Arxiv
5 Avqust 2013, 18:27 | ƏDƏBİYYAT
Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi prosesi...

 

Mahir Qabiloğlu


Dinlərarası nifaq. Səlib, xaç yürüşləri. Cihad. Qılınc müsəlmanı. Dini sərhədlərin genişləndirilməsi. Kafir adı altında eyni olan iki insanın bir-birini öldürməsi. Kişilərin başlarının kəsilməsi, amma qadınlara dəyməmək. Onları dinə, imana gətirmək. Müsəlman etmək, adın dəyişmək. Və yaxud da əksinə ... xristian dinini qəbul etdirmək, adını dəyişdirmək.  Səmavi dinlər də kafir olmasına baxmayaraq qadınları hifz edirdi.

Vəhşi təbiətin də qanunları belədir. Meşədə yırtıcı əsasən erkəyi parçalayır. Nəsil artıran dişiyə əl dəymir. Nəsil artsın ki, gələcəkdə ovu olsun. Ac qalmasın. Qəssablar da buğanı, erkəyi  kəsirlər. İnəyə, qoyuna  əl dəymirlər. Evi meyvəsi olmayan şamdan, küknardan tikirlər. Bar verən meyvə ağacını kəsmək günah sayılır.


Türk sultanları müsəlman idi, yoxsa xristian?


“Möhtəşəm yüz il” serialına baxıram. Sultan Süleymanın anası sonradan İslam dinini qəbul edən bir Validədir. Cahan Sultanının varislərinin anası da keçmiş xristiandır. Hərəmxananı da bütünlükdə xristiandan dönmüş, İslam dinini qəbul etmiş, adını dəyişmiş qadınlar təşkil edir. Hamisi ataları, anaları, qardaşları qılıncdan keçirilmiş hərəmlərdir.

Hərəmin qanunlarına görə müsəlmanlar ora qəbul edilmir. Türk sultanlarının, fatehlərin anaları sonradan İslam dinini qəbul etmiş xristianlar və digər millətlərin nümayəndələridirsə, onda bu nə deməkdir? Belə çıxır ki, Türk İmperiyasını idarə edənlər, dünyaya meydan oxuyanlar Çingiz Aytmatovun təbirincə desək, “manqurt”lar olub? Yaxud da ki, manqurtlaşmaya gətirib çıxarıb? Və bu manqurtlar o boyda imperiyanın məhvini reallaşdırmaq üçünmü yetişdiriliblərmiş? Tarix bunu sübut etdisə deməli belədir. Lakin bu sübut  bəs etmədi. Məncə indi də davam edir. Söhbət qandadır. Ananın qanında. 


Calaq və ya metisatsiya


İsrail vətəndaşlığına qəbul olmaq üçün  atanın kimliyi, adının, familiyasının nə olmağı, hansı millətə mənsubiyyəti şərt deyil. Anası yəhudidirsə, kifayətdir. Yenə qan faktoru.

Nəslin təzələnməsində, cavanlaşmasında metisatsiyanın rolu böyükdür. Milləti cılızlaşmadan qoruyur. Müharibələr bu inkişafın əsas və kütləvi hərəkətverici qüvvələrindəndir. Həyətdə bitən cır meyvə ağacını da calaq edəndə yaxşı bar verməyə başlayır. Deməli əks sayılan din və millətlərlə müharibələrdə müsəlmanları məhv etmək mümkün deyil. Əksinə millət “calaq” edildikcə sağlamlaşır, gözəlləşir, inkişaf edir. Bu da təbiətin qanunudur. Meşədə cır meyvə bitir, həyətyanı sahədə isə calaq olunmuş ağac əkərlər... Amma yenə dəxli yoxdur. Uşaq atanın adını, ananın isə qanını daşıyır.

Deməli dünyanın şeytan beyni yeni üsullar icad etməliydi. Yeni qarşıdurma texnologiyaları meydana çıxarmalıydı ki, həm müsəlmanların artım tempini saxlasın, həm də onları  mənən, həm də fiziki cılızlaşdırsın. 

