Arxiv
17 Sentyabr 2013, 13:40 | MƏDƏNİYYƏT
Məşhur Şofer Əhməd: “Film çəkiləndə “Ceyran”ı oynayan aktrisanın ərini tok vurub öldürdü” - MÜSAHİBƏ

Rejissor Elxan Qasımov: “Fəxri ad almağımı sex müdrindən eşitdim”

Bu il “Əhməd hardadır?” filminin ekran üzü görməsindən nə az, nə çox, düz 50 il keçir. Tam yarım əsr. Amma bu gün də Şofer Əhmədin, Şirin kişinin, Nərgiz xalanın, Ceyranın dediyi ifadələr dillər əzbəridir. Bu filmdə kimlər çəkilməyib ki? Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağahüseyn Cavadov, Nəcibə Məlikova və o dövrün gənc istedadı Elxan Qasımov.

Filmin 50 illik yubileyi ərəfəsində Modern.az saytı olaraq “Əhməd haradır?”ın Şofer Əhmədi, əməkdar artist, rejissor Elxan Qasımovla görüşüb qiyabi də olsa, o illərə səyahət etdik, həm də...

– Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə getmişəm, basketbolla, voleybolla məşğul olmuşam. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında Bakıya yarışa gəlmişəm, Bakıda rəqqas kimi festival laureatı olmuşam. Yaşıl Teatr açılanda onun səhnəsində ilk rəqs edənlərdən biriyəm. Bütün bunlar 1962-ci ilə qədər baş verib. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olmuşam, ölkəiçi və ölkə xaricinə qastrollara getmişəm. Əminə Dilbazi, Əlibaba Abdullayev, Böyükağa Məmmədov, Xumar Zülfüqarova kimi görkəmli baletmeysterlərdən dərs almışam. Hazırda anam sağdır. Anamın dediyinə görə, “Ovod” filmindən sonra demişəm ki, mən kinoaktyor olacağam.

16 yaşımda orta məktəbi bitirdim və Bakıda Teatr İnstitutunda qəbul imtahan verdim. Aktyor sənətindən imtahan verəndə mənə oxumaq düşdü. İndinin özündə də çox pis oxuyuram. Musiqi qabiliyyətimi oxumaqla yoxladılar və hamısından “3” aldım. Sonra indiki Neft Akademiyasında imtahan verəndə bir imtahandan “4, o birindən “3” aldım. Axırıncıdan isə özümə “2” yazıb getdim Naxçıvana.
Növbəti il yenidən qəbula gəldim. Qəbul ola bilmədiyim kursu Adil İsgəndərov götürmüşdü. O kursda Hamlet Xanızadə də var idi. Bu bəxtdir, bu taledir. Özü qəbul imtahanında olmadığına görə bir ildən sonra həmin kursdan imtina etdi. Dedi ki, özüm yeni kurs yığacağam. 1962-ci ildə gələndə kursu Adil İsgəndərov yığırdı. Demə, o vaxt “Əhməd hardadır?” filminin ssenarisi də hazır imiş. O vaxt bilmirdim ki, ssenari 2 il əvvəl yazılır.

– İndiki məşhurlardan kimlər var idi o qrupda?

– Amaliya Pənahova, Əbdül Mahmudov, Xamis Muradov, xanəndə Arif Babayev, Siyavuş Aslan, Lütfiyar İmanov, Şəfiqə Məmmədova ilə eyni qrupda oxumuşuq. Ən balacaları mən və Amaliya idik. Siyavuş bizdən 10 yaş böyük idi, bir az oxudu, çıxdı.

Nəysə, ikinci dəfə imtahanda mənə dedilər ki, rəqs elə. Təsəvvür edin, peşəkar rəqqasdan rəqs istəyirlər. Nəticədə üç “5” aldım.

Filmin sınaq çəkilişlərində bütün qrupumuz iştirak etdi. Əsas rollara mən və Uzundıraz Oqtay rolun oynayan Novruz Axundov seçildik. Ən çətin təsdiq olunanı mənim rolum oldu. Filmin yəhudi operatoru Foqelman istəyirdi ki, şofer Əhmədi Moskvadan “gətirsinlər” (“Ulduz” filmini də o çəkib). İqor Kvaşanı. O, Rusiyadan gedən “Jdi menya” verilişinin ilk aparıcısı olub.


– Yəqin ki, rəqqas olmağınızın seçilməyinizdə rolu olub?

– Rəqs və maşın sürmək mənim üstünlüyüm idi. Uşaq vaxtından maşınımız olub. Adil müəllimin tələbəsi olmaq da rol oynadı. Çünki ilk kursda olsam da, məni tanıyırdı, potensialımı bilirdi.

– Filmin çəkilişləri harda oldu?

– Birinci kursda tətilə getmədim. Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda. Göyçayda, Bakıda çəkilişlər oldu.

– Deyəsən, filmi ekrana buraxmaq istəmirmişlər.

– Elə şey olmayıb. Filmə dərhal üçüncü kateqoriya verdilər. Bir ay on gün sonra “Nizami” kinoteatrında premyera oldu. Qırx gündən sonra keçdi kiçik zala. Birinci baxışdan sonra institutun rektoru, rəhmətlik Rahib Hüseynov dedi ki, sənin belə işlərin də var imiş...

– Valideynləriniz premyeraya gəlmişdilər?

– Hə. Əslində o vaxt anam 40, atam 50 yaşında idi. Bir gün sonra dərsə gələndə Adil İsgəndərov mənə dedi ki, qadam, səni qoydum relsə, indi get. Bu söz hamıya çatdı, amma bu dərəcədə yox. Sonra gördüm ki, solyarka, benzin tökmədən 50 ildir Şofer Əhmədlə “gedirəm”. Köhnəldikcə tamaşaçı daha yaxşı qarşılayır.

– Yəqin indi də küçədə, yolda görəndə tanıyırlar.

– Əlbəttə.

– Filmdə bığ saxlamaq rejissorun ideyası idi?

Bəli. Hələ rəngləyirdilər ki, bir az tünd görünsün.

– Sonra gördünüz yaraşır və bığ saxladınız…

Yox, bığı lap sonra saxladım.

(zarafata) 18 yaşlı azərbaycanlı oğlan ola, bir də 19 yaşlı gürcü qızı… 

– Başa düşdüm nə demək istəyirsiniz. Adil İsgəndərovun qrupunda elə şey ola bilməzdi. Heç ağlımıza da gəlmirdi. Əvvəla, bizi idarə edirdilər: araq içmə, çaxır içmə, saçını qırxma. Sonradan bildim ki, Ceyran rolunun ifaçısı Nona Paçuaşvili təzə ərə gedibmiş. Ona demişdilər ki, hamilə olmasın. O da söz vermişdi. Nonanın əri Tamazi Bakıya ilk çəkilişə gəldi. “İnturist”də qalırdılar. Gecə ərini maqnitofondan “tok” vurdu. Yoldaşı Gürcüstanda bir nazirin oğlu idi. Çox da yaraşıqlı oğlandı Tamazi. Çəkilişlər dayandı, yas mərasimi oldu. Çəkilişlər bərpa olunanda gördük ki, Nona hamilədir. Ona görə də heç kim heç nə deyə bilmədi.

Mənim ən yaxşı epizodlarım Yaşıl Teatrdakı rəqslərimdir. Orda bəzi yerlərdə qızı uzaqdan göstərirlər. Çünki Nona artıq hamilədir. Diqqətlə baxanda bilinir.

– Nəcibə Məlikova maşını qaçırdığı epizodda “ZİL”i özü sürürdü?

Yaxın kadrlarda hə, amma uzaqdan olan kadrlarda özü sürmürdü. 

– Filmdə maşının arxasınca xeyli qaçırsınız...

– Ordakından 30 dəfə artıq qaçmışam. Gözəl mənzərə görürdülər, bir daha çəkirdik. Təsəvvür edin, yolla gedirik, deyirlər “düş aşağı”, düyməni basırdılar, mən qaçırdım yıxılana qədər. Mən də onu çox canı-dildən edirdim.

– Nona Paçuaşvilinin oynadığı Ceyran rolunu kim səsləndirib?

– Dəqiq yadımda deyil. Amma Nəcibə Məlikovanın oynadığı Nərgiz xala rolunu məşhur aktyor, xalq artisti Əli Zeynalovun həyat yoldaşı Mirvari Novruzova, mənim rolumu isə səhnə danışığı müəllimim Müxlis Cənizadə səsləndirmişdi.

– Niyə özünü səsləndirməmisiniz?

O vaxt dublyajı hər adam yaza bilmirdi.

– Filmdəki aktyor heyətinə nəzər salanda… Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağahüseyn Cavadov, Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova… Bu korifeylərlə oynamaq yəqin ki, məsuliyyətli və həyəcanlı idi.

– İstər-istəməz həyəcan olurdu. Orda Şirin kişini oynayan Məmmədrza Şeyxzamanovla dostluq edirdim. Allah ona rəhmət eləsin. 

– O sizdən çox yaşlı idi.

Hə, yaşlı olsa da, koloritli adam idi. Mənə həyat dərsi verirdi, yaxşı söhbətlər edirdi. İstəyirdim yeyəm-içəm. Amma o saxlayırdı, bəzən özü ilə aparırdı. O vaxt tanınmış insanları üz-üzə görmək böyük şey idi. Rayonlara gedirdik, qonşular gəlirdilər. Bir ayın içində arzusunda olduğum insanlarla üz-üzə durdum eyni statusda. Təsəvvür elə ki, bütün Azərbaycan istəyərdi Lütfəli Abdullayevlə şəkil çəkdirsin. Amma mən onunla yan-yana idim. Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Nəcibə Məlikova, Ağahüseyn Cavadov, Əliağa Ağayev.

– Filmin tikinti epizodları harda çəkilib?

– Ağdaşda, Göyçayda.

– Bakıdan çox az görüntülər var.

– Vağzalda iki qız Şəkiyə gedir ha. O səhnənin qapısı Bakıda çəkilib, oturduqları yer Sumqayıt vağzalıdır.

– Sizə nə qədər qonorar verildi?

Dəqiq yadımda deyil. Amma o dövr üçün böyük pul idi. Mənim aktyor stavkam 16 rubl 50 qəpik idi.

– Filmdən aldığınız qonorarı hara xərclədiniz?

Pulu alıb evə gələnə qədər anama, bacıma palto aldım. Amma pulun heç 30 faizi xərclənməmişdi.

– İlk dəfə nə vaxt hiss etdiniz ki, populyarsınız?

O baş gicəllənmə vaxtları idi. Filmdən sonra məhəllədə, küçədə tanındım. Qəzetdə şəkillərim, resenziyalarda filmdən şəkillər verirdilər, saxlayıb şəkil çəkdirirdilər. Düzdür, avtoqraf dəb deyildi, amma verirdik. Açıqcalara imza atırdıq.

– Yəqin ki, qızlar məktub yazırdılar…

Məktublar çox gəlirdi. Populyar olmağımı “Tarqovı” küçəsindən bilirdim. Məşhur adam gərək orda gəzəydi. 

Bakıda harda qalırdınız?

– O vaxt kirayədə yaşayırdım.

– Filmdən qazandığınız pulla ev almaq olardı?

Yox, yox. Atam da ev almaq istəmirdi. Burda qalmaq fikrim yox idi. Çox adam inanmırdı ki, mən kirayədə qalıram. O vaxt qəribə dövran idi. Camaat düşünürdü ki, katib də öz uşağının toyunda oynayarmı? Belə şeylər qəbul olunmurdu. Mənə ən çox hörmət edənlər yol polisləri, sistem işçiləri, mağaza müdirləri idilər. Nəsə alanda deyirdilər ki, bay, şofer Əhmədimiz gəlib... Sənədsiz Lenin kitabxanasında (hazırda Milli Kitabxana) kitab alıb oxuyurdum.

