Arxiv
24 May 2013, 16:54 | AKTUAL
Hacıqabul gölünün bərpası barədə təkliflər açıqlandı

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hacıqabul gölünün bərpasına dəstək layihəsini həyata keçirir.

- Hacıqabul Balıq” ASC tərəfindən özəlləşdirilmiş Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatı, statusu müəyyənləşməlidir; (Rəvan Gəncliyə Dəstək İctimai Birliyi yasaqlığın yaradılmasını ən məqbul variant sayır).

- Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması və Şirvan tullantı su təmizləyici qurğuları kompleksi tikilməlidir;

- Gölün ətrafında qanunsuz tikilmiş 32 yaşayış evi köçürülməlidir (Yasaqlıq yaradılacağı halda sudan mühafizəsi məqsədi ilə bəndin tikilməsi yox, məhz həmin evlərin köçürülməsi daha məqbuldur );

-  Hacıqabul gölünün ətrafında yerləşən torpaqlar inventarlaşdırılmalıdır;

- ARDNŞ-in balansında olan  ləğv olunmuş quyular ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməli, göl ərazisindəki kommunikasiya xətlərinin mülkiyyətçilərinın  (nazirlik, təşkilat və s.) gölün bərpası ilə bağlı prosesdə aktiv iştirakı təmin edilməlidir;

- Kür çayından gölə su vurulması üçün nasos stansiyasının müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulmalı və Hacıqabul gölünü Kür çayının suyu ilə təmin edən beton kanal çəkilməlidir; (Hazırda mövcud olan torpaq kanal yuyulma və digər səbəblərdən məqbul deyil).

- Yağıntılar zamanı ətraf dağ yamaclarında formalaşan səth sularının gölə axıdılması üçün kanal tikilməlidir; (Təbii proseslərin təmin edilməsi üçün).

- Göl ərazisindəki radioativ fonun səviyyəsinin öyrənilməsi, göldə və gölün ətrafında flora və faunanın bərpası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi təcili tədbirlər görməlidir.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu bildirib ki, layihə çərçivəsində aprelin 27-də Hacıqabul gölündə yaranmış vəziyyətlə yerində tanış  olmaq üçün İctimai Birliyin və digər gənclər təşkilatlarının üzvü olan gənclərin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri, eləcə də  ekoloji mövzularda yazan jurnalistlərin Hacıqabul gölünə ekskursiyası təşkil edilib. Səfər zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Hacıqabul balıq”ASC-nin əməkdaşları gölün durumu ilə bağlı məlumat veriblər. O qeyd edib ki, Hacıqabul gölündə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi və bu sahədə kompleks tədbirlərin aparılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq  əmrinə əsasən Kompleks Tədbirlər Planının hazırlanması üçün nazirliyin aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə İşçi Qrup yaradılıb. İşçi Qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılıb, gölün qurumasını və çirklənməsini törədən səbəblər və yaranmış problemin həlli üçün mövcud imkanlar bir daha qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq “Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə Kompleks Tədbirlər Planı”nın layihəsi hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib. Nazirlər Kabineti tərəfindən Kompleks Tədbirlər Planı rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Ramiz Mikayıloğlu deyib ki, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gölün bərpası ilə bağlı təkliflərini yüksək qiymətləndirir. Bununla belə o, gölün bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə daha çox məsuliyyət götürməli olduğunu, Hacıqabul gölü və onun ətraf ərazisində yasaqlığın yaradılmasının ən məqbul variant olduğunu  vurğulayıb.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Mütəllim Əbdülhəsənov, Amil Sofiyev, Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar, BHPA sədri Rafiq Verdiyev, digər QHT təmsilçiləri və ekoloji mövzuda yazan jurnalistlər “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin hazırladığı ilkin təkliflərlə bağlı rəy və tövsiyələrini bildiriblər.   

Rəy və tövsiyələr nəzərə alınmaqla, Hacıqabul gölünün bərpası ilə bağlı hazırlanmış təkliflər təkmilləşdirilərək müvafiq dövlət qurumlarına təqdim olunacaq.


Modern.az  
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?