Arxiv
19 Noyabr 2012, 11:01 | TƏHSİL
Azərbaycanlı şairə Rusiya Yazarlar Birliyinin üzvü seçilib - FOTO

Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının Moskva bölməsinin nümayəndəliyinin verdiyi xəbərə görə, Moskvada yaşayan Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının, Avrasiya Yazarlar birliyinin üzvü, eləcə də Rusiya Poeziya akademiyasının müxbir üzvü tanınmış şairə Afaq Şıxlı Rusiya Yazarlar Birliyinin üzvü seçilib.

Bu səbəblə noyabrın 17-də Moskva ədəbi ictimaiyətinin üzvləri təntənəli tədbirə toplaşıblar.

Tədbiri Riqadan gəlmiş yazıçı-publisist M.A. Kalantarov açıb. O tanıdığı gündən bəri yaradıcılığını diqqətlə izlədiyi və çox bəyəndiyi Azərbaycan şairəsini səmimi qəlbdən təbrik edib və onun şeirlərinin vurğunu olduğunu söyləyib.

Rusiya Yazarlar birliyinin üzvlük vəsiqəsini şairəyə Azərbaycanda və Rusiyada yaxşı tanınmış, görkəmli şair Nəsib Nəbioğlu təqdim edib. Nəsib bəy Afaq Şıxlıya öz ürək sözlərini söyləyərək, onun yaradıcılığına olan dərin hörmətini bildirib və gözəl şairəyə daha böyük uğurlar arzulayıb. Moskvada yaşayan ədəbi cəmiyyətlərin və eləcə də Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının üzvləri də təbriklərə qatılıblar.

Həmin gün şairənin sevincinin başqa bir səbəbi də olub. Afaq Şıxlının rus dilindəki şeirləri dünyanın 40-dan artıq ölkəsinə yayımlanan “Nastoyaşeye Vremya” (İndiki zaman) adlı ünlü dərgidə, eləcə də “Planeta poetov” (Şairlər planeti) adlı almanaxda dərc olunub. Bu, uzun illərdir Vətəndən uzaqda yaşayan Azərbaycan qadınının Vətən adına yapılmış böyük uğurlarından biri idi.

Qeyd edək ki, Riqada nəşr olunan “Nastoyaşeye Vremya” dərgisinin bu nömrəsinin üz qabığında, Azərbaycana və onun poeziyasına olan dərin hörmət əlaməti olaraq, qədim abidəmiz - Qız qalası, arxa tərəfində isə Şirvanşahlar sarayı və Azərbaycan prezidenti İlham Əliyevin şəkli təsvir olunub. Və bu nömrədə Azərbaycanı 3 şair təmsil edirdi: Əşrəf Hüseynli, Afaq Şıxlı və gənc yazar Nilufər A.Şıxlı.

Afaq Şıxlı tədbirə toplaşan hər kəsə öz təşəkkürünü bildirərək belə deyib: “ Bu zamanadək olan və bundan sonra qazanacağım hər bir nailiyyət - Azərbaycanım üçündür. Şeirlərimin və hekayələrimin dərc olunduğu beynəlxalq jurnallarda, almanaxlarda AZƏRBAYCAN sözünü oxumaqdan aldığım həzz heç nəylə müqayisə oluna bilməz. Dünyanın bir çox ölkələrinin və hətta ermənistanın belə qatıldığı dərgilərdə Vətənimizi tərənnüm etdiyimiz üçün şair dostlarım və mən xoşbəxtik! İnsan heç zaman tək olmamalıdır. İstər Vətəndə, istərsə də qürbətdə dostlarsız, həmkarlarsız yaşamaq mümkün deyil. İnsan, başa düşəcək və fikirlərinə ortaq olacaq birilərinin var olduğunu bilməlidir. Mən bütün uğurlarıma görə öz dostlarıma minnətdaram!”.

Şairə həm də üzvü olduğu Şəhriyar ədəbi Mədəni cəmiyyətinin sədri Vasif Məmmədova, Azərbaycan şairlərinə xüsusi hörmət və məhəbbət bəsləyən BYPA sədri Marat bəyə və BYPA-nın Rusiya nümayəndəsi Nəsib Nəbioğluna öz təşəkkürlərini bildirib.



Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranın ali dini lideri Əli Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ 17 Noyabr 2019, 14:16 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23 Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR 17 Noyabr 2019, 11:05 Siyasətin Əliləri... - Həsənovlardan Kərimliyədək... 17 Noyabr 2019, 10:56 Akademik Əhliman Əmiraslanovun doğum günüdür 17 Noyabr 2019, 10:51 Nənə və 4 nəvəsi dəm qazından boğulub öldü 17 Noyabr 2019, 10:39 Qol.az saytı 11 yaşına çatdı 17 Noyabr 2019, 10:28 Belarusda parlament seçkisi keçirilir 17 Noyabr 2019, 10:22 Azərbaycan “Tokio 2020” Olimpiadasına 10 vəsiqə qazanıb 17 Noyabr 2019, 10:17 Avro-2020-nin seçmə mərhələsində 9-cu tur yekunlaşdı - NƏTİCƏLƏR 17 Noyabr 2019, 10:08 Ermənistan atəşkəsi 23 dəfə pozub 17 Noyabr 2019, 10:05 Mehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun! 17 Noyabr 2019, 10:02 Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01