Arxiv
19 İyun 2013, 10:13 | MÜSAHİBƏ
Habil Əliyev: “Mən bu millətdən dilənçi görəndə ağlayıram...” - MÜSAHİBƏ

Modern.az saytının müsahibi xalq artisti, məşhur kamança ifaçısı Habil Əliyevdir.

– Sizin ifanızda həmişə ilahi sirr gizlənib...

– Sənət Allahın verdiyi paydır. Şərt bu payın kimə nə qədər verilməyindədir. O ki  qaldı kaman səsindəki İlahi sirrə, mən həmişə çalışmışam ki , deyilməyən bir söz deyim, işlənmiş, şablon sözlərdən qaçım. İfamda da eləyəm, çalışmışam ki, “deyilən cümlələri“ çalınmayan musiqiləri ifa edim, çünki eşidiləni əvvəl də eşidiblər. Mən də elə bir səda səsləndirməliyəm ki, onu heç kim eşitməsin. Bu da adamdan zəhmət tələb edir. Eləsin tapıb düzəltməlisən ki, köhnədən yaxşı olsun.

– Demək olarmı ki, kamança bir vasitədir, eşitdiyimiz səs isə Habil Əliyevin ruh səsidi?

– Mənim kimi başqaları da var. Amma mənim çaldığım kamançanın səsi deyil, o mənim ürəyimin səsidir. Bütün kamançaların səsi eynidir. Belə olanda nə edəsən ki, sənin səsin o birlərindən seçilsin? Özün olmaq üçün isə öz ürəyinin səsini insanlara çatdırmalısan. Onun üçün mən köhnəliklərdən imtina etmişəm. Düzdü, elə köhnəliklərimiz var ki, mən onları min təzədən üstün bilmişəm. Amma elə köhnəliklər də var ki, onların üstündə dayanmaq ayıbdır. Gecikmiş, xarab olmuş, kiflənmiş, qıcqırmış köhnəliklərdən əl çəkmək lazımdı. Musiqimizdə neçə illərdən bəri olan yeniliklər mənə əsəb verib. Mən onlara yenilik kimi yox, musiqimizə vurulan zərbə kimi baxıram. O ifaçılar ki, yeni yetişir,  çıxıb oxuyurlar mən onlara çox təəccüb edirəm. Onlar kimin üçün oxuyurlar? Əgər özləri pis oxuduqlarını başa düşmürlərsə onlar necə sənətkardırlar?

– Kaman ifa etdiyiniz məqamda gözlərinizi yumursunuz. Həmin məqamda siz istədiyinizi görə bilmisinizmi?

– Mən elə gözlərimi ona görə yumuram ki, istədiyimi görüm. Gözü açıq olanda hamı görəni, gözümü yumanda isə öz istədiyimi görürəm. Gözlərim yumulu olanda istədiyimi görürəm, açanda isə istəmədiyimi görürəm...

– İfanızdakı həzin səs bugünkü cəmiyyətimizin, insanların hüzn səsinə oxşayırmı?

– Elmin bala, bunu sizə deyim ki, kim ifaçıdırsa, kim sənəti bilirsə, o gündəlik həyatı çalmalıdır, gündəlik həyatı oxumalıdır. Həyatda nə görürsə onu sənətə gətirə bilməlidir. İfaçı musiqinin diliylə həyatda gördüklərini xalqa çatdırmalıdır. Bu hər adama nəsib olmur. Mən isə ancaq öz başa düşdüklərimi, yaşadıqlarımı çalıram. Olubdur, başqalarından öyrənib-çaldığım vaxtlar da olub. Kamança çalanlardan yox, yaxşı oxuyanlardan, musiqiçilərdən öyrənmişəm. Görmüşəm ki, onun oxumağında fərq var. Mən o fərqdən bəhrələnmişəm. Mən onu bilirəm ki, Azərbaycan musiqisində məni razı salan çox az sənətkar var. Köhnələrdən 4-5 nəfər var idi. Onlar da getdilər, məndə tamam boşluq yarandı. Mənim üçün elə musiqiçi lazımdı ki, o məni dayandırsın, məni qulaq asdırsın. Musiqi özü-özlüyündə bir əhvalatdır. Musiqi həyatda olanların əksidir. O dildir, o əhvalatdır. Onu anlayanlar da olur, anlamayanlar da. Anlamayanları qınamaq olmaz. Çünki onların sahəsi deyil. Əsl musiqi ilə çoxdandır ki, təmin olunmuram, neçə illərdən bəri oxunan muğamlarımız o adı daşıyıb və o adla yaşayıb. İndi o adda muğam oxuyurlar yaxud çalırlar. Mən bu ifalardan çox narazıyam. Adı korlayırlar, muğamın adına xələl gətirirlər. Bunu heç olmasa bu gün musiqimizə rəhbərlik edən adamlar başa düşəydilər. Onlar başa düşsələr çox da ağ olmaz. Nəinki onlara təriflər verib qiymətləndirmək, balı şora qatışdırmaq olmasa onlar da qədim musiqimizin keşiyində durarlar. Elə adamlar var ki, bu işlərə rəhbərlik edir amma özü musiqini bilmir. Bu da musiqinin qolun-qanadın qırır.

