Arxiv
4 mart 2010, 12:54 | MÜSAHİBƏ
Deputat Həvva Məmmədova: “Ən yaxşı paltarımı Qarabağa geyinəcəyəm”

st1:*{behavior:url(#ieooui) }

“İşdən sonrakı iş” rubrikasının bu dəfəki qonağı millət vəkili Həvva Məmmədovadır

 

 

 

- Həvva xanım, işdən sonra nəylə məşğul olduğunuzu bilmək olarmı?

- Təbiəti çox sevən adamam. Doğma yurdumdan didərgin düşəndən sonra təbiətlə əlaqəm də kəsilib....

Həmişə istəmişəm ki, böyük kitabxanam olsun. İstənilən kitabı bu kitabxanada tapa biləm. Ancaq bu arzuma tam olaraq çata bilməmişəm. Kitabxanam var, amma nəzərdə tutduğum kitabxananı qura bilməmişəm. Boş vaxtlarımda mətbuatı da izləməyi xoşlayıram. Bu gün qarşımda duran ən böyük vəzifə qaçqın və məcburi köçkünlərin problemlərinə biganə qalmamaqdır. Şənbə və bazar günü yalnız onların problemləri ilə məşğul oluram. Onlarla bağlı bütün istəklərimi gerçəkləşdirə bilmirəm. Bu isə məni çox üzür.

Həyatımda ən çox maraqlandığım məsələlərdən biri də  övladlarımın tərbiyəsi ilə məşğul olmaqdır. Tanrıdan ən böyük diləyim övladlarımın tərbiyəli olmasıdır. Qızımı köçürmüşəm, oğlumu evləndirmişəm. Amma indi də onların işləri ilə ciddi məşğul oluram. Hərəsi bir ailə sahibi olsa da, gördükləri işlər barədə mənə hesabat verirlər. Mənə elə gəlir ki, valideyinin ən böyük arzularından biri də övladlarının savadlı olmasıdır. Mənim həyatda ən böyük istəyim övladlarımın layiqli vətəndaş və savadlı olmalarıdır. Oğlum hərbçidir və öz peşəsindən zövq alır. Ovladları sərbəst buraxmaq da böyük istəklərimdəndir. Mən öz arzumla tarixçi olmuşam. Bu, atamın da arzusu olub. Ancaq övladlarımın hansısa sahəni seçməsini məcbur etməmişəm. Sadəcə onların yaxşı təhsil almaları üçün, seçəcəkləri sahəni sevmələri üçün çalışmışam. Tarixi filmələrə tamaşa etməkdən yorulmuram. İstərdim işğal altında olan rayonlarımızın, kəndlərimizin hər biri barədə ayrıca film olsun. Bu filmlər günümüzlə səsləşsin.

- Həvva xanım, heç boş vaxtınız olur?

- Mən gerçəkliyi sevən adamam.

- Əyləncədə nəyə  üstünlük veririsiniz? 

- Muğamlarımızı çox sevirəm. Bu da mənim musiqiyə olan həvəsimdir. Muğamlarımızın hər birinin adını bilirəm. Onların mahir ifaçılarının səslərindən tanıyıram. Bu sahədə həm böyük axtarışlarım var, həm də uşaqlıqdan musiqiyə meyilli olmuşam. Bəlkə də bundandır ki, övladlarımın musiqi təhsili də var. Evdə əhval-ruhiyyəmizin yaxşı olan vaxtı oğlum Sərxan pianonun arxasına keçir. O, pianoda  “Qarabağ şikəstəsi” çalır, mən də zümzümə edirəm. Bunu dana bimərəm. Oğluma söz vermişəm ki, evi olanda ona təzə piano alacam.

- Özünüzün musiqi təhsili var?

