Arxiv
22 Fevral 2010, 11:12 | REPORTAJ
Mircəfər Bağırov Əliağa Vahidi niyə sərxoş adlandırıb? (tarix-fotolar)

AZƏRBAYCANDA İLK KİTABXANA – MUZEYDƏN REPORTAJ

 

Bura Əliağa Vahid adına kitabxana – muzeydir. Azərbaycanda vahid kitabxana-  muzey....Bəlkə, bəzilərinin  hələ də xəbərdar olmadığı bir məkan.....

 

Kitabxana - muzeyin tarixcəsi

 

Əvvəllər Qırmızı Oktyabr adlandırılan bu kitabxana-muzeyə 1993-cü ildən Əliağa Vahidin adı verilib. Əliağa Vahid adına kitabxana – muzeyin rəhbəri Sədaqət Seyidzadə deyir ki, bura əvvəllər  yalnız kitabxana kimi fəaliyyət göstərib:

- Kitabxana kollektivi 1993- cü ildə Mədəniyyət Nazirliyinə müraciət etdi ki, kitabxanaya Vahidin adı verilsin. 1995- ci ildə isə Vahidin 100 illik yubileyi keçirildi. O ərəfədə məsələ qaldırdım ki, əgər Vahid adına muzey yaradılacaqsa, kitabxanın bir otağı bunun  üçün ayrılsın. Çünki, o zaman Vahidin yaşadığı ev artıq sökülmüşdü. Təklif bəyənildi və 1995- ci ildən bura kitabxana-muzey adlandırıldı. Ancaq nə olsun?! Muzey hələ tam yaradılmayıb.

Kitabxana – muzeyin rəhbəri Sədaqət Seyidzadə bildirir ki, vəsait ayrılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət ediblər:

- Hamının bu məsələ barədə xəbəri var. Bizə yenə də gözləmək qalır. Hər işdə çətinliklər olur. Hər halda yenə də nə isə yarada bilmişik. Muzeylə bağlı maraqlı layihəmiz var. Vahidin yaşadığı abu-havanı burda yaratmaq istəyirik.

Sədaqət Seyidzadə onu da qeyd etdi ki, Vahidə məxsus əşyaların çoxu ailəsi tərəfindən Nizami muzeyinə verildiyindən, onları yenidən əldə etmək çətindir.

 

Əliağa Vahidin həyatı oğlu Ramiz İsgəndərovun dili ilə

 

- Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1894- cü ildə fevralın 18-də Bakıda doğulub. 1965 –ci ildə vəfat edib. 20 yaşından  qəzəllər yazmağa başlayıb. 1916- ci ildə “Tamahın nəticəsi” adlı ilk kitabı işıq üzü görüb. “Molla Nəsrəddin”, “Kirpi” jurnallarında satirik şeirləri çap edilib. Ümumiyyətlə sağlığında 13 kitabı işıq üzü görüb.

Vahid ticarətlə də məşğul olub.1919 –cu ildə Məşhədə gedir. Həm ziyarət, həm ticarət. Oradan böyük əmisi Hacı Abbasqulu ilə İran xalıları gətirib, Bakıda satarlarmış.

O dövrün insanları da Vahidin yaradıcılığını dəyərləndiriblər. 1922- ci ildə M.Ə.Sabirin yubileyi olanda atam yarım saat meyxana deyib. Bu, Nəriman Nərimanovun diqqətini çəkib. O zaman ilk dəfə dövlət mükafatı Vahidə verilib. 1943- cü ildə əmədar incəsənət xadimi adına layiq görülüb.

 

Vahid repressiyadan  necə qurtuldu?

Oğlu Ramiz İsgəndərov: - Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Atamın da adı orda olub. Mircəfər Bağırov atamın adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək.

Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

Vahidin Bağırova yazdığı şeir:

 

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

 

Vahidi məst edən rus qızı

- 52 yaşında Əliağa Vahid anamla tanış olur. Anam atamdan 25 yaş kiçik olub. Buna baxmayaraq onlar, 1948- ci ildə evlənirlər. Ancaq dini kəbinləri olur. Atam anamdan dövlət kəbini kəsdirməyi istəyib. Ancaq anam deyirmiş ki, mən cavana ərə gedəcəm. Ailədə iki uşaq olmuşuq –bacım və mən. Hələ bununla bağlı atamın bir şeiri də var:

Tanrım mənə verdi bir oğul, bir qız

Qızım Firəngizdir, oğlum Ramiz.

Vahid Polina adlı başqa bir rus qızı ilə də evli olub. O, atamın paltaryuyanı olub. Bir gün atamı məst eyləyib, dövlət kəbini kəsdirib.

Onu da deyim ki, Vahid gözəllik, sevgi şairidir. O, həmişə Qubernator bağında (indiki Filarmoniya bağı) gəzəndə əlində ya qızılgül, ya da novruzgülü olarmış. Qızlgül gözəllik, novruzgülü incəlik rəmzidir. Yəqin ki, Vahid də o gözəlliyi, incəliyi xanımlara bənzədirmiş.

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,

Bülbül dayanarmı gülünə həsrət olanda?

Əliağa Vahid xalq şairi olmasa da xalqın şairidir. Allahın Azərbaycan xalqına verdiyi bəxşişdir.

Gözəl həyatını, Vahid, fənayə sərf etmə, Səni zəmanə yetirməz dübarə, bir dənəsən.

 

 

 

 

 

 

 

 

Təhminə Paşayeva

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğandan Qərbə Qarabağ ÇAĞIRIŞI 21 İyun 2021, 20:43 ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar 21 İyun 2021, 20:33 “Hər dəqiqə ərzində 250 yoluxma, 6 ölüm var” - Tedros Qebreyesus 21 İyun 2021, 20:19 Türkiyədə iki terrorçu məhv edildi 21 İyun 2021, 20:06 Polis əməkdaşı xidməti silahla özünü güllələdi 21 İyun 2021, 19:57 Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?