Sizin ürəyinizin səsi, yəni kaman ifası uzun illər boyunca insanlara nə ötürüb?

– Mənim ürəyimin səsi insanlara öz gördüklərini, görüb lakin başa düşmədiklərini ötürüb. Bizim insanlar bəzi şeyləri görür, amma onları başa düşmür. Mən həmin şeyləri çalğı ilə onlara çatdırıram. Bildirirəm ki, siz nahaq bunları başa düşmürsünüz, bunları anlamaq vacibdir.  

Ölkəmizdə yaxşı nə olursa, hamı üçündür, pis nə olursa o da hamı üçündür. Ona görə də hərə əlindən gələni etməlidir ki, hər şey yaxşılığa doğru dəyişsin. Yaxşını da qazanmaq asan deyil, çətindir. Ona görə də çalışmaq lazımdı ki, yaxşıya çatasan. Dayanmaq olmaz!

- Bəs ürəyinizin səsi cəmiyyətimizdəki insanların ürək qaralarını yuya bilibmi?

– Elə ürəklər var ki, atasını, qardaşını, anasını öldürür. Amma bu millətdə elə ürəklər var ki, dilənçi görən kimi ağlayır (yaman kövrəlir, ağlaya-ağlaya danışır). Mən bu millətdən dilənçi görəndə ağlayıram.

– Məncə, Habil Əliyev ilahi bir səsin içində yaşayır...

– Həmin ilahi səsi tapa bilməmişəm. İçində yaşaya-yaşaya o səsi tapa bilməmişəm. İstədiyim o ilahi səsə hələ çata bilməmişəm. Hələ axtarıram, bu yaşımda da axtarıram. Heç kim tapa bilməz onu. Elə bir sənətkarımız yoxdur ki, o səsə çata bilsin. Nə elə bir ifaçımız,  nə də xanəndəmiz olub. Rəhmətlik Xan əminin çox böyük səsi var idi. Xan əmi, Allah sənə bu boyda səs verib sən nə etdin o səslə?  O səslə nələr etmək olardı bilirsənmi?

– O, yetərin qədər istifadə edə bilmədi?

– Eləmədi. Bu cür demək bəlkə də düzgün deyil. Kimin gücü nəyə çatırsa, onu da edir. Deməli, onun da hünəri o qədər imiş. Bu səs də onu ucaldıb, üzünü ağ edib. Çünki bu səs cənnətdən gələn səs idi. Allahın bir hədiyyəsi idi. Biz onunla tez-tez görüşərdik. Bərabər səfərlərə gedərdik. Həmişə ona deyərdim ki, Xan əmi, məni nə qədər istəyirsən söy, amma oxuya-oxuya söy.

– Siz o ilahi səsin işində yaşayırsınız. Hərdən o səsin içindən cəmiyyətimizə boylanan vaxt cılızlıq hiss edirsinizmi?

– Çox az boylanıram. Çünki istədiklərimi görə bilmirəm. Yoldaşım azdı, tək qalıram. Məsələn, Faiq Ağayev xalq artistidir. Ona qulaq asırlar. Mənə başa salsınlar ki, onun harası yaxşıdır. Mən də istəyirəm bunu biləm. Mən bilmirəm axı. Nə olar, mən musiqiçiyəm, başa düşmürəm, amma siz musiqiçi deyilsiniz, amma başa düşürsünüz, bir məni də başa salın.

– Elə o tipli insanları demişkən, bir sual vermək istərdim. Bu gün biz sənətə doğru qaçırıq, yoxsa sənətdən qaçırıq?

– Sənəti başa düşənlər sənətə doğru gedir. Amma görün necə gedir, hansı addımlarla gedir, təngnəfəs olub yolda qalmır ki, onun ora getməyə ixtiyarı varmı? Nə ilə gedir, hansı əsasla gedir? Qayıdanda nə iləsə qayıda biləcəkmi? Yoxsa əliboş dönəcək? Sənətin adı çox yüngüldür. Çalıb-oxuyumaq! Amma bütün dünya bu çalıb-oxumağın içində yerləşir. Deyilə bilməyən nə qədər əhvalat, nə qədər sözlər varsa, hamısı musiqinin içindədir.

– Səsin olduğu qədər də sözün ustasısınız. Hansı şair dostlarınız olub?

– Bəxtiyarla (Bəxtiyar Vahabzadə - red.) ailəvi dost olmuşuq (Yenidən kövrəlir və ağlamsına-ağlamsına danışır). Dostluq edəndə onun şairliyin bilməmişəm, o da mənim sənətimi bilməyib. Nə mən onun şairliyi ilə maraqlanırdım, nə də o mənim kamança çalmağımla maraqlanırdı. Söhbətlərimiz bir-birini təmin edirdi. Çox gözəl söhbətlər edirdik. Hanı o söhbətlər? Mən o söhbətləri indi hardan alım? Heç hayandan artıq bitdi, qurtardı!

Başqa kimləri oxumusunuz?

– Ən çox sevdiyim Füzuli olub. Durum deyim Füzulini oxumuşam, xeyr!  Elə onun zövqünü oxumuşam. O adi bir qəzəlinin bir misrasında göstərir ki, mən mənəm. Mən onun yazdıqlarına Quran ayələri kimi baxıram. Amma o 2-3 sətirlə öz böyüklüyün göstərir.

– Füzuli poeziyası ilə “Bayatı Şiraz” muğamı arasında hansısa əlaqə var...?

– “Bayatı-Şiraz”a köhnə xanəndələr “Ərusi-musiqi” adını qoyublar. Yəni musiqimizin gəlini. O qədər saf, o qədər ürək, həssaslıq tələb edən bir muğamdır. O ancaq gözəli təsvir edir. O qədər aydın təsvir edir ki, sanki mən onu qarşımda görürəm.  

Gənclərə tövsiyəniz nə olardı?

– Mən gənclərimizi çox istəyirəm. İstəmirəm ki, onların gəncliyi mənim gəncliyim kimi keçsin. Gəncliyim müharibə vaxtına düşüb. İstəyirəm gənclərimizin nələri xoşagəlməz olsa da, zövqləri xoşagələn olsun. Ölkəmizi qorumaq da, ölkəmizə layiqli övlad olmaq da onların zövqündən asılıdır.

 

Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30 Bakının mərkəzində yanğın 21 Aprel 2021, 00:15 Zelenski Putini Donbasda görüşə çağırdı 21 Aprel 2021, 00:07 “ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu   20 Aprel 2021, 23:58 “Mançester Yunayted”in prezidenti istefa verdi 20 Aprel 2021, 23:53 Avropa Super Liqası ləğv olundu? 20 Aprel 2021, 23:42 Rusiya MN-dən Xudavəng AÇIQLAMASI 20 Aprel 2021, 23:27 Litvada naməlum koronavirus mutasiyası tapıldı 20 Aprel 2021, 23:11 Türkiyədə virusdan ölüm sayında yeni REKORD 20 Aprel 2021, 22:59 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı 20 Aprel 2021, 22:45 İngiltərənin 2 klubu Avropa Super Liqasını tərk edəcək? 20 Aprel 2021, 22:39 Əli Əsədov Rusiyaya dəvət olundu 20 Aprel 2021, 22:25 Daşkəsəndə ağır qəza - xəsarət alanlar var 20 Aprel 2021, 22:11 İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi - YENİLƏNİB 20 Aprel 2021, 21:59 Turan Bayramov Avropa ikincisi oldu 20 Aprel 2021, 21:49 Prezident "Qarasu" yarımstansiyasının açılışında - YENİLƏNİB 20 Aprel 2021, 21:41 Zəngilanda hava limanı tikiləcək   20 Aprel 2021, 21:35 Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00