Arxiv
18 Dekabr 2012, 16:19 |
Dünyanın 10 ən ağıllı insanı - SİYAHI
Dünyanın 10 ən ağıllı insanı - SİYAHI

İnsanın nə qədər ağıllı olması barədə mühakimə yürütmək bir az subyektiv məsələdir. Sizcə bunu İQ (intellekt əmsalı) və ya insanın əldə etdiyi nailiyyətlər əsasında söyləmək olar?

İnsanların 50%-nin İQ səviyyəsi 90-110 arasıdır; 2,5% insan əqli cəhətdən zəif inkişaf edib, onları İQ-su 70-dən aşağıdır, 2,5% insan isə intellekt səviyyəsinə görə əksəriyyəti qabaqlayır, onlarda bu göstərici 130-dan çoxdur, 0,5% isə dahi hesab olunurlar, onların İQ göstəricilər 140-dan çoxdur.

Bəlkə də kimi daha ağıllı hesab etmək barədə mübahisələr heç zaman sona yetməyəcək, amma aşağıda qeyd etdiyimiz insanların dünyada ən ağıllılar sırasında olması ilə bağlı çətin ki, kimsə mübahisə etsin. Budur sizə hazırda sağ olan və inanılmaz dərəcədə yüksək İQ göstəricisinə malik insanların siyahısını təqdim edirik. 

1. Stiven Hokinq - İQ 160

Stiven, bəlkə də bu siyahıda adı çəkilən ən məşhur insandır. Stiven Hokinq nəzəri fizika sahəsində etdiyi proqressiv araşdırmalara və Kainatın qanunlarını izah edən digər tədqiqatlarına görə məşhurlaşıb. O həmçinin 7 bestseller və 14 mükafat sahibidir.

2. Kim Unq-Yonq - İQ 210

Kim Unq-Yonq –koreyalı vunderkinddir, o, dünyada ən yüksək intellekt əmsalının sahibi kimi Ginnesin Rekordlar Kitabına daxil olub. İki yaşında ikən o, artıq sərbəst şəkildə iki dildə danışa bilir, 4 yaşında isə çətin riyazi məsələləri həll edirdi. 8 yaşı olanda o, ABŞ-da təhsil almaq üçün NASA-ya dəvət olunmuşdu.

3. Pol Alle- İQ 170

Microsoft şirkətinin həmtəsisçisi heç şübhəsiz ki, dünyanın ən uğurlu insanlarından biridir, çünki o, öz əqli imkanlarının bəhrəsini görə bilir və öz ağlını kapitala çevirməyə müyəssər olub. Onun var-dövlətini 14,2 milyard dollar həcmində qiymətləndirmək olar. Pol Allen dünyanın ən varlı insanlarının siyahısında 48-ci yerdədir. Onun çoxlu sayda kompaniyaları və idman komandaları var.

4. Rik Rosner - İQ 192

Belə yüksək intellekt əmsalı göstəricisinə sahib olmasına baxmayaraq, bu insanın televiziya prodüseri işləməsi çətin ki, sizə inandırıcı gəlsin. Amma Rik heç də adi dahi deyil. Onun xidməti kitabçasında striptiz rəqqası, diyircəkli konkilər üzərinə ofisiant, rəssamlar üçün naturaçı kimi qeyri-adi vəzifələrin adları da var.

5. Qriqori Perelman - İQ 190

Qriqori Perelman 1966-ci ildə Leninqradda yəhudi ailəsində doğulub. O, ilk riyaziyyatçıdır ki, Puankare hipotezini isbat edib. O, imtahansız Leninqrad Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olub. Daha sonra Steklov adına Riyaziyyat İnstitutunun Leninqrad (Sankt-Peterburq) filialında işləməklə yanaşı, həm də ABŞ-ın bir sıra universitetlərində müəllim kimi çalışıb. 2003-cü ildən isə heç bir yerdə işləmir və kənar adamlarla ünsiyyət qurmur.

6. Ser Endryu Uayls - İQ 170

1995-ci ildə məşhur britaniyalı riyaziyyatçı ser Endryü Uayls Böyük Ferm teoremini isbat etdi, bu həmin ana qədər dünyada ən çətin riyazi tapşırıq hesab olunurdu. O, riyazi elmlər sahəsində 15 mükafata layiq görülüb.

