Arxiv
17 May 2013, 09:57 | PARLAMENT
Siyavuş Novruzov: “Oğlum da deputat olmaq istəyir” - MÜSAHİBƏ
Siyavuş Novruzov: “Oğlum da deputat olmaq istəyir” - MÜSAHİBƏ

“Ev də alırlar, maşın da, övladlarını da yerbəyer edirlər, amma cəsarətləri çatmır prezidentin əleyhinə bir yazı çıxanda cavab versinlər”


“İndi Əkrəm Əylislinin “Möhtəşəm tıxac“ əsərini oxuyuram”

Modern.az saytında “Pəncərə” layihəsinin budəfəki qonağı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdur. Siyavuş Novruzovla keçən həftədən planlaşdırdığımız müsahibə nəhayət baş tutdu. Gün ərzində təşkil olunan tədbirlər arasında bizə də vaxt ayırdı. Siyasətdən uzaq söhbət etmək istəsək də, siyasətdən uzağa çox da çıxa bilmədik. Necə deyərlər, çox erkən yaşlarından siyasətə atılan millət vəkili siyasətdən kənar düşünməyi belə, özünə rəva bilmir.

““Əlincə” Cəmiyyətində işləyirdim”

– Siyavuş müəllim, necəsiniz?

– Çox sağ olun, yaxşıyam.

– İctimai-siyasi gündəmdə nə var?

– İctimai-siyasi gündəm gərgindir. Hər seçkiqabağı istənilən ölkədə ictimai-siyasi vəziyyət  bir az da aktivləşir. Bu gün Azərbaycanda prezident seçkilərinə hazırlıq gedir. Bununla əlaqədar YAP-ın böyük proqramı var. Bu proqrama əsasən YAP ardıcıl olaraq tədbirlər həyata keçirir. Rayon təşkilatları sədrlərinə ciddi tapşırıqlar verilib. İmza toplayacaq şəxslərə, müşahidəçilərə, məşvərətçi səs hüquqlu üzvlərə, o cümlədən təbliğat-təşviqata. İkinci tərəfdən, YAP-ın qurultayına nümayəndələr seçilir. Çalışırıq ki, bu ayın sonuna qədər konfranslarımızı yekunlaşdırsaq.

– Sizi iqtidarın artilleriyasına bənzədirlər. Bu bənzərliyə münasibətiniz necədir?

– Deyirlər də... Onların öz fikridir. Bu barədə bir söz deyə bilmərəm. 

– Sizi siyasətə nə çəkdi?

– Siyasətə gəlməyim uzun bir dövrü əhatə edir. Əsasən hərbi xidmətdə olan dövrdən başlayıb. Düzdü, orta məktəbdə oxuyanda da ictimai-siyasi həyatda aktiv idim. Bütün tədbirlərdə fəal iştirak edirdim. Milli azadlıq hərəkatı bizim dövrümüzə düşdü. O vaxt hərbi xidməti yenicə bitirmişdim. Hərbi xidmətdə olanda bütün kazarmalarda SSRİ-nin Siyasi Büro üzvlərinin şəkli asılmışdı. Orda Heydər Əliyevin də şəkli vardı. Bir gün gəlib Heydər Əliyevin şəklini çıxartdılar. 1987-ci ilin noyabr ayı idi. Heydər Əliyevi onda Siyasi Bürodan çıxarılmışdı. Bu hadisə orda olan azərbaycanlılara çox pis təsir etdi.

Əsgərlikdən qayıdandan sonra da milli azadlıq hərəkatı, mitinqlər, Azadlıq meydanı və s. Bundan sonra siyasi proses başladı. O vaxtlar yaş senzi mitinqləri vardı. Ali Sovetin qarşısında yaş senzi mitinqləri təşkil elədik. Bu proses uzun müddət davam elədi və Yeni Azərbaycan Partiyasının yaranması ideyası ortaya çıxdı.

– YAP-a o vaxt hər adam yazılmırdı?

– Ümumiyyətlə o vaxt çətin idi. Bir tərəfdən, ərazilər işğal olunurdu, o bir tərəfdən siyasi partiyalar yaranırdı. Həmin vaxt tələbə idim. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuyurdum. Bir ayağımız Dağlıq Qarabağda, bir ayağımız da Bakıdakı mitinqlərdə idi. Hər adama etibar etmək, ürək qızdırmaq olmurdu. O vaxt “Əlincə” Cəmiyyəti vardı, Heydər Əliyevin namizədliyini irəli sürmüşdü. YAP əslində “Əlincə” Cəmiyyətinin bazasında yarandı. Həm də qərargahında. Mən də orda işləyirdim. Qısa müddətdə YAP bütün Azərbaycanda təsis edildi. Siyasətə gəlməyim həmin dövrdən başlayıb. Bəlkə də təhsilimi hüquq sahəsi üzrə davam etdirə bilərdim. Amma vaxtım olmadı.