- Yox, musiqi təhsilim yoxdur, amma övladlarımın var. Uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Birinci ili instituta qəbul olunmaq üçün sənəd verdin və musabiqədən kənarda qaldım. İstəmdim vaxt itirəm, ona görə də sənədlərimi Şuşa Pedaqoji Texnikumuna verdim. Amma valideynlərimin buna razılığı olmadı. Şuşa Pedaqoji Texnikumu mənim baba evimin iki addımlığında idi. Sənədlərimi ora verəndə ilkin olaraq mahnı oxumağımı istədilər. İki mahnını oxudum və “5” aldım. Mənə dedilər ki, əlavə qəbul var, get sənədlərini konservatoriyaya (indiki Musiqi Akademiyası) ver. Bu məsələ ilə bağlı fikrimi anama açdım. Dedi ki, “bu, mümkün deyil. Atan bilsə, səni öldürər”. Aradan uzun illər keçdi, övladlarım nə zamansa məndən gizli səsimi diktafona yazıb mən evdə olmayanda bunu atama verirlər. Deyirlər ki, “dədə, sən qoymamısan anamız musiqi təhsili alsın, amma onun yaxşı səsi var, istədiyi vaxt evdə oxuyur”. Onda atamın 83 yaşı var idi. O zaman etiraf etdi ki, bunu düz etməyib. Bu, ondan gördüyüm ilk etiraf idi. Son dövrlər telekanallarda kimlərsə mahnı oxuyanda oğlum Sərxan deyir ki, anam ondan yaxşı oxuyar. Demək istəyirəm ki, musiqi mənim damarlarımdan axır.

- Sevdiyiniz mahnılardan bir neçəsinin adını çəkə bilərsinizmi?

- Ən sevdiyim mahnılar Qarabağa aid olan mahnılardır. Son dövürlər musiqimizdə hüzn notları yarandı. Bu məni çox üzdü. Sanki musiqimiz mənim üçün hüznə cevrilib.

- Musiqi sizin üçün nədir?

- Musiqi mənim üçün kədərdir, işğal altında olan torpaqlrımızdır. Açığı, əvvəllər belə deyildi. Qaçqınlıq zamanından sonra məndə belə bir ovqat yaranıb.

- Musiqiyə meyilli adamlar həm də romantik olurlar. Sizdə necə, romantika güclüdürmü?

- Yaxınlarım məni belə tanıyır. İnanın dibçəkdə yeni açan bir güldən də zövq alıram. Vaxtılə hekayələr də yazmışam. Romantik adamların əhvalı havadan daha çox asılı olur. Çisginli gün mənim üçün nisgildir, için-için ağlamaqdır...

- Ən böyük probleminiz nədir?

- Düşünürəm ki, Qarabağ işğaldan azad olsa, həyatda heç bir problemim olmaz. Maddiyyat məni o qədər də maraqlandırmır. Məni tanıyanlar, ev şəraitimi görsələr, gözlərinə inanmazlar. Amma bu, mənim üçün önəm daşımır. İnanın, bəlkə də hər axşam yuxuda Şuşanı görürəm. Hər gecə Şuşaya gedirəm. Sanki gerçəkdən Şuşada oluram.Belə yuxulardan sonra ovqatım xeyli yaxşılaşır. Son zamanlar qəmli musiqilərə qulaq asanda, atam yadıma düşür. Onu xatırlayıram. Belə məqamlarda ağladığım zamanlar da olur.

- Sonuncu dəfə hansı müğənninin konsertində olmusunuz?

- Zöhrə Abdullayevanın. Orada həm zövq aldım, həm də ağladım.  Mənə elə gəldi ki, Zöhrə konsert boyu Qarabağa agladı. Sanki o yerlərə hesabat veriridi. İnanın, bir neçə gün Zöhrə gözümün qabağından getmədi. Qarabağla bağlı düşündüm, uşaqlığımı yaşadım.

- İnsan neçə yaşında olursa olsun, ona elə gəlir ki, ən yaxşı paltarı bundan sonra geyinəcək, ən yaxşı günü bundan sonra görəcək, ən dadlı yeməyi bundan sonra yeyəcək. Siz necə düşünürsünüz?

- Doğrudan da elədir. Ötən il Amerikaya getmişdim. Orada cincilim, quzuqulağı, quşəppəyiyə rast gəldim. Əyildim, əllərimi vurdum, amma bizim yerlərin bitkiləri kimi deyildi. İnanın, bəzən özümdən asılı olmayaraq ən yaxşı paltarımı geyinmirəm, saxlayıram, özümdən asılı olmayaraq onları Qarabağa geyinəcəyimi düşünürəm. Bu hiss məndə həmişə var. Bir dəfə təzə bir kostyum almışdım, amma geyinmirdim. Toya gedirdik, qızım dedi ki, “ana, bunu niyə geyinmirsən, axı bu sənə yaxşı yaraşır”. Dedim, “dəymə, o mənə lazımdı”. Uşaq caş-baş qaldı. Axı onun nəzərində ən yaxşı paltarını toya geyinməlisən.

 

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident və birinci xanım 28 Mayla bağlı keçirilən rəsmi qəbulda  27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09