Arxiv
8 Aprel 2013, 10:02 | TƏHSİL
Türk dünyasına 20 illik xidmət

Məlumdur ki, ənənəvi tarix, o cümlədən covet tarixçiliyi əsl gəlmələrin və işğalçıların əlində silah olaraq  türk etnosunu öz əzəli və tarixi torpaqlarına “gəlmə” kimi qələmə verməklə ulu türkün adını, qədimliyini aşağılamağa xidmət edirdi. Türk və slavyan xalqlarının etnik və mentalitet yaxınlığı, görünür, çoxlarına sərf etmir. Avrasiya konsepsiyasının ideoloqu knyaz N.S.Trubetskoyun “özünün təkcə ari deyil, həm də turan psixoloji tipinə məxsusluğunu dərk etmək şəxsi və milli kökünü qavramağa çalışan hər bir rus üçün vacibdir”, azman tarix alimi Lev Qumilyovun “.....türklərin ağıl və hünərləri qarşısında borcluyuq.  .....onlar 1500 illik tarixlərindən sonra məğlubedilməz Böyük çölün sələfliyini monqollara və ruslara saxladılar” kimi sözləri qadağan edilmiş və unudulmuşdu. Həmin “unudulmuşları” , “qadağan edilmişləri” məhz Murad Acı zərrə-zərrə, qətrə-qətrə axtarıb taparaq bizlərə çatdırdı, sübut etdi ki, biz millətlər sırasında “ikinci sort” deyilik.

Müəmmalıdır ki, 1944-cü ildə - müharibə dövründə, Böyük çölün göbəyi Moskvada dünyaya gələn bu qazı-qumux (kumık) türkü sanki görklü Tanrınin səsini dünyaya çatdırmaq üçün doğulmuşdu. O, iyirmi illik zaman kəsiyində “Polevesk çölünün yovşanı”, “Qıpçaqlar”(rus və ingilis dillərində),“Qıpçaqlar. Oğuzlar” (rus və ingilis dillərində), “Türklər  və dünya”, “Avropa, türklər, Böyük çöl” kimi 18 kitab yazaraq türkün qədim, zəngin tarixini  qaranlıqdan çıxardı.            Tədbirin təşəbbüskarları və təşkilatçıları Moskvada fəaliyyət göstərən iki tatar cəmiyyəti - əsasən, “Müsəlman xalqların inkişafı Fondu” (rəhbəri Qəyar İsgəndərov) və “Tuğan tel” (“Doğma dil”) cəmiyyəti idilər. Asanlıqla başa gəlməyən bu işdə iki tatar vətənpərvərinin – Qəyar İsgəndərovun və Həmid Minojətdinovun (“ Tuğan tel”in sədr müavini) fəaliyyətlərini xüsusi qeyd etmək lazımdır. Aparıcı Qəyar İsgəndərov əvvəlcə Əsədullayev evinin tarixindən məlumat verdi, sonra Murad Acının həyat və yaradıcılığından, onun əsərlərinin əhəmiyyətindən danışdı. Dağıstanlı həmyerliləri yubilyarın qədim kumık xanı Xasavın adını daşıyan Xasavyurt rayonunun fəxri vətəndaşı seçildiyini elan etdilər və  əcdadının vətəni olan həmin rayonda ona torpaq sahəsi bağışlandığını bildirdilər, fəxri vətəndaşlıq nişanını  təqdim etdilər.

Tədbirdə Moskva şəhəri Regionu Tatar Milli - Mədəni Muxtariyyətinin sədri  Rasim Akçurin, Qafqaz Xalqları Konqresinin və “Yabloko” Partiyasının nümayəndələri də çıxış edərək, alimlə həmrəy oldular. Tarix elmləri doktoru, professor A. Zubov Murad Acının yaradıcılığını müsbət xarakterizə edərək dedi ki, ancaq keçmişi doğru qavramaq bəşəriyyətin, həmçinin milli münasibətlərin xoşbəxt gələcəyini təmin edə bilər.  
Rusiya yazıçılar və jurnalistlər birliklərinin üzvü

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12 Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər   23 May 2019, 15:41 Füzulidə heyvanlar peyvəndləndi 23 May 2019, 15:40