Arxiv
25 Fevral 2013, 09:15 | REPORTAJ
Qəhrəman ana - Tacikistanın birinci ledisi - FOTOLAR


Modern.az saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.

Rubrukanın budəfəki təqdimatı Tacikistan prezidenti Emoməli Raxmonun xanımı Azizmo Asadullayevadır.  
Azizmo Asadullayeva 1994-cü ilin noyabrından Tacikistanın birinci xanımıdır. Raxmon ailəsi artıq 19 ildir Tacikistana rəhbərlik edir.
Tacikistanın birinci ledisi haqqında məlumatlar olduqca azadır. Hətta bu ölkənin öz jurnalistləri belə, onun haqqında çıx məhdud informasiyalara malikdirlər. Azizmo Asadullayeva barəsində Tacikistanda rəsmi məlumatlar verilmir, onunla bağlı bilgilər yalnız qeyri-rəsmi mənbələr hesabına yayılıb. Bu xanım çox nadir hallarda ərinə hansısa rəsmi bir tədbirdə yoldaşlıq edir.

Onun haqqında bəlli olan yegənə rəsmi məlumat odur ki, Azizmo xanım 9 övlad anasıdır. Azizmo Asadullayeva və Emoməli Raxmon cütlüyünün bu evlilikdən dünyaya gələn 9 övladından 2-si oğlan (Rüstəm və Somon), 7-si isə qızdır – (Ozodə, Firuzə, Ruxşonə, Təhminə, Pərvinə, Zərinə və Farzonə).

Azizmo xanımın kiçik övladları öz uğurları ilə seçilir. Oğlu Somon Raxmon bu yaxınlarda Rumıniya paytaxtı Buxarestdə keçirilən informasiya-kommunikasiya  texnologiyaları üzrə beynəlxalq olimpiadada qızıl medal qazanıb. Ailənin kiçik qızı Fərzonə isə Rusiyanın Yekaterenburq şəhərində keçirilən Rus dili olimpiadasının mükafatçısı olub. Somon və Fərzonə hər ikisi Taciqistan Prezident Liseyində təhsil alırlar.

Birinci ledinin böyük oğlu Rüstəm Raxmon 1987-ci ildə dünyaya gəlib. Tacikistan Dövlət Universitetinin Beynəlxalq iqdisadi əlaqələr fakültəsini bitirib. Hazırda o,  Tacikistan Futbol Federasiyasının rəhbəri, eyni zamanda Qaçaqmalçılıqla mübarizə və gömrük qaydalarının pozulmasına qarşı xidmət idarəsinin rəisidir.
Prezident ailəsinin böyük oğlunun daha iki vəzifəsi var: o, Gənclər üzrə iş, idman və turizm Komitəsinin sədri, Tacikistan gəncləri birliyinin sədr müavini vəzifələrində də  çalışır. Rüstəm Raxmon həm də Tacikistan parlamentinin deputatıdır.

Rüstəm Raxmon 2009-cu ildə Düşənbənin qida sənaye sektorunda tanınnmış bir biznesmeninin qızı ilə ailə qurub. Oun toyu Prezidentin şəhər kənarında yerləşən Puqus malıkənasində baş tutub. Hazırda bir qız övladı var.
Gəzən söz-söhbətlərə inansaq, Rüstəm Raxmon son vaxtlar özünü ərəb şahzadələri kimi aparmaq qərarına gəlib. Onun adı tez-tez qalmaqallı hadisələrdə çəkilir, ölkənin məşhur qadın müğənnilərilə xoşagəlməz olaylarda cüt halannır. Bəzi məlumatlarda hətta Rüstəm Raxmonun qadın alveri ilə də məşğul olan şəbəkəni himayə etdiyi də vurğulanır.

Birinci ledi Azizmo Asadullayevanın böyük qızı Firuzə Tacikistan Dəmir Yollarının rəisi Amonullo Xukumovun oğlu ilə ailə qurub. Rəsmi məlumatlara görə, o, paytaxt Duşənbədə butiklər şəbəkəsi fəaliyyət göstərir.