Eyni dinə sitayiş edənlərin, qanı bir olan eynilərin  savaşı meydana gəldi. Ərəb ərəblə, fars ərəblə, özbək türklə, avar ləzgiylə, fars azərbaycanlıyla (türklə), ərəb türklə... Siyahını uzatmaq da olar. Bu təkcə eyni qanların davası və calağı deyildi. Meşədə ağaclar və onların gətirdiyi bar çox idi, amma heyf ki, cır idi.

İki dinin toqquşması hansısa tərəfin qələbəsi və ya  məğlubiyyəti deməkdir.  Daha dəqiq desək xristian etiqadlı insanların azalmasına gətirib çıxarırdı. Bu aydındır! Tətbiq olunan yeni sxem isə bunun qarşısını alırdı. Müsəlman dininə etiqad edənlər bir-birini qırır, öldürür. Xristianlar isə vaxtdan istifadə edib bunun müqabilində üstünlüklərini artırırdılar. (Artıq 68 ildir ki, Avropada güllə səsi eşidilmir. Əgər Yuqoslaviyada türklərin soyqırımını nəzərə almasaq)

Bir müsəlman hökmran o biri müsəlmanı əvəz edir. Hakimiyyət uğrunda hətta ata oğlunu öldürməyə hazırdır. Bir müddətdən sonra aydın oldu ki, bu sxem də işə yaramır. Müharibə, aclıq, qırğın, epidemiyalara baxmayaraq müsəlmanların sayı durmadan artır.

Bir qanunauyğunluq da var axı. Xristianlıq İslamdan əvvəl yarandığından çönmə xristianlıqdan İslama tərəf olur. İstər könüllü, istərsə də qılınc gücünə. Bu da  əlbəttə ki,  saya təsir göstərirdi.


Azərbaycan türkləri heç kimə bənzəmir, onlara xüsusi “yanaşma” lazımdır


Amma elə xalqlar, millətlər var ki, bunlarda mentalitet, adət-ənənələr, ən əsası isə kökə bağlılıq güclüdür. Özünü indi Qərbi Azərbaycanlı sayanlar da məhz bu xüsusiyyətə malik olduqları üçün müxtəlif dövrlərdə deportasiya və etnik təmizləmə siyasətinə uğradılar. Daha doğrusu onlar imperiyanın Qafqazı erməniləşdirmək siyasətinə yatmadıqları, ermənilərə qan baxımdan qarışmadıqları üçün bu həyatı yaşamaq zorunda qaldılar. Azərbaycan Respublikasının ərazisində onları daha nələr gözləyir? Deyə bilmərəm. Bir sözlə onları “döndərmək”, türkdən azərbaycanlıya çevirmək çətindir. Bəs nə etməli?

Erməni qadınının başladığı müharibə

Deyirlər ki, müharibəni kişilər başlayır. Çünki qadınlar başlasa, o müharibə heç vaxt qurtarmaz. Mən əvvəllər bu misalı bir lətifə kimi qəbul edirdim. Amma indi görürəm ki,  bu nə misaldır, nə də lətifə. Bu gün Azərbaycan ərazisində tətbiq olunan konkret bir konsepsiya, özəl yanaşmadır. Maskalanmış imperiya strategiyası.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “erməni-tatar qarşıdurması”, “erməni-müsəlman davası”, “soyqırımı”. Azərbaycanlılarla ermənilər arasında olan bu münaqişəyə çox adlar qoyublar. İndi görürəm ki, bu, adi protokol sənədindəki qeydlərdən, tarixçilərin  pafosundan başqa bir şey deyil.


100 faiz Azərbaycan minus 20 faiz


Erməni kiçik millətdir. Nə türklə bacara bilər, nə də azərbaycanlıyla. Yox! Deyəsən səhv etdim axı? Tarixi saxtalaşdırmağa yönəldim. Tarixçilər belə cild-cild əsərlər yazaraq, təsdiq ediblər ki, ermənilər əzəli Azərbaycan torpaqlarında öz dövlətlərini qurublar. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Üstə də gəl 5-6 rayon. Nə az, nə çox – 20 faiz. Hamısı ermənilərdədir. Qaldı 80 faizimiz. Bəs onun taleyi necə olacaq? Fikirləşirəm. O boyda Ermənistan dövlətinin ərazisi, üstə də gəl 20 faiz və sayca bizdən qat-qat az olan bir erməni milləti. Bu gün də dünyaya səpələnə-səpələnə gedirlər. Bizim mütəxəssislər bunu demoqrafik partlayış kimi qiymətləndirirlər. Əsla. Qanlarını digər xalqların qanına calaq edə-edə gedirlər.  Onlara da işğalçı demək olarmı? Olar... amma dırnaq arasında.