“İndiki gənclər bizim qədər mübariz deyil”

 

– Hər halda, istəyiniz də olmadı ixtisasınızın arxasınca getməyə...

– 13 ildir Milli Məclisin deputatıyam. Demək olmaz ki, davam etdirmirəm. 1995-ci ildə proporsional siyahıda deputatlığa namizəd olmuşam. Həmin vaxt siyahıda 23-cü adam idim.

– Siz həm də YAP-nın gənclər birliyinin sədri olmusunuz...

– 10 il gənclər birliyinin sədri olmuşam. 1995-ci ildən 2005-ci ilə qədər.

– O dövrlə bu dövrkü gənclərin arasında hansı fərqlər var?

– Fərq çox böyükdür. O dövr çox çətin idi. Həddindən artıq gənclər təşkilatı vardı. O vaxt bir sistemdən başqa bir sistemə keçilmişdi. O vaxtlar Naxçıvanda YAP-ın nəzarət-təftiş komitəsinin üzvü seçilmişdim. Cəmi 22 yaşım vardı. Orda məsələ qoyuldu ki, gənclər təşkilatı yaradılsın. O gənclər daha mübariz idi.                                                                                                                        

– İndiki gənclərdə bu yoxdu ki?

– Var. Biz gecə yataqxanada qərar qəbul edirdik ki, sabah gedirik döyüşə. 30 nəfərdən 28-i gəlirdi. Hamımız durub gedirdik döyüş bölgəsinə vuruşmağa. Dəfələrlə bu hallar olub. İndi düşünmürəm ki, elə bir qərar qəbul eləyib o addımı atalar. Buna baxmayaraq, vətənpərvər gənclər var.                                                                                                                                                              

“Müharibədən danışmaq istəmirəm, çünki...”

– Bir sözlə, indiki gəncləri qəbul eləmirsiniz, eləmi?

– 41-45-in müharibə iştirakçıları da bizi qəbul eləmir.                                                                            

– Əfqanıstan müharibəsində iştirakınızı necə xatırlayırsınız?

– O haqda danışmaq istəmirəm. Orden-medallarım da var.

– Bəs Qarabağ?

– Qarabağ müharibəsinin veteranıyam. Bu haqda da danışmayacağam. Bilirsiniz, bəzi adamlar var ki, eləmədiyi hərəkətlərə görə öyünürlər. Özlərini millətə o cür təqdim edirlər. Mən indi danışmaq istəmirəm. Gələcəkdə yazarlar o başqa məsələ. Hələ sağam, qarşıda döyüşlər var. Bircə onu deyə bilərəm ki bugünkü gündə də  sabah deputat mandatını yerə qoyub döyüş bölgəsinə birbaşa getməyə hazıram.

– Həm də peşəkar idman ustası olmusunuz.

– Sərbəst güləş üzrə SSRİ çempionuyam. 10 yaşımdan professional idmanla məşğul olmuşam. Hərdən yazırlar ki ,Siyavuş Novruzov Bədən Tərbiyəsi İnstitutunu bitirib. Mən Bədən Tərbiyəsi İnstitutunu bitirməmişəm.                                                                                                                                           

“Əsgərlikdə məktubu başqasına yazdırırdım“

– İdman bir az riskli peşədir. Kiçik yaşınızdan idmanla məşğul olduğunuza görə, ailənizin də dəstəyi vardı?

– O vaxt valideynlərdən icazə alınmalıydı. İdmanda müxtəlif zədələr alırdılar deyə, valideynlər ərizə yazırdı ki, özbaşına heç nə olmasın. Həm də uşaq idim. Çox gözəl də nəticələrim olub...

Hərbi xidmətdə bir qazax idmançı vardı - o çox güclü idmançıydı - hamını udmuşdu. Çıxdı ortaya, dedi ki, “kim var çıxsın qabağıma”. Boyu 1,95 sm,  çəkisi də məndən 20 kq çox idi. Sərbəst güləşdə bunun çox böyük rolu var. Qazax idmançının kürəyini yerə vurdum. Həm də valideynlərinin gözü qarşısında. Komandir yığdı bütün polku sıraya və mənə 15 gün məzuniyyət verdi.