Ailənin ikinci qızı Ozodə xarici işlər nazirinin müavini vəzifəsində çalışır. Ozodə xanım Tacikistanın maliyyə nazirinin müavini Cəmaləddin Nuraliyevlə ailə qurub. Raxmon ailəsinin digər qızı Zərinə isə Tacikistanının birinci telekanalının diktorudur. O, ingilis dilində gündəlik xəbərlər buraxılışının aparıcısıdır. İngilis dilində xəbərlər buraxılışı Tacikistan dövlət televiziyasında artıq 3 ildir yayımlanır. Qeyd edək ki,  Zərinə Raxmon Böyük Britaniyada təhsil alıb. Məlumatlara görə, Zərinə prezidentin qızları arasında özünə ictimai peşə seçən yeganə övladdır.

Birinci ledinin heç bir rəsmi və ictimai vəzifə tutmayan qızlarından biri Təhminə Raxmondur. Amma Təhminə xanımın çox aktiv biznes karyerası var. O, ölkənin ən  böyük biznes şəbəkəsinə nəzarət edir.

Raxmon ailəsinin Pərvinə adlı digər qızı haqda isə xoşagəlməz söz-söhbətlər yayılıb. Onun ən axrıncı qalmaqalı Düşənbə restoranlarından birində baş verib. Pərvinə Tacikistan Dövlət Tibb Universitetində təhsil alır və deyilənlərə görə paytaxt Düşənbədə daim canğüdənlərlə gəzir.

Xanım Azizmo Asadullayevanın qardaşı Həsən Asadullazodə Tacikistanın ən məhşur şəxslərindən biri sayılır. O nəhəng “Orionbank”ın sədridir. Bəzi məlumatlara görə, prezidentin tapşırığı ilə Həsən Asadullazodə Tacikistanın bütün gəlir gətirən sahələrinə nəzarət edir.






Günəş FƏRHADLI
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Uşaqları lazımsız yerə repetitor yanına göndərirlər” - Nazirdən irad 5 Dekabr 2020, 22:43 MOSSAD İranın “atom bombasının atası”nı 27 il izləyib 5 Dekabr 2020, 22:28 Türkiyədə lider büdrədi, “Qalatasaray” zirvəyə şərik çıxdı 5 Dekabr 2020, 22:12 Çində partlayış - onlarla ölən var 5 Dekabr 2020, 21:58 Paris qarışdı - maşınlar yandırlır, mağazalar talan edilir 5 Dekabr 2020, 21:42 Koronavirus qripdən necə fərqlənir? 5 Dekabr 2020, 21:28 Düşmən əsgərləri Hadrut ətrafındakı meşəliklərdə gizlənir 5 Dekabr 2020, 21:15 Kürdəmirdə maşın aşdı 5 Dekabr 2020, 21:00 Parisdə gərginlik - etirazçılar polisi daşa tutdu 5 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 5 Dekabr 2020, 20:35 Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi 5 Dekabr 2020, 20:19 Akar Türkiyə silahlarının Qarabağ müharibəsinə təsirindən DANIŞDI 5 Dekabr 2020, 20:04 Nələr gizlədər döyüşçü ürəyi... 5 Dekabr 2020, 19:36 Bakıda çoxmərtəbəli bina yandı - 12 nəfər təxliyə olundu 5 Dekabr 2020, 19:22 Müxalifət Paşinyana istefa üçün vaxt verdi 5 Dekabr 2020, 19:15 Sarkisyan Paşinyanı xain adlandırdı 5 Dekabr 2020, 18:16 Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO 5 Dekabr 2020, 17:52 İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncədə - FOTOLAR 5 Dekabr 2020, 17:37 Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır” 5 Dekabr 2020, 17:26 Kəlbəcərin füsunkar təbiəti FOTOLARDA 5 Dekabr 2020, 17:10 İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?