Arxiv
18 Oktyabr 2013, 16:56 |
Türk kinosunun məşhur erməni aktyorları - FOTOLAR
Türk kinosunun məşhur erməni aktyorları - FOTOLAR

Türk kinosu, xüsusən 50-80-ci illərinin “Yeşilçam” filmləri Azərbaycanda həmişə maraqla izlənilib. Amma türk filmlərində erməni əsili aktyorların geniş yer alması tamaşaçıların ağlına belə gəlməyib.

Modern.az “Yeşilçam” filmlərinin erməni mənşəli aktyorlarının tam olmayan siyahısını təqdim edir:


1909-cu ildə İstanbulda anadan olmuş Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə “Əfsuncu Baba”, 1954-cü ildə “Kaçak”, 1967-ci ildəki “Cici Gəlin” komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə “Kismet”, 1975-ci ildə “Delisin” musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca roluı aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi “Biz ayrılmalıyız” olub. Türkiyə kinosundakı xidmətlərinə görə aktyor Ankara Beynəlxalq kino festivalında “Əmək Ödülü” mükafatına layiq görülüb. 1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan “Balıklı” erməni qəbiristanlığında dəfn olunub.


Sami Hazinses
(əsl adı Samuel Akop Uluçyan) adı ilə tanınan tanınmış türk aktyoru 1925-ci ildə Diyarbəkir şəhərində anadan olub. 1953-cü ildə çəkilən “Qara Davud” filmi ilə diqqəti cəlb edən aktyor 140 filmdə yer alıb. Daha çox komik rolları ifa edən Sami Hazines bundan əlavə bəstəkarlıqla da məşğul olurdu. Onun “Bir dilbərə mübtəladır dəli könlüm” adlı mahnısı Türkiyənin ən məşhur müğənnilərindən olan Zəki Müren tərəfindən ifa edilmişdi. Bundan əlavə Müslüm Gursəs və İbrahim Tatlısəsdə Sami Hazinsesin bəstələdiyi mahnılara öz repertuarında yer veriblər. O, 2002-ci il avqustun 23-də vəfat edib.


Kənan Pars
(əsl adı Krikor Cezveciyan) 1920-ci il martın 10-də İstanbulda anadan olub. 1953-cü ildən aktyor karyerasına başlayan Kənan Pars 50 il davam edən kino karyerasında 500-ə yaxın filmdə yer alıb. Bu göstəriciyə görə o, ən məhsuldar türk aktyorları içərisində ön sıralarda qərar tutub.
Oynadığı çoxsaylı filmlərlə yanaşı Kənan Pars 6 filmə rejissorluq edib. 1961-1966-cı illər ərzində çəkilən “Oğlum”, “Derdimden anlayan yok”, “Cinayet gecesi” və “Aklin Durur” daha çox detektiv janrına yaxın idi. Filmlərin tamaşaçılar arasında uğur qazanmaması onu rejissorluqdan soyumasına səbəb olur. Mavi ekranda sərt xarakterli cani rollarını mahir yaradan aktyor bundan əlavə teatr tamaşalarında da rol alırdı. Aktyor 2008-ci il ildə anadan olduğu tarixdə də vəfat edib.


Adile Naşit
adı ilə tanınan aktrisanın əsl adı Adeladır. 1930-cu iyunun 17-də İstanbulda anadan olan A.Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile 1948-ci ildə “Lüks Həyat” komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə “Hababam Sınıfı” filmindəki Hafize ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə “Hababam Sınıfı uyanıyor”, 1977-ci ildə “Hababam Sınıfı Tatilde” və 1978-ci ildə “Hababam Sınıfı Doquz doğruyor” onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcılığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam elətdirib.


Manisalı Turqut Özatayın atası erməni əsilli Qarbis Özataydır. O, türk kino tarixinin ən məhsuldar aktyorlarından hesab olunur. Onun filmoqrafiyası 500 filmdən ibarətdir. Daha çox mənfi obrazları canlandıran aktyor 50-60-cı illərdə Kemal Sunalın komediyalarında və Cüneyt Arkının döyüş filmlərində obrazlar yaradırdı. “Sezercik Küçük mücahit” filmində yaratdığı yunan generalı və “Korkusuz Korkak” filminde Ayı Abbas rolu onun aktyor karyerasında xüsusi yerə malikdir. Paralel olaraq teatrda oynayan aktyor xəstəliyi ilə əlaqədar səhnədən uzaqlaşır. Turqut Özatay 1999-cu ilə qədər aktyor karyerasını davam etdirib. 2002-ci ilin iyununda ağciyər xərçəngi xəstəliyindən vəfat edib və müsəlman adət-ənənəsinə uyğun şəkildə dəfn olunub.


Əhməd Topatan
1916-cı ildə Tarsusda anadan olub. Əsl adı Daniel olan erməni mənşəli aktyor 1953-cü ildə “Drakula İstanbulda” filmi ilə diqqəti cəlb edib. İlk filmi isə 1950-ci ildə çəkilən “Çete” olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. Amma onun müsbət obrazları da filmoqrafiyasında az deyil. 1964-cü ildə “Topqapı”, 1965-cui ildə “Son darbe”, 1967-ci ildə “Krallar ölmez” və 1971-ci ildəki “İntiqam kartallı” filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alan Topatan 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub.

Vüqar İsmayılov      

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Bu stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:50, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:45, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:37, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün