Arxiv
30 May 2013, 10:26 | ÖLKƏ
Rəsul Quliyev ŞƏRT qoydu: “Bu adamlar Milli Şuradan uzaqlaşdırılmalıdır!”

“Milli Şuranın yaradılması ilə bütün problemlər həllini tapacaq illwziyasına düşmək təhlükəlidir”

Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev müxalifətin yenicə elan etdiyi Milli Şura ilə bağlı tapşırıqlarını verib. Modern.az-a açıqlamasında sabiq parlament sədri mətbuatda bəlli olmasa da, Milli Şuranın yaranmasında ilk gündən aktiv iştirak etdiyini bildirib.

Eks-spiker daha sonra yerli telekanallara müraciət edərək, Milli Şuraya efir vaxtı ayrılmasını tələb edib:

“Birincisi, mən Milli Şurada “təmsil olunmağa razılıq verdim” kateqoriyasına aid deyiləm. Milli Şuranın yaradılmasında ilk günlərdən aktiv iştirak edənlərdənəm. Ancaq bu elə də böyük bir əhəmiyyət kəsb etmir. Milli Şura yaranıb, onun çoxsaylı təmsilçiləri olacaq, bu hələ ki binanın fasadıdır. Məsələn, Milli Şuranın vəzifəsi 10 problemi həll etməkdirsə, yaranması 1-ci addımın atılması deməkdir. İndi ikinci kiçik addım atılmalıdır, təsisçilər müəyyənləşməlidir, başqa sözlə, onların razılığı alınmalıdır. Milli Şuraya sədr və idarə (rəyasət) heyəti seçilməlidir. Bu da əsas problemlərin həllində ikinci kiçik addımdır. Əsas iş ondan sonra başlayır. Milli Şuranın ancaq bir vəzifəsi var. Xalqın hakimiyyəti formalaşdırmaq Konstitusiya hüququnun özünə qaytarılmasına nail olmaq. Bunun üçün konkret olaraq seçki qanunu və Mərkəzi Seçki Komisiyasının formalaşdırılması kökündən dəyişilməlidir. Büdcədən maliyyələşdirilən TV-lərin hamısı müstəqil olmalı və Milli Şuraya vaxt ayırmalıdır. İnsanlar etiraz mitinqləri keçirməkdə azad olmalıdırlar və sairə”.

R.Quliyev daha sonra Milli Şurada təmsil olunacaq şəxslərə tapşırıqlarını verib. Eks-spiker hesab edir ki, Milli Şura naminə iş görməyən insanlar dərhal bu siyahıdan uzaqlaşdırılmalıdır.

“Milli Şura beynəlxalq təşkilatlar və xarici ölkələrin diqqətini Azərbaycan seçkilərinə cəlb etməlidirlər. Seçkilərə nəzarət edənlərin sayı 10 dəfələrlə artırılmalıdır. Azad seçkilər uğrunda mübarizə bütün Azərbaycan üzrə inkişaf etməlidir. Milli Şuranın üzvləri rayonlara getməli və insanları aktivləşdirməyə cəhd etməlidirlər. Bu işləri görmək istəməyən şəxslər Milli Şuraya ya daxil olmamalıdır ya da istefa verməlidirlər. Bu gün Azərbaycana konkret işlər görmək istəyən tanınmış adamlar lazımdır, ancaq öz işi ilə məşğul olan tanınmış adamlar yox. Azərbaycanda 10 illərlə aparılan siyasət, qəzetlərin yazmasına baxmayaraq dünya şöhrətli fövqalədə şəxsiyət yarada bilməyib. Belə bir adam yoxdur ki, onun Milli Şurada passiv iştirakına möhtac olaq. Bir sözlə, Milli Şura gündə 24 saat real və konkret işlərlə məşğul olan bir təşkilata çevrilməlidir. Həm vaxt yoxdur, həm də opponent seçkiləri saxtalaşdırmaqda kifayət qədər təcrübə toplamış bütün finansı əlində təmərküzləşdirmiş təhlükəli rəqibdir. Milli Şuranın yaradılması ilə bütün problemlər həllini tapacaq illüziyasına düşmək təhlükəlidir. Konkret iş görmək lazımdır”.

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Jurnalist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozaran dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58