– Siz də evə gəldiniz sevinə-sevinə, hə?

– Yox.

– Niyə? Valideynlərinizdən ötrü darıxmırdınız?

– Mənə çox məzuniyyət veriblər. Heç birində də gəlməmişəm.

– Valideynlərinizə qarşı bu qədər qarşı soyuq olmusunuz?

– Gələndə adam daha çox darıxır. Hər 6 aydan bir ancaq məktub yazırdım. O da “sağ-salamatam”, vəssalam. Bir əsgər yoldaşım vardı. O, valideynlərinə məktub yazanda deyirdim ki, bir dənə də mənim adımdan ailəmə yaz. Məktub yazmağın həvəskarı olmamışam.

– Sevdiyiniz qıza da məktub yazmamısınız?

– Yox. Həmin vaxt qardaşım da hərbi xidmətdə idi. Ancaq onu soruşurdum. Qardaşım Sibirdə qulluq edirdi. Məndən 2 yaş böyük idi.

“Sevgiyə vaxtım olmayıb”

– Peşəkar idmançılardan yaxşı cangüdən olur. Sizə belə təklif gəlmişdimi heç?

– Partiyamız yarananda, Heydər Əliyev Bakıya qayıdanda yanında olmuşam. İndi çox adam deyir Heydər Əliyevin yanında olub. 1993-cü ilin mart ayında Bakıya gələndə mən onun yanında olmuşam.

– Dostlarınızdan kimsə sizə xəyanət edib?

– Yox. Mənim dostum həddən artıq çoxdur.

– Çox dostun olması da yaxşı əlamət deyil axı?

– İstənilən rayonda istənilən qapını döyə bilərəm. Məktəb, tələbə, döyüş dostlarım çoxdur.

– Bu qədər dostlarınız var. Tez-tez bir araya gəlib görüşürsünüz?

– May ayında tələbə yoldaşlarımızla bir yerə yığışırıq.

– Siyasi söhbətlər edirsiniz?

– Yox. Əsasən tələbəlik illərinə qayıdırıq.

– Qayıtmaq istərdinizmi tələbəlik illərinizə?

– Əlbəttə. Amma gənclik dövrümüz çox pis dövrə düşüb. Biz başqaları kimi gəncliyimizi yaşamamışıq

– Sevgiyə vaxt qalmayıb?

– Baş o qədər qarışıq olub ki, sevgiyə vaxt qalmayıb.

– Neçə övladınız var?

– 2 övladım var: oğlum və qızım.

– Onlar da sizin kimi ictimai-siyasi işlərə meyllidirlər?

– Hələ kiçikdirlər. Oğlum əvvəl həkim olmaq istəyirdi, sonra hüquqşünas, indi də deputat olmaq istəyir.

“Hüquqa qəbul olmasaydım, mütləq ədəbiyyatı seçərdim”

– Asudə vaxtınızı necə keçirirsiniz?

– Vaxt qalır ki istirahət etməyə!?

– Bəs vaxt tapanda necə?

– Mübariz Qurbanlı ilə gəzməyə gedirik, idman edirik.

– Mübariz Qurbanlı darıxdırıcı insan təsiri bağışlayır.

– Çox savadlı, çox qabiliyyətli insandır.

– İki siyasətçi bir araya gələndə nədən danışırsınız?

– Siyasətdən kənara çıxmırıq. Elə evdə də siyasətdən danışırıq.

– Bəs ailəniz bezmir?

– Siyasət beynimizə yeriyib artıq.

– Evə alış-veriş etməkdən də uzaqsınız?

– Onun mənə aidiyyatı yoxdur. Özləri məşğul olur da.

– Siyavuş müəllim, siz həm də qalmaqallı çıxışlarınızla yadda qalırsınız.

– Qalmaqallı çıxış etmirəm. Mən həqiqəti deyirəm. Həqiqəti hərə bir cür başa düşür.

– Çıxışlarınızda bir ironiya da hiss olunur. Bu sizin taktikanızdır?

– Yox. Mən danışıram, hərdən bunu başqa yerə yozurlar. Şifahi xalq ədəbiyyatını çox yaxşı bilirəm. Hüquq fakültəsinə qəbul olmasaydım, mütləq ədəbiyyatı seçərdim.

– Filoloq olardınız?

– Bəli. Hüquq fakültəsini sonradan seçdim.

“Əkrəm Əylislinin bütün kitablarını oxumuşam”

– Oxuduğunuz yazıçılar, əsərlər çox olub yəqin?

– Həddən artıq çox ədəbiyyat oxumuşam.

– O dövrdə yazıçı Əkrəm Əylislini də sevə-sevə oxuduğunuza inanıram?

– Əkrəm Əylislinin bütün kitablarını oxumuşam. “Tənha narın nağılı”, “Mənim nəğməkar bibim”, “Atalılar və atasızlar” və s.

– “Daş yuxular”əsərini oxuyub tənqid etmisiniz, yoxsa oxumamış?

– Oxuyub tənqid etmişəm. Hazırda onun “Tıxac”əsəri üzərində “işləyirəm”.

– Tənqid etdikləriniz arasında Elmlər Akademiyası da var.

– Əkrəm Əylisliyə toxunaq. Hesab edirəm ki Əkrəm Əylislinin o yazısına mən cavab verməməliydim. Elmlər Akademiyası cavab verməlidir, onların institutları və onların rəhbərləri. Amma onlar susdular.

– Niyə susdular?

– O əsərdə Azərbaycan xalqı, İslam dini təhqir olunur. Bir-iki nəfəri çıxmaq şərtilə yerdə qalanların hamısı susur. Həmin əsərə tarixi faktlarla tutarlı şəkildə cavab vermədilər. Ziya Bünyadov hələ 1994-cü ildə Əkrəm Əylislinin erməni olduğunu demişdi. Bugün Ziya Bünyadov yoxdur. Amma Ziya Bünyadovu əvəz edənlər ortaya çıxıb sözünü demədilər. 

“Prezidentdən ev, mənzil xahiş edirlər, amma...”

– Nədən qorxdular?

– Hamı dedi ki, “bu yazıçı şəxsən məni təhqir etməyibsə, mənim əleyhimə yazmayıbsa, mən ona niyə cavab verməliyəm?!”. Kimsə cavab verməlidir, ya yox. Bu düşüncə tərziylə elmimizi inkişaf etdirə bilmərik. Bu yaxınlarda “Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq, orda mən öz fikirlərimi deyəcəm

Elementar bir şeyi götürün. Ermənistanın eks-prezidenti Köçəryan çıxış elədi, Ramiz Mehdiyev ona cavab verdi. Alimlərimiz niyə bir məqalə yazmadı, niyə cavab vermədi? Nizami Gəncəvini başqa şairlərimizi iranlı kimi qələmə verirlər. Bu yaxınlarda “Türkmənçay” müqaviləsilə bağlı məsələyə bir nəfər çıxıb cavab vermədi. Yenə mən sinəmi verdim qabağa, başladım iranlılarla mübarizə aparmağa.

– Hə, yeri gəlmişkən iranlı deputat Mənsur Həqiqətpura cavab verdiniz. Amma üz-üzə gəlmədiniz...

– Mən onunla nə vaxt və harda görüşəcəyimi dedim. Azərbaycanı 2 hissəyə bölən Araz çayı üzərində görüşə bilmərəm... Yenə deyirəm, mən cavab verəsi deyiləm. Akademiyanın o sahə üzrə akademik-alimləri var. Azərbaycan mənəviyyatı ilə televiziyalarda müxtəlif verilişlər gedir. Bu verilişlərdə cəmiyyətin əxlaqına zidd olan bəzi şeylər var. Biri bununla bağlı heç nə yazmır. Şah İsmayıl Xətai haqqında yenə Ramiz Mehdiyev yazdı. Halbuki, başqa-başqa institutlar işləməliydi, cəmiyyət onu oxumalıydı. Onların hamısını analız edib danışıram. Havadan götürüb danışmıram. Akademiyanın rəhbəri yenilənib, yeni prezident, vitse-prezidentlər seçilib. Ümid edirəm bundan sonra yaxşı olar. Gecə-gündüz prezidentdən ev də alırlar, maşın da alırlar, övladlarını da yerbəyer edirlər. Amma prezidentin əleyhinə bir yazı çıxanda bunların cəsarəti çatmır ki cavab versinlər. Xahişə hamıdan qabaqda durublar.

– Bəs Sirus Təbrizi Yaqub Mahmudovdan nə istəyir?

– Yaqub Mahmudovla bağlı onun dediyi fikir səhvdir. O həmin sənədə qol çəkməyib.

– O zaman niyə müxalifətlə bir araya gəlib futbol oynamırsınız, qol vurmursunuz?