Bir qəribə məqam da var. Qalib erməni ordusu Azərbaycan torpaqları ilə inamla irəlilədiyi halda niyə 20 faiz ərazisini itirən Azərbaycanla atəşkəsə imza atdı? Axı, Bakıya cəmi 250 kilometr qalmışdı. Deməli burda başqa oyun da var idi...


Adı, atasının adı, familiyası Kolya, özü türk


Çuvaş, yakut, tuva – Rusiyanın uzaq Sibirində  yaşayan digər türk xalqları. Hamısının öz dili, adət-ənənəsi var. Amma adları rus-provaslav adlarıdır. Çünki xristianlığı qəbul ediblər. Daha dəqiq desək, onlara xristianlığı qəbul elətdiriblər. Bu rusların imperiya siyasətidir.

 “Qafqazı da xristianlaşdırmaq lazımdır”. Bu da rus, sonra isə Sovet imperiyasının yürütdüyü siyasətdir. Çox çətin həyata keçirdi. Daha dəqiq desək, yarımçıq qalırdı. Onda taktika dəyişdirildi. “Əvvəl müsəlman Qafqazını erməniləşdirmək lazımdır, sonra isə...”

Bu plan da müxtəlif dövrlərdə iflasa uğradı. Məsələn 1988-ci illərdə ermənilərin Bakıdan qovulması uzun illər həyata keçirilən böyük bir planın kulminasiya nöqtəsində iflası demək idi. Amma buna baxmayaraq aktuallığını itirmədi.


Bizdə “məmməd oğlu”, ləzgidə “Mamedoviç”


Qayıdaq Sovet dövrünə. Şimali Qafqazda atanın adı “eviç”, “oviç” getdiyi halda, azərbaycanlılar “qızı”, “oğlu” sözlərini saxlaya bildilər. Hətta “ov”, “yev”dən imtina edib, “lı, li, lu, lü”, “zadə” sonluqlu familiyalara qayıdanlar da oldu. Ancaq partiya nomenklaturasındakı adamlara “...oviç” deyə müraciət edilirdi. Amma bu da müvəqqəti oldu. Müstəqillik illərində özünəqayıdış prosesləri sürətlə getdi.

20-ci əsrdə Azərbaycanı erməniləşdirmək prosesi iki dəfə həyata keçirilib. İkisində də iflasa uğrayıb. Birinci 20-ci əsrin əvvəllərində Şaumyanın, Mikoyanın timsalında. Erməni erməni adı və familiyası ilə hərəkət edib. Bakıda olan bütün var-dövlət ələ keçirilib. Qırğınlar olub. Amma metisatsiyadan söhbət belə, getməyib. Sonda isə Bakı Komissarlarının güllənmə səhnəsi oynanılıb. Şaumyan da başda olmaqla 26-lara daxil olan, öldüyü güman edilən dörd  erməni xaricə qaçırılıb. Daha sonra  ermənilərin əliylə xalqımızın sayseçmə oğulları aradan götürülüb. İmkanlıların varidatları talanıb. Ən əsası isə pantürkist damğaları, antitürkçülük hərəkatı və ən nəhayət “türk” deyənin dilini kəsmək. Bu azmış kimi həm millətin, həm də  dilinin adı dəyişdirilir. Türk azərbaycanlı olur. Çox qəribədir ki, Azərbaycanda yaşayan digər azsaylı xalqlar da məmnuniyyətlə bu “Azərbaycanlı qazanına” atılıb qarışırlar.

