Arxiv
27 Dekabr 2012, 12:04 | ÖLKƏ
“Gədəbəy” - adın mənşəyi - iddialar, mübahisələr, təkliflər... ARAŞDIRMA

Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı rayonun ilk adı “Mədən” olub


Sazın, sözün beşiyi, Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı, vaxtilə dünyanın sayılıb-seçilən sənaye mərkəzlərindən olan, hər daşında bir tarix bəsləyən, Azərbaycanın əfsanələr paytaxtı Gədəbəyin adının hardan qaynaqlanması, etimoloji araşdırmaların kasadlığı bəzi mübahisələrə səbəb olur. Bəlkə də buna görədir ki, cəmiyyətdə bu  rayonun adına birmənalı yanaşılmır. Hətta rayonun adının dəyişdirilməsini də istəyənlər az deyil. Bütün bunları nəzərə alaraq Modern.az Gədəbəy rayonunu adının mənasını və bu adın dəyişdirilməsinə ehtiyac olub-olmadığını araşdırıb.

Uzun müddət AMEA-nın Tarix, Dilçilk, Coğrafiya institutlarını ələk-fələk edəndə gördük ki, hərdən öz peşələrinin mütəxəssisi kimi tanınan şəxslər bu məsələdə heç də mütəxəssis deyillər. Belə ki, onlardan heç kim dəqiq mənbə göstərə bilmədiyindən fikirlərini eşitdikləri versiyalarla ifadə etdilər. Amma alimlərdən  fərqli olaraq, rayonun adının mənasını bilənlər də tapıldı və onlar heç də rayonun adının dəyişdirilməsinin tərəfdarı olmadıqlarını bildirdilər.   

Fəlsəfə elmlər doktoru İzzət Rüstəmov vaxtilə Gədəbəy rayonunun adının Mədən olduğunu, sonradan Gədəbəy adlandırıldığını söylədi. Onun sözlərinə görə, mis, qızıl yataqları kəşf olunduğundan bu ərazi Mədən adlanıb:

“Gədəbəyin mənası bəylər, hampa olan yer deməkdir. Çox vaxt “gədə” sözü aşağılayıcı, sayılmayan kimi qələmə verilir. Amma əslində belə deyil. Bu adın kökündə bəylik durur. Vaxtilə “Mədən” adlandırılan rayon mərkəzi sonradan “Gədəbəy” olub. Rayonun elə kəndləri var ki, oranı pisləyirlər, çox geri qaldığını deyirlər. Halbuki, 19-cu əsrdə həmin kəndləri işıq və sivilizasiya mərkəzi adlandırırdılar. Hətta adları kitablara da düşüb. Dilçilərin əksəriyyəti “Gədəbəy” sözünün ərəb dilindəki “Qodabek” sözündən götürüldüyünü deyirlər. Bu sözün isə tərcüməsi “mis bəyi” deməkdir. Söz uzun illər müəyyən dəyişikliyə məruz qalaraq “Gədəbəy” formasını alıb. Odur ki, Gədəbəyin adının dəyişdirilməsinə ehtiyac yoxdur ”.  

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair İlyas Tapdıq isə hesab edir ki, tıva dilində “Gədəbəy” sözünün mənası dağlıq yer deməkdir. Onun sözlərinə görə, bu sözün mənası “gədik” sözünə yaxındır.
“İkinci bir tərəfdən Quba rayonunda da Gədəzeyxur kəndi var ki, bu da dağlıq yer mənasını verir. Belə bir versiyalar da var ki, vaxtilə Gədəbəydə kattalar olub, amma bəylik olmayıb. Həmin kattalar çox yaxşı olduğundan ona kətta-bəy (böyük bəy) deyirlərmiş. Sovet hakimiyyəti qurulandan sonra isə Gədəbəyə rayon statusu verilib. Belə deyirlər ki, Şəmkirdə Allahyar və Dilqəm bəy olub, car hökuməti qurulanda onların bütün torpaqları əllərindən alınıb. Elə o vaxtdan da həmin rayon “bəy yeri” kimi işlənib. Başqa versiya isə oğlan, bəy mənasını verir”.   

Gədəbəyli deputat Rafiq Məmmədhəsənov dəyişikliklə bağlı təklif irəli sürənlərin ciddi səhvə yol verdiyini dedi. Onun sözlərinə görə, “gədə” sözü ayrı mənanı verir, “gəda” ayrı. Bunları qarışdırmaq olmaz.
““Gədə” cavanlara deyirlər. Ona görə də bunun fərqində olmaq lazımdır. Gədəbəy adının özü bir tarixdir. Buna toxunmaq olmaz. Bir çoxları Gədəbəyin Dədəbəy olmasını təklif edir. Bu da yanlış fikirdir. Ümumiyyətlə, Gədəbəy adı tarixdə, arxivdə, mənbələrdə belə gedib. Bunun adının dəyişdirilməsinin nə mənası var?! Bineyi-qədimdən bura kimsə rayona gəlib və soruşub ki, “rayonun adı nədir?” O da deyib ki, “get a bəy”. Ad da burdan qalıb. Həm də rayonda balaca uşaqlara “gədə” deyirlər. Yəni gədəsi də bəydir. Belə yozanlar da var. Necə olur ki, bu qədər alim, professor Gədəbəy adı ilə razılaşır, amma bəzi yeni yazan, pozanlar bu adı bəyənmirlər. Halbuki, Zaqafqaziyada ilk dəfə dəmiryolu, işıq Gədəbəydə olub”. 

