Arxiv
30 mart 2013, 12:22 | ƏDƏBİYYAT
Qabilin ad günü, Fidel Kastro və AzTV-nin səhvi...

Mahir Qabiloğlu

“Çirkab” daha şairanə səslənir

 
Az.TV-nin “Xəbərlər” redaksiyasında işləyirdim. Sədrimiz Nizami Xudiyev həm də deputat idi. Ona görə də parlamentdən hazırlanan bütün videomateriallar özü baxandan sonra efirə gedirdi. İndi deyəcəksiniz ki, belə senzura vardı? Əsla yox. Çünki, müxbir 125 deputatdan hər hansı birini yaddan çıxarıb efirə verməsəydi, növbəti iclasda məhz Nizami müəllimin gününü göy əskiyə bükəcəkdilər. O deyəcəkdi ki, “məni niyə efirə vermirsən?”, o biri deyəcəkdi ki, “Nizami mənə “zapret” qoyub”. Hələ iclasa dəvət olunan vəzifəli şəxsləri, ekspertləri demirəm.   
Ona görə də Milli Məclisə gedəndə xüsusilə diqqətli olurduq. Amma neyləsə də, müxbirlər yenə də Hacı Madər, Tofiq Hüseynov, Hüseynbala Mirələmov, Miri Qəmbərov, Baba Rzayev, Vaqif Abdullayev, Fəttah Heydərov kimi - Az.TV dilində desək - “yaxşı oğlanları” çəkməyə meylli idilər.   
Nə isə, mətləbdən uzaqlaşdım. Milli Məclisin iclasları ilə yanaşı,  komissiya iclasları da çəkilirdi. Maraqlı bir şey olmurdu. Komissiya guya ki, müzakirə edirdi və tövsiyyə edirdi. Prezident Heydər Əliyevin göndərdiyi qanun layihəsinə görəsən nə əlavə edə bilərdilər ki?
Komissiya iclaslarında bir-iki kəlməyə görə çəkiliş qrupumuz da avara olurdu. Günlərin bir günü məni də “cərimə batalyonu”na saldılar. Ekologiya, təbii ehtiyatlar daimi komissiyasının iclası idi. Asya Manafova da sədr idi. Mövzu da ki, “Tullantı (çirkab) suları haqqında Qanun layihəsi”nin müzakirəsi. İlk diqqətimi çəkən isə iclasda deputatlar – şair Musa Yaqub və xalq şairi Cabir Novruz oldu.   
Cabir əmiylə isə yanaşı düşdük. 
- Mahir, necəsən? Aton necədir? Bəyim bacı, uşaqlar? Üzlərindən öpərsən nəvələrimin.
Mən isə dilimi dinc qoymayıb “Cabir əmi, Siz və Musa Yaqub hara, ekologiya komissiyası hara? Məgər Mədəniyyət, Təhsil komissiyasında yer olmadı ki, bura düşdünüz?” soruşdum.
Dedi ki, “a bala, Asya xanımdır da, qadındır, xahiş elədi, təkid elədi, biz də qəlbini qırmadıq”.
İclas isə öz axarında gedirdi. Ekspertlər tər tökə-tökə nəsə danışır müzakirə edirdilər. Biz də əmi-qardaşoğlu öz söhbətimizdə. Bir an Musa Yaqubun da müzakirəyə qatıldığını sezə bildik. Amma nə deyirdi, eşidə bilmədik. Maraqlı deyildi bizə.
Cabir Novruz isə mənə atam haqqında məzəli əhvalatlarını danışırdı. Birdən Asya xanımın “Cabir müəllim, Cabir müəllim!” sözləri bizim söhbətimiz yarıda kəsdi.
- Bəli, Asya xanım, - deyə Cabir müəllim gec də olsa hay verdi.
- Cabir müəllim, qanunun adında müzakirələr dalana dirənib. Sizin kimi şairin, dil sərrafının fikrinə ehtiyacımız var. 
- Buyurun.
- Qanunun adı “Tullantı, mötərizədə çirkab suları haqqında qanundur”. Siz nə məsləhət görərdiniz?
 