İkinci proses müharibədən sonrakı dövrə təsadüf edir. Ermənilər Bakıda və Azərbaycanın digər rayonlarında kompakt şəkildə yaşayır, artır, varlanır. Yüksək vəzifələrin 2-ci pilləsinə, yəni məsuliyyəti az olan, gözə girməyən işlərə ermənilər yerləşdirilir. Gizli sexlərə də onlar rəhbərlik edirlər. Amma hərəkətə keçəndə yenə daşnak babalarının, Şaumyanların yolunu gedirlər. Qan tökürlər. Bu plan da iflasa uğrayır. Ermənilər necə kompakt yaşayırdılarsa, eləcə də kompakt şəkildə Azərbaycandan çıxarılırlar. Amma qalanlar da olur. Vaxtikən Azərbaycan türklərinə ərə gedən, familiyasını, dinini dəyişən, artıq nəvəsi, nəticəsi olan azərbaycanlı erməni qadınlar qalırlar.


Öz təsdiqini tapmış model və ya düşünülmüş metisatsiya


Məhz bu modelin tətbiqi Azərbaycanın cəmiyyəti üçün məqbul hesab olunur. “Türklərin qanını tökmək yox, qanını qarışdırmaq, adını, familiyasını, dinini özününküləşdirmək lazımdır” adlı fəaliyyət planı hazırlanır.

Çünki Azərbaycanda “yan” familiyası daşıyan adamlara nifrət hissi güclüdür. Bu şəxsləri özlərinə düşmən sayırlar. Şəhidlər Xiyabanı yaraları qaysaqlanmağa qoymur. Onda nə etməli? Bax burda “Tülkü həccə gedir” nağılı yada düşür. İmperiya təfəkkürü bu planla iki dovşanı birdən vura bilər. Həm  Azərbaycanın erməniləşməsi, həm də  Sovet imperiyasının tərkib planı olan Azərbaycanın azərbaycanlılaşdırılması prosesi uğurla başa çatdırıla bilər. Deməli bir erməni qadını yüz Şaumyana, Mikoyana, Vazgenə bərabərdir. Gec nəticə verməsinə baxmayaraq, güclü bioloji silahdır. Güllə atıb, yaralamaq, öldürməklə türklərin gözündə düşmən obrazında qalmaqdansa, bu bioloji silahla Azərbaycan türklərinin qanına, iliyinə, beyninə girmək daha məqbul variantdır. Atəşkəs demə buna görə lazımmış. Yaraları unutdurmaq, vaxtı öz xeyrinə işlətmək üçün. 

Bu vaxt ərzində isə Azərbaycanda yeni dünyəvi nəsil meydana gələcək. Onlar isə Qarabağı, əzəli Azərbaycan torpaqlarını yox, dünyanı, kainatı fəth etmək iddiasındadırlar. Onları maşın, villa, pul, qızıl, mülk daha çox maraqlandırır, nəinki Qarabağ.  

Erməni qadını kimdir?

Erməni qadını. Onun haqqında çox yazılıb. Klassiklərimiz onları vəsf edib. Qalın-qalın romanlarımızın, poemalarımızın məhəbbət qəhrəmanları olublar. Erməni qadını – şirindildir, qılıqlıdır, hiyləgərdir, tədbirlidir. Acgöz, tələbkar  deyil. Öz xalqına çox bağlıdır. Onun uğrunda nəyə desən gedər. Hətta fahişəlik də edər. Yaşadığı mühitdə o xalqın  dilini, adət-ənənəni tez götürür. Nəsil artırmaya meyl güclüdür.

O da sirr deyil ki, uşaqda ana qanı əsasdır. “Ana Vətən”, “Ana dili”, Ana südü”, “Ana laylası” söz birləşmələrinin kök, ilik, qan, ruh kimi amillərin formalaşmasına təsirini nəzərə alsaq, dünyaya gələn uşağın adının Vazgen, familiyasının isə hansısa “Yan” olması əsas deyil. Əsas o uşağın damarlarında Vazgenin qanının axmasıdır. Özü də ki metisatsiya Azərbaycanda  bir istiqamətdə aparılırdı. Ana erməni, ata türk formatında.

Bir erməni qadını azərbaycanlıdan 3 uşaq doğarsa, 50 il ərzində öz qan daşıyıcılarının sayını 40-a çatdırmaq, bu qırx metis isə ailə quraraq daha 40 nəfəri “yoluxdurmaq”, türk millətinin dərinliklərinə varmaq  gücünə malikdir.

