Arxiv
13 mart 2013, 14:15 | PARLAMENT
Ömrü vəfasız çıxmış deputatlar: Milli Məclisin itkiləri - SİYAHI

Müstəqil Azərbaycanın parlamentinə ilk dəfə 1995-ci ildə keçirilən seçkilərdən bu yana xeyli deputat taleyin hökmü ilə səlahiyyətlərini sonadək icra edə bilməyib. 5 illik müddətə seçilən bəzi xalq təmsilçiləri ölümləri ilə həyatın faniliyini bir daha isbatlayıb. Əcəli ilə dünyadan köçən deputatlarla yanaşı, kriminal olay qurbanları da olub.

Modern.az son 20 ildə deputat olaraq dünyasını dəyişmiş şəxsləri xatırladır.

Mövzuya 1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxskidən başlamaq gərəkir. Birinci çağırış  Milli Məclisinin deputatı olan Ə.Ansuxski uzun illər Balakəndə rəhbər vəzifələrdə çalışıb. O, xeyriyyəçi, bölgə ağsaqqalı kimi çox məşhur idi. 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib.

Deputat Ziya Bünyadovun da taleyi faciəli olub. Birinci çağırış Milli Məclisin deputatı seçilən Z.Bünyadov seçkilərdən 2 il sonra öldürülüb. 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilən deputatın ölümü Azərbaycan cəmiyyətini şoka salmışdı. Yeni Azərbaycan Partiyasının siyahısı üzrə seçilən Bünyadov hakim partiyanın nüfuzlu şəxsi sayılırdı.

Milli Məclisinin birinci çağırışına 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov da dünyasını erkən dəyişən millət vəkilləri siyahısındadır. İqtisad elmləri doktoru olan S.Hüseynov prezident Heydər Əliyevin 1995-ci ilin martında imzaladığı fərmanla yaradılımış Azərbaycan Respublikasında Dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq üzrə Dövlət Komissiyasının üzvü olub. Deputat 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib.

Deputat Şadman Hüseyn də səlahiyyətlərinin davam etdiyi dövrdə dünyasını tez dəyişmiş millət vəkilləri sırasındadır. 1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin qəfil ürəktutmasından vəfat edib.

Milli Məclisinin ikinci çağırışının deputatı professor Şamil Qurbanov 2004-cü ildə dünyasını dəyişib. Deputat mandat müddətini bitirməyə bir il qalmış ürək tutmasından vəfat edib.

Parlamentin daha bir üzvü Yusif Vəkilov ( Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib.  1995-ci ildə 26 saylı birinci Nəsimi seçki dairəsindən deputat seçilən tanınmış yazıçı bitərəf olub.  Onun “Qətl günü” romanı Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurmuşdu.

Milli Məclisin Hüquq Siyasəti Komissiyasının sədri Zakir Zeynalov da səlahiyyətləri başa çatmadan vəfat edən deputatlardandır. O, parlamentdə nüfuzlu və hörmətli deputatlardan sayılıb. Hüquq elmləri doktoru olan Z. Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi. Deputat 2003-cü idə öz iş otağında ürək tutmasından vəfat edib.

Deputatlıq müddətində həyatdan köçən parlamentarilərdən biri də Samur Novruzov olub. O,  Milli Məclisin ikinci çağırışında – 2000-ci ildə deputat seçilmişdi. Samur Novruzov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü idi. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının sədri vəzifəsini tuturdu.
S.Novruzov 24 saylı Nərimanov birinci seçki daiurəsindən majoritar qaydada Milli Məclisə seçilmişdi.

Milli Məclisin deputatı olmuş, “91-lər”dən biri İbrahim İsayev də millət vəkilliyi dövründə dünyasını dəyişib. YAP üzvü olan İ.İsayev  ikinci çağırış Milli Məclisə 2000-ci ildə 88 saylı Tovuz kənd–Gədəbəy seçki dairəsindən majoritar qaydada seçilmişdi.

Digər bir deputat – Rəfael Allahverdiyevin siyasi taleyi isə ağır olub. 1993-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan R.Allahverdiyev 90-cı illərin əsas siyasi fiqurları sırasında yer alıb. 1995-ci ildə Bakının Nərimanov rayonundan Milli Məclisə deputat seçilib. 2000-ci ilin oktyabrında isə Bakının meri vəzifəsindən istefa verərək, həmin ilin noyabrında təkrar deputat seçilib. Sonradan siyasi hakimiyyətin gözündən düşən  R.Allahverdiyev sığınacaq aldığı uzaq İsveçdə dünyasını dəyişib.

Azərbaycanın tanınmış dövlət və siyasi xaddimi Afiyəddin Cəlilov da Milli Məclisin dünyasını dəyişən sabiq üzvlərindədir. 1992-ci ildən Milli Məclisi sədrinin müavini olmuş Afiyəddin Cəlilov Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. Parlamentin sabiq sədr müavini 1994-cü il sentyabrın 29-da müəmmalı şəkildə qətlə yetirilib.

Milli Məclisin ruhunu ehtiramla anılan digər bir üzvü akademik Fərəməz Maqsudovdur. 1997-ci ildə Elmlər Akademiyasının prezidenti olan F.Maqsudovun Azərbaycanın ictimai həyatında əvəzsiz xidmətləri olub. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib.

Mərhum millət vəkili Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Tarix elmləri doktoru, professor Səfiyar Musayev Yeni Azərbaycan Partiyasının əsas simalarından olub.

Bu günlərdə isə yol-nəqliyyat qəzasında Milli Məclisin daha bir deputatı həyatını itirdi. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Hikmət Atayev 6 gün bundan öncə dünyasını dəyişib. 7 mart 2013-cü il tarixində Gürcüstandan Balakən istiqamətində gedən deputatın idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı avtomobillə toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olan deputat doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb. Yeni Azərbaycan Partiyasının üzvü olmuş deputat həm də tanınmış həkim idi.

Anar Kəlbiyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45