Arxiv
11 İyun 2013, 18:41 | MƏDƏNİYYƏT
Azərin milli səsimizdir
Azərin milli səsimizdir

Bu hal artıq, neçənci dəfədir təkrarlanır. Siyasətdən uzaq sənət adamlarından siyasətçi, xüsusən də müxalifətçi “düzəltmək”… Xəta olur, tanınmış bir incəsənət mənsubu, Azərbaycanda qəlibləşmiş böyük “sənətçi ordusu”ndan fərqli bir davranış sərgiləsin, bir münasibət ortaya qoysun. Həmin an başlayırlar bunu böyük siyasi hadisəyə çevirməyə. Söz mövzusu bir tərəfdə qalır… Son dövrlərdə dəyərli sənətkarlarımız Rasim Balayevin və Nazpəri Dostəliyevanın timsalında yaşadıq bunları.

Özgə vaxt hakimiyyəti sənət adamlarından siyasi məqsədlər üçün istifadə etməkdə qınayanlar, normal vətəndaş mövqeyindən, insanlıq yanğısından, ədalət hissindən doğan bir jestinə, bir açıqlamasına görə tanınmış sənətçini medianın gündəminə dartır, onu “siyasi fəal”, “müxalifətçi” kimi təqdim etməyə başlayırlar. Dünəndən bəzi saytlarda yer almış “Azərin də müxalifəti dəstəklədi” başlıqlarını görüncə, növbəti yanlışlığın içində olduqlarının fərqinə vardım.  
Nə olmuş? Müğənni Azərin Facebook səhifəsində hazırda həbsdə olan, kimliyini belə, tanımadığı bir gəncin səhhətində problemlərin olması səbəbilə azadlığa buraxılmasını arzulayıb. Bu xoşməramlı təmənna bir para mediada Azərinin müxalifəti dəstəkləməsi kimi qələmə verilib.
Əgər, Azərin xanım səhhətində problem olan bir gəncin azadlıqda olmasını arzulayıbsa, bunu necə müxalifətə dəstək kimi təqdim etmək olar?

Ötən illərdə dövlət başçısının imzaladığı əfv fərmanları ilə onlarla müxalifətçi azadlığa çıxıb. Dövlət başçısı bu halda müxalifəti dəstəkləyibmi?

Millət vəkili Mehriban Əliyevanın  təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə amnistiya aktı qəbul edib ki, nəticədə azadlığa çıxanlar arasında müxalifətçilər də olub. Bu təşəbbüs və qərarlar müxalifətə dəstəkdirmi?

Bu yaxınlarda, Xalq artisti Zeynəb Xanlarova bir müxalif gəncin həbsində onun adının hallandırılmasına sərt şəkildə etiraz etdi və həmin gəncin azadlığa buraxılmasını istədi. Xalq artistinin bu tövrünü “müxalifətə dəstək” kimi təqdim etmək olarmı?  

Əlbəttə, iqtidarı və ya müxalifəti dəstəkləmək hər kəsin təbii seçimidir. Ancaq, siyasi amacı olmayan, xüsusən hamı üçün ortaq olmalı olan insanların, həm də özlərinin istəmədikləri halda, üzərlərinə siyasi məsuliyyət qoyulması o şəxsə və oxucuya qarşı sayğısızlıqdır. Bu yanlış təqdimat ortaya çıxdıqdan sonra Azərin xanımın yenə öz səhifəsində yazdığı arayışı bəziləri “qorxaqlıq” kimi qələmə  verməyə çalışırlar.

Bəylər, xanımlar, özünə hörmət edən şəxslərin sizinlə eyni sosial şəbəkədə olması fürsətindən bu şəkildə yararlanmağa çalışmayın.  Bu dünyada hər kəsin üzərinə götürdüyü bir missiya var. Siz öz seçdiyiniz missiyanızda başarılı deyilsinizsə, bunu başqalarına zorən yükləməyin. Azərin xanım öz sənəti ilə üzərində olan missiyanı layiqincə yerinə yetirir, Azərbaycanı layiqincə təmsil edir. Öz səsi ilə -  siyasi kimliyi nə olur-olsun, Azərbaycan, Türk sevdalısı olan bütün insanların ruhunu oxşaya bilir.

Gəlin, bu səsə, bu milli səsə sayğı duyaq. 


 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
İlham Əliyev, Ərdoğan və Paşinyan görüşdü 15:32, Bu gün İran Xəzəryanı ölkələr üçün yeni təklif verdi 15:24, Bu gün TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri TƏSDİQLƏNDİ 15:20, Bu gün Liderlərin Praqa görüşü Moskvanı qıcıqlandırdı - Rusiyadan AÇIQLAMA 15:16, Bu gün 44 ölkənin liderləri bir arada - YENİLƏNİB 15:08, Bu gün Praqada Əliyevdən nə istəyə bilərlər? - TƏHLİL 15:04, Bu gün “Hindistanın verdiyi silahlar erməniləri məhvə aparır” – Pakistanlı ekspert 15:00, Bu gün Ədəbiyyat üzrə Nobelin qalibi açıqlandı 14:56, Bu gün KTMT regionda sülhün qorunmasına çalışır - Zaxarova  14:52, Bu gün Türkiyə İsrailə səfir TƏYİN ETDİ 14:48, Bu gün Zəngilanda digər kəndlərin də təməli qoyulacaq 14:44, Bu gün Azərbaycanın FIFA referiləri təyinat alıb 14:40, Bu gün Putin sabah MDB liderlərilə görüşəcək 14:36, Bu gün ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək 14:32, Bu gün Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək 14:28, Bu gün Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi 14:24, Bu gün Gömrük Akademiyasında estoniyalı nümayəndələrlə görüş keçirilib 14:20, Bu gün Bakıda şirniyyat evi YANDI 14:16, Bu gün Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ 14:12, Bu gün Zakir Həsənovu ittiham edən polkovnik həbs olundu 14:08, Bu gün "Ağılll şəhər"in Skandinaviya modeli araşdırılır 14:04, Bu gün Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:00, Bu gün Dünya mətbuatı Edillidəki kütləvi məzarlıqdan YAZIR 13:56, Bu gün Əli Əsədov Moskvada Zəngəzur dəhlizindən DANIŞDI 13:52, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün