Arxiv
11 mart 2013, 16:11 | AKTUAL
Ədəbiyyatda itkin düşən fantastika janrı MKM-də tapıldı

Fantastik janrını gələcəyin qaranquşu da demək olar. Bu janrın təmsilçiləri olan Jül Vern, Ayzek Əzimov, Rey Bredberi və başqalarının əsərlərində rast gəlinən bir sıra kəşflər sonralar həyata vəsiqə alıblar. Azərbaycanda isə Namiq Abdullayev (“Sehirli oğlan, “Balaca kiberin macəraları,” Gecələr uzanaydı, “Piyada vəzirə çevrilir”) və Emin Mahmudov (“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Qeyb olmuş səslər”, “Dəmir necə ayaq açdı”, “Zülmət dənizi”, “Ulduzlar yolumuzu gözləyir”, “Qüdrətli pillə“, “Günün nəfəsi”, “Atlant qızı“) fantastik janrda yazdığı kitabların müəllifləridir . Sonralar AYB sədri Anar da “Əlaqə” povesti ilə bu janra öz töhfəsini verdi və sözügedən əsər əsasında bədii film də çəkildi. Lakin sonrakı illərdə fantastika Azərbaycan ədəbiyyatından qeybə çəkildi.

Modern.az-a açıqlamasında AYB sözçüsü Ədalət Əsgəroğlu elmi-fantastik janrında mövcud boşluğu etiraf edib: “Bu janrda yazan Namiq Abdullayev, Emin Mahmudov, Anar, riyaziyyat elmləri doktoru, professor Elmira Zamanova, Çingiz Abdullayev kimi bir neçə tanınmış müəllifin adını qeyd etmək olar. Təəssüf ki, bu gün həmin janrda yazan müəlliflərin bəziləri artıq həyatda yoxdur. Bu janrda öz əsərləri ilə tanınan E. Mahmudov isə hazırda Amerikada yaşayır. Ölkəmizdə son zamanlar bu janrda yazanlara o qədər rast gəlmək mümkün deyil. Oxucu həmişə elmi fantastikaya meyllidir. Əgər bu fantastika elmə, məntiqə söykənirsə, ona maraq göstərən də çox olur. Ancaq sırf “fentezi” janrına gəldikdə, nağılvarı olduğuna görə onu sevənlər də ola bilər, çünki əyləncə xarakterlidir. Elmi fantastikada isə oxucu savadlanmağa, sabahı görməyə meylli olur. “Fentezi”də irəli sürülən utopik fikirlərin nə vaxtsa, özünü doğruldacağı məlum deyil. Amma fakt göstərir ki, elmi-fantastik əsərlərin əksəriyyəti əvvəl-axır özünü doğruldur, gerçəkliyə çevrilir. Bu gün əsərlər yazan gənc yazarlar var, amma inanmıram ki, elmi fantastikaya maraq böyük olsun. Sadəcə, hardasa epizodlar, yanaşmalar ola bilər”.

Yazıçı Yaşarın sözlərinə görə, ədəbiyyatın o biri janrları ilə müqayisədə fantastika daha çox üstünlük təşkil edir. “Mən Milli kitab Müsabiqəsində münsifəm. Təqdim olunan hər 3 əsərdən biri fantastik janrdadır. Həm də indiki fantastik əsərlər sovet dövründə yazılandan daha maraqlıdır. Çünki sovet dövründə yazılan əsərlərdə ideoloji aspektlər də var idi”.

Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“AzerGold” ötən il ölkə iqtisadiyyatına 187 manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:31 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10 İlham Əliyev Cavad Zərifi qəbul edib 25 Yanvar 2021, 12:07 Evi tərk edən koronavirus xəstəsi saxlanıldı 25 Yanvar 2021, 12:04 Ötən ilin yol qəzaları - 696 ölü, 1410 yaralı 25 Yanvar 2021, 12:00 Oğlu şəhid olan məhkumlar azadlığa buraxılıb - RƏSMİ 25 Yanvar 2021, 11:55