Ermənilərin Azərbaycana aktiv təcavüzü 20-ci əsrin əvvəllərindən soyqırımı siyasətiylə başlanıb. Daha sonra isə mehriban qonşuluq siyasətiylə davam edib. Ermənilər soyqırımıyla əsasən vəhşi təbiət və müharibə qanunlarını pozaraq qadınları, uşaqları qətlə yetiriblər. Daha sonra isə taktikanı bir az dəyişiblər. Azərbaycan kişilərinə sanki  donor kimi baxıblar. Metisatsiya prosesi üçün qoruyublar. Tuğ və digər kəndlərin simasında ortaq həyat, kirvəlik missiyasına başlayıblar.

Oğlan uşaqlarımızın onların qucağında kişi olmasına razı olub ermənini fəxrlə “kirvə” çağırmışıq, amma onların uşaqlarına kirvəlik edə bilməmişik. Biz erməni qızları almışıq, amma erməniyə qız verməmişik.  Ötən əsrə nəzər salsaq, eməni qızlarının azərbaycanlılara ərə getməsinin tarixi artıq yüz ilə çatır. Onda görəsən Azərbaycanın azadlıqda olan 80 faiz torpağının, daha dəqiq desəm Azərbaycanın tam  işğalına neçə il qalır? Bəs onda Azərbaycanda erməni nə qədərdir, türk nə qədər? Və yaxud da damarında  erməni qanı axan azərbaycanlı nə qədər? Bəs görəsən tarixi 70-80 il olan qondarma “azərbaycanlı” sözü mənbəyin haradan götürür? Diqqət yetirin mən “milləti” demədim, “sözü” dedim.


Atası erməni olan  ermənidir,  atası türk olan bəs..?


Bir haşiyə çıxım. Sovet vaxtı belə bir lətifə vardı. Danışanda gülürdük. Amma indi onu da statistikaya salmaq vaxtı gəlib çatıb:
Azərbaycanda böyük vəzifəli, arvadı erməni olan bir şəxs oğlunu evləndirmək istəyir. Zəng edir qızın ziyalı atasına ki, “bəs sabah evdə olun, Sizə gələcəyik. Elçiliyə”. Bu azərbaycanlı nə desə yaxşıdır? “Əziyyət çəkməyin, hörmətli zat, sabah özüm qəbulunuza gələrəm”

İndi maraqlıdır... Gələcək kürəkəninin yarı erməni olmasını bilə-bilə türk qızını həmin oğlana verənlərimiz nə qədərdir? Deməli erməniyə qız vermək olmaz, amma atası türk, anası erməni olan azərbaycanlıya türk qızı məhrəmdir? Belə çıxır ki, türklərdə əsas atanın qanıdır, erməni və yəhudilərdə isə ananın? Hansımız düzük? Yox, sualı düz qoymadım. Hansımız udur, hansımız uduzuruq?

İndi deyəcəksiniz ki, danışdıqların mənasızdır. 100 ildir ki, bu proses davam edir... İzlər nəinki çoxdan itib, yeni izdivaclar meydana gəlir. Ermənistandakı Azərbaycan qəbirləri də yerlə yeksandır, Azərbaycandakı erməni məzarlıqları da. İzlər itib, süpürülüb. Mən də başa düşürəm. Amma məqsədim başqadır. 

Dağlıq Qarabağın açarı əzəldən erməni qadınındadır

Ay camaat, Dağlıq Qarabağ münaqişəsinin açarı ruslarda deyil. BMT-də də deyil. ABŞ-da, ATƏT-də, Fransada da deyil. Atam Qabilin əleyhinə desəm də, “Azərbaycan əsgəri” də oyundan kənar vəziyyətdədir.

Bu müharibəni erməni qadını başlayıb. Açarı da ucları oyulmuş xaç formasındadır. Erməni Vazgen onun boynundan asıb. Sonacan da gedəcək. Ta qalan 80 faiz torpağımızı alanacan. Müharibənin tezliklə başa çatmasından heç danışmayın. “Gün o gün olsun ki” də deməyin. Yeni sürprizlərə hazır olun - erməni qadınının bizə hazırladığı sürprizlərə. Çünki müharibəni erməni qadınları başlayıb. Bu müharibədə tüfənglər, toplar atmır, güllələr danışmır. Burda qan tökülmür, qan qarışır, qan artır, qan “zəhərlənir”. 