– Filmin 50 iliyi qeyd olunacaq?

– 50 illiyini qeyd etmək istəyirik. 40 illiyi keçirilmişdi. Mədəniyyət və Turizm Nazirliyi ilə danışacağıq. Bu, milli kinomuzun tədbiridir. Az filmlərimiz var ki, 50 ildən sonra yenə populyardır.

– 40 illikdə Nonanı görəndə nə hisslər keçirdiniz?

Mən onu 40 ildən sonra ilk dəfə gördüm və tanımadım. Bu haqda bir saatlıq film çəkildi. O, qatardan düşəndə bizi çəkməli idilər. Amma Nona vaqondan düşəndə onu görmədim, o da məni tanımadı. İkinci dəfə çəkdik. Elə oldu ki, mən Leninqradda 5 il kinorejissorluqda oxudum, çox gəzdik-dolandıq, Nona ilə görüşmədim. Amma çox mehriban olmuşuq. Ona bir qardaş kimi olmuşam. Anası ilə də yaxın münasibətimiz var idi. Xətrimi çox istəyirdi. İndi də hərdən bir zəngləşirik. Hazırda Nonanın çalışdığı teatrın direktoru “Ad günü” filmində baş qəhrəmanı oynayan aktyordur.

– Nona burda bu qədər məşhur olduğunu bilirmi?

– Bu qədər məşhur olmağını bilmirdi. Filmin 40 illiyində onu elə qarşıladılar ki.

– Yeri gəlmişkən, Nona orda milli rəqslərimizi çox gözəl ifa edir. Kimdən öyrənmişdi bunu?

– O rəqsləri mən ona öyrətmişəm. Düzdür, orda rəqslərin müəllimi Əlibaba Abdullayev idi. Amma mənim də öyrətdiyim rəqs var.

– Yəqin ki, bu filmdə də gözümüzdən qaçan maraqlı məqamlar var. Yaxud da kadrarxası sirlər....

– Kino çox çətindir. Məsələn, Ceyranın qardaşı Əhməd evdən küsüb gedəndə otağı pavilyonda çəkirlər, çamadanı yığır, hasardan tullanır. Hasardan düşür Hacıkənddə. Amma it dalınca düşən yer Göyçaydadır. Kiçik bir epizod üç məkanda çəkilib.

– Ceyranı aşağıdan çağırısınız ha. Bəs ora haradır?

– O məşhur “Tut ağacı” restoranıdır. İçərişəhər tərəfdədir. Balkonda oturub çay içilən yer Dağüstü parkdır. Orda sadəcə bir məhəccər qoyublar, vəssalam. Qabaqlarında da stol var.

– Bir neçə kəlmə də fəxri adlar barədə...

– Olduğu kimi də danışacağam. “Əməkdar artist” fəxri adı almağımı maşın təmiri sexinin müdiri, dostum Əbdülağa Quliyevin qardaşı Bəhramdan eşitmişəm. Çünki maraqlanmırdım. Bu adı təxminən 10 il əvvəl, Heydər Əliyevin vaxtında almışam. Adı əvvəlcə Allah, sonra valideynin, axırda da xalq verir. Çıx şəhərə, soruş ki, “Şofer Əhməd”, vəssalam. Yəni mən xalqımdan çox razıyam. Çalışmışam ki, Allahın verdiyi yükü namusla daşıyım. Nə dərəcədə nail olduğumu ətrafım və Allahım bilir. Mənim ixtiyarım yoxdur ki, xalqın cavan, saf Şofer Əhmədə olan məhəbbətini korlayam.


İntiqam Valehoğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvadan dəhliz açıqlaması: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26