adıyla çağırmalı!
2) Qarabağ üçün ədalət harayı beynəlxalq təbliğat məkanında
3) İşğal edilmiş ərazilərdə erməni vandalizmi


6.

 

 


Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


1) Azərbaycan – regionda və dünyada mühüm söz sahibinə çevrilir
2) Beynəlxalq qurumlarla əməkdaşlıq: keçilən yol və perspektivlər
3) Mədəniyyətlərarası dialoqun təşkilində Azərbaycan nümunəsi


7.


Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 


1) Qaçqın və məcburi köçkünlər dövlətin diqqət mərkəzində
2) Sosial qayğı mühiti: heç kəs kənarda qalmır
3) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəymiş ziyanlar


8.


Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği

 


1) Milli ənənələr və mədəni irsin öyrənilməsi təbliği yeni mərhələdə
2) Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan
3) Müasir dövrdə yas və toy mərasimləri


9.



Azərbaycançılıq ideyasının təbliği

 


1) Hamımızın bir Vətəni var – Azərbaycan!
2) Fəxr edirəm ki, mən Azərbaycanlıyam!
3) Azərbaycançılıq – bizi birləşdirən dəyər


10.

 

 

 


Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi


1) Sosial-iqtisadi inkişafın yeni xətləri: paytaxtdan bölgələrə doğru!
2) Regionların inkişafı Azərbaycanın tərəqqisi deməkdir
3)Regional inkişaf proqramları çərçivəsində məşğulluğun artırılması və yoxsulluğun azaldılması


11


İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 


1) Yeni texnologiyalar yeni reallıqlar diqtə edir
20) Medianın inkişafında İKT-nin rolu
3) Qloballaşma dövründə informasiyanın rolu           


12


Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi


1) Dünyanın hər yerində Azərbaycan naminə!
2) Erməni lobbiçiliyinə qarşı mübarizədə diasporanın rolu
3) Milli həmrəylik siyasəti: bizi birləşdirən dəyər


13


Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilmə


1) Azərbaycan - nümunəvi dini tolerantlıq məkanı
2) Fərqli milli dəyərlər ortaq mənəvi sərvət kimi
3) Azərbaycan şərq və qərb arasında körpüdür


14


Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

 


1) Ailə ənənələri müasir qloballaşma müstəvisində
2) Azərbaycanda gender balansı medianın gözü ilə
3) Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur


15


Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 


1) Yeni nəsil üçün inkişaf modeli: fiziki tərbiyə ilə mənəvi kamillik vəhdətdə
2) İdman ilinin uğurları
3) Bayrağımızı ucaldan gəncliyimmiz

Modern.az                                          

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10 Ötən gün ölkədə 60-a yaxın yanğın olub 25 Sentyabr 2021, 12:02 Sahibə Qafarova Qazaxıstanda səfərdədir 25 Sentyabr 2021, 11:55 Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi 25 Sentyabr 2021, 11:48 İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib 25 Sentyabr 2021, 11:34
SORĞU Hansı vaksinə etibar edirsiniz?