Söhbətin şirin yerində qalmışdıq. Ona görə də Cabir müəllim tez-tələsik cavab verdi: “Elə ikisi də yaxşıdır, tullantı da qalsın, çirkab da”.

- Yox axı, Cabir müəllim, ikisi də olmaz, qanunda mötərizə olmamalıdır. Ya çirkab olmalıdır, ya tullantı.
-  Çirkab olsun
-  Cabir müəllim, onda belə çıxır ki, yağan qar, yağış, bu da çirkabdır? Belə də düz alınmır. Həm də iki addan birini seçməliyik. Ya da ki, təzə bir ad deməlisiniz.
- Musa Yaqub nə dedi?
-  Çirkab.
-  Mən də “çirkab” deyirəm.
-  Axı niyə? Əsaslandıra bilərsinizmi?
-  Çünki, “çirkab” daha şairanə səslənir.
 
Fidel Kastro deyəndə Qabil yada düşür



1996-cı il avqustun 12-si idi. Atamın 70 yaşı tamam olurdu. Axşam qonaqlar gələcəkdi. Səhər saat 8-dən isə televizoru qoşub “polnı xod”  vermişdi. Efirdə Az.TV-nin “Səhər” proqramı gedirdi. Ta saat 10-dək gözünü çəkmədi ekrandan. Proqram qurtaran kimi zəng elədi 09-a, telefon-məlumat xidmətinə. Əsəbi şəkildə televiziyanın “Səhər” proqramının telefon nömrəsini istədi. Zəng elədi. Proqramın rəhbəri Qulu Məhərrəmlini soruşdu. Uşaqlar da sağ olsunlar Qulu müəllimi tez tapıb calaşdırdılar.
- Qulu müəllim, səhərdən oturmuşam televizorun qabağında. Deyirəm ki, indi məni göstərərlər, bu dəqiqə göstərərlər. Amma hamını verdiz, məni vermədiz?
- Nəyi verdik, nəyi vürmədik, Qabil müəllim?
- Necə yəni... Bu gün mənim ad günümdür. Ad günüm yox e, 70 illik yubileyimdir. Fidel Kastronu saqqalından sürüyüb Kubadan gətirib çıxartdın efirə, “Təqvim” rubrikasında düz 3 dəfə ad gününü təbrik etdin, amma burdan bura məni bir dəfə də təbrik eləmədin.
Səhərisi günü “Səhər” proqramı “səhv”ini düzəltdi. Əslində onlarda da taqsır yox idi. Onda da, indinin özündə Qabilin bütün təqvimlərdə ad günü avqustun 15-i yazılıb. Sonralar mən Az.TV-də işləyəndə xatırlatmanı özüm edirdim. Qulu müəllimə bircə işarə bəs edirdi: “Qulu müəllim, sabah Fidel Kastronun ad günüdür a…”.
 
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsini təklif edib 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri daim könüllülərin diqqət mərkəzindədilər 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15 Milli Məclisdə xüsusi iclas keçiriləcək 20 Oktyabr 2021, 11:10 Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ   20 Oktyabr 2021, 11:07 Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR 20 Oktyabr 2021, 11:05 Sülhməramlılar Qarabağdakı 27 postda məşqlər keçirdi 20 Oktyabr 2021, 11:04 Bakıda bal yarmarkası açıldı 20 Oktyabr 2021, 11:00 Ermənilərin Şuşanın adını Şuşiyə çevirmək ideyası… 20 Oktyabr 2021, 10:54 Üçtərəfli komissiyanın dördüncü üzvü... – Eks-nazir AÇIQLADI 20 Oktyabr 2021, 10:53 Əli Nağıyev itkinlər məsələsini "Qırmızı Xaç"ın rəsmisi ilə müzakirə etdi 20 Oktyabr 2021, 10:49