7. Yudit Polqar - İQ 170

Yudit Polqar macarıstanlı şahmatçıdır. O, 15 yaşında ikən dünyanın ən gənc qrossmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələyib. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Ata bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar, daha çox uğur əldə edə bilərlər.

8. Kristofer Hirata - İQ 225

14 yaşında ikən amerikalı Kristofer Hirata Kaliforniya Texnoloji Universitetinə daxil olur, 16 yaşında isə o artıq NASA-da Mars planetində koloniyaların salınması ilə bağlı proyektlərin üzərində çalışır. Artıq 22 yaşında astrofizika üzrə doktor dərəcəsi alır.

9. Terens Tao - İQ 230

Tao hələ körpə ikən hamıya vergili uşaq təsiri bağışlayırmış. İki yaşında, yəni sizlərdən çoxunuz yeriməyi və danışmağı təzə mənimsədiyi vaxtda, o artıq əsas riyazi əməlləri yerinə yetirə bilirdi, 9 yaşında o, artıq universitet səviyyəli riyazi kurslara gedirdi, 20 yaşında isə o, Prinston Universitetində doktorluq dərəcəsi almışdı. 24 yaşında Los-Anceles şəhərinin Kaliforniya Universitetindən ən gənc professor adı alır. Bu müddət ərzində onun 250-dən çox elmi işi dərc olunub.

10. Ceyms Vuds - İQ 180

Amerikalı aktyor Ceyms Vuds çox parlaq tələbə olub. O, Los-Ancelsdəki olduqca nüfuzlu Kaliforniya Universitetinə xətti cəbr fakültəsinə daxil olub. Daha sonra isə Massaçusets texnoloji institutunu oxuyub, burada o, aktyorluq naminə siyasi təhsili tərk etmək qərarına gəlib. Onun hesabında üç Emmi mükafatı və iki “Oskar” nominasiyası vardır. 

Hazırladı: Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:44, Bu gün Hava xətlərinin metal dayaqlarını oğurlayanlar SAXLANILDI 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar saxlanıldı 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün Uşaq bağçasında dəhşətli hadisə: 34 nəfər ölüb 12:48, Bu gün Ermənilər sentyabr döyüşlərində 6 hərbçimizi işgəncə ilə öldürüb 12:45, Bu gün Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı 12:43, Bu gün ADY bugünkü etirazlarla bağlı açıqlama yaydı 12:40, Bu gün Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası 12:38, Bu gün “Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən REAKSİYA 12:38, Bu gün Rusiyadan Azərbaycana 309 min nəfər gəlib 12:30, Bu gün Azərbaycan Ordusu qış rejiminə keçir - VİDEO 12:26, Bu gün Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib 12:22, Bu gün Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib 12:18, Bu gün Ərdoğan Paşinyan və Makronla görüşə yollandı 12:14, Bu gün Millimiz FİFA reytinqində 5 pillə irəlilədi 12:10, Bu gün Mətbuat Şurasının sədr müavini: “Yeniliklər etməyə çalışacağıq” 12:06, Bu gün Erməni meyitləri ilə bağlı görüntülər saxtadır - RƏSMİ 12:02, Bu gün Edillidə erməni əsirliyində olmuş şəxs vəfat etdi 11:58, Bu gün İlham Əliyev Şarl Mişellə GÖRÜŞÜB 11:54, Bu gün Ermənilər Azərbaycana 16 milyarddan çox ekoloji ziyan vurub 11:50, Bu gün İtaliya baş nazirinə 100 inək əvəzində evlənmə təklifi EDİLDİ 11:48, Bu gün Araz Əlizadə vəfat etdi 11:46, Bu gün I Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI 11:44, Bu gün GDU-da məlumat sessiyası keçirilib - FOTOLAR 11:42, Bu gün 130-dan çox hərbçinin meyiti Ermənistana qaytarılıb 11:40, Bu gün Ermənistan parlamenti növbədənkənar sessiya çağırdı 11:36, Bu gün İtkinlərin genetik profili hazırlanıb 11:32, Bu gün Yaşıllığı azalan Bakı fəlakətli əraziyə çevrilib - Böyük şəhərlərlə MÜQAYİSƏ 11:28, Bu gün Fransalı deputat erməni diasporunu İFŞA ETDİ 11:24, Bu gün