Onları axtarmayın. Tapmayacaqsınız. Yaxaları cırıb xaç ovuna da çıxmayın. Onların əksəriyyəti bu dünyanı artıq tərk ediblər. Ölməmişdən qabaq açarın nüsxələrini artırıb uşaqlarının, nəvələrinin, nəticələrinin, kötükcələrinin “ürəklərindən asıblar”. Bu “bioloji silahlar” Azərbaycanın müxtəlif yerlərində, sahələrində, ailələrində “partladılıblar”. Qəlpələri isə böyük radiuslara səpələnib. O qəlpələr  bizim içimizdədirlər. Həm qadın cismindədir, həm də kişi. Namaz da qılırlar, oruc da tuturlar. Allaha şükr edirlər. Pirlərə nəzir deyirlər. Qurban da kəsirlər. Pul da paylayırlar. Hacı da olurlar. Adları da bizimkilərdəndir. Qanları isə onlardan. Onlar nə ermənidirlər, nə də türk. Bizim kimi  türkdən çönmə azərbaycanlı da deyillər. Onlar təmiz azərbaycanlılardır. İmperiyanın yaratmaq istədiyi və buna 20 faiz nail olduğu  azərbaycanlılar. Hələlik azlıqda olduqları üçün onları dırnaq arasında verək: “AZƏRBAYCANLILAR”. Türklə erməninin calağından yaranmış “azərbaycanlılar”.

Torpaqlarımızın isə hələlik  20 faizi işğal altındadır. 20 ildir də atəşkəsdir. Atəşkəs bizə yox, onlara işləyir. Öz aralarında artmağa, hələ də həyatda olan köhnə türklərlə calağa,  inkişaf etməyə vaxt qazanırlar. Vaxt keçdikcə yetişəcəklər. “Azərbaycanlı” olmaq istəməyən türkləri dənləyəcəklər. Mənasız müharibələrə rəvac verib çönmək istəməyənləri kütləvi qırğına da göndərəcəklər. Bir sözlə təmizləyəcəklər. Azərbaycan türkünü erməniyə, rusa qırdırıb öz saylarını artıracaqlar. Amma heç kim bunun adına “soyqırımı” deməyəcək. Çünki elə biləcəklər ki, canı bir, qanı bir qardaş və bacılarımızdır.

Axır vaxtlar belə bir ifadəni tez-tez eşidirik. Biri haqsızlıqla üzləşəndə o birinə “Sən azərbaycanlısan? Yox! Sən ermənidən də betərsən!” deyir. Qəribə ifadədir. Görəsən ermənidən betər olan kimlərdir?

50 ildən sonra onlar  80 faizə çatacaqlar. İndi biz bəlkə də onları tanıyırıq. Amma 30, 40, 50, 60 ildən sonra heç bir fərqimiz olmayacaq. Qaynayıb qarışacağıq. Qız verib, qız alacağıq. Qanımızı qanlarına, iliyimizi iliklərinə calaq edəcəyik. Hətta bununla fəxr edəcəyik də. Biz bütöv bir ailə olacağıq. Vahid “Azərbaycanlı” ailəsi.

Atəşkəsin yaşı 80-ə çatanda hər iki tərəf silahı yerə qoyacaq. Bir güllə də atılmadan 80 faiz torpaqlarımızı özləri-özlərinə təhvil verib müharibəni qansız-qadasız başa çatdıracaqlar. Beləcə “YAN”dan imtina edə-edə, Azərbaycanı qazanacaqlar. Sonra da referendum keçirib Azərbaycanı xəritədən itirəcəklər. Adı Türkün, dadı ermənilərin olan, uzun illər həsrətlərində olduqları Böyük Ərməniyyə dövlətini, “tarixi ədaləti” bərpa edəcəklər. Azərbaycanlı adı da tarixə qovuşacaq. “Əsl” Ərlərin - Ərmənlərin erası başlanacaq. Adı türk olacaq, qanı erməni, özü isə hay.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?