– Müxalifətlə bir yerdə futbol oynayırıq. Xüsusən Fazil Mustafa ilə, Qüdrət Həsənquluyevlə.

– Bəs İsa Qəmbər, Əli Kərimli ilə niyə idman meydançasında bir araya gəlmirsiniz?

– Onlar bacarmazlar futbol oynamağı.

– Uduzarlar?

– Onlar uduzdurarlar bizi. Onlara etibar eləmək olmaz.

Bəs siyasətdə necə?

– Onlara siyasətdə də etibar etmək olmaz.

 

Namidə Bingöl

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Ermənistanda xaos - Onlar VƏZİFƏDƏN GEDİR
Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib 01:00, Bu gün Bakıda piyadanı 3 maşın vurub öldürdü 00:34, Bu gün Üçtərəfli telefon danışığının DETALLARI – Bu məsələdə razılaşdılar 00:20, Bu gün Yermakdan Türkiyə açıqlaması: “Səbirsizliklə gözləyirik” 00:15, Bu gün Ukrayna ordusu böyük irəliləyiş əldə edib - Zelenski 00:11, Bu gün Bayden Ukraynaya yeni hərbi yardım ayırdı 00:08, Bu gün Qrossi Moskva və Kiyevə səfər edəcək  4 Oktyabr 2022, 23:55 Mehriban Əliyeva Ağdamdan paylaşım etdi  4 Oktyabr 2022, 23:46 Blinken, Bayramov və Mirzoyan sülh müqaviləsindən danışdılar 4 Oktyabr 2022, 23:34 “Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır- Şentop 4 Oktyabr 2022, 23:22 İlham Əliyev və birinci xanımın Ağdam səfərindən FOTOLAR 4 Oktyabr 2022, 23:20 Sahibə Qafarova İndoneziyada səfərdədir 4 Oktyabr 2022, 23:01 Paşinyan əsirlərin qaytarılmasına görə ABŞ-a təşəkkür etdi 4 Oktyabr 2022, 22:47 Nağıqızı poeziyasında obrazlılığın fonetik səviyyədə təzahürü 4 Oktyabr 2022, 22:36 Boksçularımız Avropada 5 medal qazandı  4 Oktyabr 2022, 22:22 Azərbaycanlı qadın Türkiyədə intihar edib - FOTO 4 Oktyabr 2022, 22:20 Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub 4 Oktyabr 2022, 22:15 Bayden Zelenski ilə danışdı: İlhaqı tanımırıq 4 Oktyabr 2022, 22:02 Binəli Yıldırım koronavirusa yoluxdu  4 Oktyabr 2022, 21:56 Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı 4 Oktyabr 2022, 21:30 Ermənistana təhvil verilən hərbçilərin ADLARI 4 Oktyabr 2022, 21:18 Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular - YENİLƏNİB 4 Oktyabr 2022, 21:16 Putin Tacikistan liderini təltif etdi  4 Oktyabr 2022, 21:12 Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi TİKİLİR 4 Oktyabr 2022, 21:00 AZAL Səmərqəndə uçuşlara başlayır  4 Oktyabr 2022, 20:56 Leyla Abdullayevadan Edilli ilə bağlı PAYLAŞIM  4 Oktyabr 2022, 20:44 Ağdamda yeni yaşayış məhəlləsinin təməli qoyuldu - YENİLƏNİB 4 Oktyabr 2022, 20:33 Prezident və xanımı Pənahəli xanın sarayında - FOTOLAR 4 Oktyabr 2022, 20:19 Ağdamda Natəvanın abidəsinin açılışı olub - YENİLƏNİB  4 Oktyabr 2022, 20:16 "Qoyun cəsədi üzərində eksperiment aparılıb" - Nərmin işi 4 Oktyabr 2022, 20:01 Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə BAŞLADI 4 Oktyabr 2022, 19:50 Ağdamda mehmanxana tikilir - YENİLƏNİB 4 Oktyabr 2022, 19:43 Finlandiyada Leninin sonuncu heykəli söküldü  4 Oktyabr 2022, 19:38 Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu  4 Oktyabr 2022, 19:25 Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı 4 Oktyabr 2022, 19:20 Deputat Jalə Əhmədovanın ailəsində ağır itki 4 Oktyabr 2022, 19:15 Hulusi Akar Azərbaycanda təltif olundu 4 Oktyabr 2022, 19:03 “Azercell Tələbə Təqaüdü 2023” proqramını elan edir 4 Oktyabr 2022, 18:57 Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı 4 Oktyabr 2022, 18:50