Deputat deyir ki, hətta ad dəyişikliyilə bağlı təklif Milli Məclisdə qaldırılsa belə, o, bunun qəti əleyhdarı olacaq. Millət vəkilinin sözlərinə görə, adın dəyişdirilməsinə cəhd olarsa o, öz etirazını bildirəcək.     

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun professoru, filologiya elmləri doktoru Fəxrəddin Veysəlli isə deyir ki, Gədəbəyin müxtəlif etimologiyası ola bilər. Məsələn, “yola düş get”, “get a bəy” və s.

Toponimlərin bəzilərinin dediyinə görə, “Gədəbəy” sözü qədim türk dillərindəki get, gedik (təpə) və bək (keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranıb və “müşahidə məntəqəsi”, yaxud “keşikçi təpəsi” mənasını ifadə edir. Gədəbəyin adı hələ 1206-ci ildə alban tarixçisi Mxitar Qoşun əsrərində “Getabak” kimi verilib. İndiyədək “Gədəbəy” sözünün digər sözlərlə yanaşı “gəda” - fars mənşəli və “bəy” – türk mənşəli söz birləşməsi kimi qəbul edilməsi, əslində heç bir məntiqə sığmır. Bu da onunla əsaslandırılır ki, buranın birmənalı olaraq türk məkanı olması arxeoloji memarlıq abidələrində, yazılı və şifahi yozumlarda təsdiqini tapıb. Dağlıq yurdun yerləşdiyi ərazinin məkana uyğun olaraq “kədə”, yəni qədim türk sözü olaraq, “keşikçi, gözətçi” mənasına gəlməsi daha ağlabatandır. “Bek” sözü də qədim türk sözü olaraq təpə, dağ mənasındadır. 

Sabiq millət vəkili Nazim Məmmədov isə ümumilikdə adların, tarixi, etnoqrafik, dil üslubu baxımdan dəyişdirilməsinə normal baxır. Siyasi maraqlarla ad dəyişdirilməsinə, yaxud ad dəyişmək xətrinə dəyişikliklərin əleyhinə olduğunu deyir: “Dediyim kimi, tarixçilər, etnoqraflar Gədəbəyin adının dəyişdirilməsini elmi əsaslarla sübut etsələr, buna hörmətlə yanaşaram. Xocalı-Gədəbəy mədəni abidələri vasitəsilə sübut olunub ki, müasir Azərbaycanın ən qədim yaşayış məskənləri Gədəbəy rayonunun ərazilərində olub. Tarixçilərin bir versiyası olub ki, bir atlı və ya səyyah Gədəbəyin indiki yerində olan yaşayış məskəninin adını soruşub, cavab isə “get, a bəy” olduğundan müasir dilimizə belə dəyişik formada gəlib, digər bir versiyada isə almanlar orta əsrlərdə bu dağlarda qızıl tapdıqlarına görə “Goldbergbau” yəni alman dilində “Qızıl dağ” olaraq adlandırıblar. “Goldbergbau” təlləffüzdə Gədəbəy-ə yaxın olub”.

Nazim Məmmədov isə Gədəbəyin adının dəyişdirilib “Qızıldağ” la əvəzlənməsinə etiraz etmədiyini dedi.

Gültəkin Ələsgər

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar 2 İyun 2020, 09:53 Milli Məclis iki qanunda ekoloji tələbləri müəyyənləşdirir 2 İyun 2020, 09:49 Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı 2 İyun 2020, 09:46 Parlament Azərbaycanda həkim-transplantoloqun vəzifələrini BƏLLİ EDİR 2 İyun 2020, 09:40 Azərbaycanda canlı donordan orqan transplantasiyası belə olacaq - QAYDALAR VƏ ŞƏRTLƏR 2 İyun 2020, 09:34 İyun ayının qeyri-iş günləri AÇIQLANDI 2 İyun 2020, 09:28 Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG... 2 İyun 2020, 09:22 Milli Məclisin bugünkü iclasının GÜNDƏLİYİ 2 İyun 2020, 09:20 Masallıda avtomobil kanala aşdı, sürücü öldü 2 İyun 2020, 09:16 Nazirlik cəbhədəki gərginliklə bağlı məlumat yaydı 2 İyun 2020, 09:10 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı 2 İyun 2020, 09:05 Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü 100 il əvvəlki sələflərini belə yad etdi - VİDEO 2 İyun 2020, 09:00 “Deputat olmaq üçün xüsusi ali məktəb oxumaq lazım deyil” - MÜSAHİBƏ 2 İyun 2020, 08:53 İrəvanı bizdən alan QÜVVƏ - FAKTLAR 2 İyun 2020, 08:43 Könül Xasıyevaya ağır itki üz verib -FOTO 2 İyun 2020, 08:34 Yerə doğru təhlükəli asteroid yaxınlaşır 2 İyun 2020, 08:00 İsmayıllıda meşədə itən oğlan TAPILDI 2 İyun 2020, 07:50 Nyu-York ştatında komendant saatı tətbiq olunur 2 İyun 2020, 00:55 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edildi 2 İyun 2020, 00:38 Helikopter qəzasında 4 nəfər öldü 2 İyun 2020, 00:23 Bulvarda şəkil çəkmək istəyən gənc dənizə düşdü 2 İyun 2020, 00:07 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 Etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16