Arxiv
30 Oktyabr 2013, 09:52 |
Bakının bu rayonunda farsların əcdadları yaşayır - LAYİHƏ+FOTOLAR


Modern.az
saytı Bakının rayonları və onların tarixi ilə bağlı araşdırmaları davam etdirir. Bu dəfə paytaxtın Suraxanı rayonu barədə araşdırmanı təqdim edirik.

Rayonun adı

Tarixi mənbələrə görə, Azərbaycanın bir neçə yerində “Suraxanı” toponimi mövcud olub. Fikir vermisinizsə, yerli Bakı əhli bu sözü daha çox “Surxanı”, yaxud “Sorxanı” kimi tələffüz edir.

Suraxanı ziyalıları deyirlər ki, “Suraxanı” sözü ilk Avropa dil qrupuna aid olan sankskript dil qolundan törəmədir. Bu ölü dildə “sorx” sözü “qırmızı”, “xanə” isə “ev” mənasındadır.

O həm də qəbilə, tayfa adı ilə əlaqədardır: “Məcidova soyadlı mərhum etnoqrafımız var idi. Onun araşdırmasına görə, Abşeronda iki yerdə Suraxanı toponimi var – Masazırda “Suraxanı üstü” adlı toponim, bir də Suraxanı kəndi. Aleksandr Düma Qafqaza səfəri zamanı yazırdı ki, suraxanılılar qədim midiyalılardır”.

Araşdırma zamanı rayonun tarixi ilə bağlı ortaya daha maraqlı bir fakt çıxdı. Demə, 1929-cu ildə SSRİ-də siyahıyaalma zamanı Göyçay qəzasında Suraxanı adlı məntəqə olub. Ümumən Göyçay qəzasında 8 sovetlik, 53 qəsəbə, 12684 ailə var imiş. Bu qəzaya Ağdaş, Hacalılı, Qaraməryəm, Zərdab, Kürdəmir, Ləki, Mollakənd, Müsüslü, Suraxanı, Ucar inzibati ərazi vahidləri daxil olublar. Həmin Suraxanı Pirquluya gedən yoldakı Sulut çayı yaxınlığındakı ərazini əhatə edir.

Rus alimi Beryagin də 1796-cı ildə yazdığı “Şirvanın təsviri” yazısında bunu təsdiq edir

“Suraxanı adlı kənd Sulu çayın yaxınlığında yerləşir”.

Deyilənə görə, sorxlar tayfasından olan suraxanılılar indi də bir sıra rayonlarımızda kiçik və orta qruplar şəklində yaşayırlar. Məsələn, Şamaxıda Şahsevənlər məscidinin arxasında “Suraxanılılar” məhəlləsi var. Bu məhəllədə 90-a yaxın ailə yaşayır.

Başqa bir tarixi mənbədə isə göstərilir ki, İrəvan xanı Rəvan Qulu xanın tikdirdiyi, Üçkilsəylə Çuxursədin arasında da Suraxanı tayfasından böyük bir qrup yaşayıb. Ancaq 1905-ci ildə ermənilər oraları tamamilə məhv edib, əhali dərbədər olub. 

Cənubi Azərbaycanın Mərənd şəhəri yaxınlığında isə Aşağı və Yuxarı Suraxanı kəndləri var.
Tarixçi-etnoqraf Qiyasəddin Qeybullayevin 1994-cü ildə çıxmış “Azərbaycan etnik tarixinə dair” kitabında isə belə qeyd olunur: “Xəzərin cənub-qərbində yaşayan bir irandilli tayfa Strabon tərəfindən “fars” adlandırılmışdı. Farsların müəyyən hissəsi eranın ilk əsrlərində və ya əvvəl Abşerona gəlib məskunlaşmışlar. Özlərini “pars” adlandıran Suraxanı və Balaxanı əhalisi onların əcdadlarıdırlar”.

Suraxanı ziyalılarının dediklərindən: “Biz özümüzə fars yox, pars deyirik, İrandilli xalqıq. Aleksandr Düma (ata) da yazır ki, bunlar İrandilli xalqdır”. K. Həmzəyevin dediyinə görə hələ əsrin əvvəlində Azərbaycanda sovet hakimiyyəti qurulanda Suraxanı camaatının şəhərin mərkəzində olan evlərini, mülklərini əllərindən alıblar. 1926-cı ildə isə qərara alınıb ki, onlar ümumiyyətlə kənddən çıxarılsınlar.

Biz bu faktı çox yerdən araşdırmışıq. Bizim kənd neft yatağının üstündə olduğu üçün sovet hökuməti ono köçürmək istəyirmiş. Ona görə də 1926-cı ildə camaatı Kəbleyi Hafizin klubuna yığıblar. Kəbleyi Hafiz indiki “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın ulu babası olub, məşhur tacir imiş, hamamı, dükanı, şəhərdə mülkü olub. Camaata deyiblər ki, bura neft yatağının üstündə yerləşdiyi üçün kənd köçürüləcək. Camaat deyib ki, halal torpağımızı, əkin yerlərimizi istəyirik. Suraxanı camaatının Şüvəlanda bağları, qışlaqları olub. Tarixi Dübəndi, Kələzağ, Qoşaqışlaq, Xardaşanı, yəni Xaşaxuna Suraxanı əhlinin tarixi qışlaq yeridir. Həmçinin Şüvəlanda dəniz yolu adlanan yerdən Zirə stansiyasına qədər torpaqları olub”.

Tarixi abidələr

Suraxanı həm də bir sıra tarixi abidələrin yerləşdiyi rayondur. Bu abidələr dolayısı ilə rayonun kifayət qədər qədim tarixə malik olduğunu göstərir. Məsələn, Atəşgah məbədinin konkret tarixini indi də doğru-dürüst bilən yoxdur. Məlum olan Atəşgahın sonucu dəfə 17-18-ci əsrlərdə bərpa olunmasıdır.

Usta-şagird türbəsi, Pircan ovdanları, orta əsr neft anbarları da bu rayonda yerləşir. Rayonla bağlı daha bir maraqlı tarixi fakt isə bundan ibarətdir ki, dünyada ilk ağ neft zavodu məhz Suraxanıda tikilib. Suraxanı paleolit yaşayış düşərgəsinin isə 20 min il tarixi var. Təsəvvür edin, 20 min il! Abşeronda ikinci belə yer yoxdur.

Döyüşkən camaat


Yerli suraxanılıların sayca çox olmamasını ziyalılar onların döyüşkən camaat olması ilə əlaqələndirir. Tarixi sorxların rəmzi qırmızı və xallı bəbir hesab olunurmuş və bu onların bayraqlarında da öz əksini tapıb. Burdan olan Bəbir Məmmədkərim oğlu axırıncı Bakı xanı Hüseynqulu xanın qoşun sərkərdəsi, ən yaxın adamı olub. O həm də Suraxanının ilk şəhidi hesab olunur. Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır. İçərişəhər yaxınlığında rus qarnizonu ilə Hüseynqulu xanın qoşunu arasındakı döyüşdə hər iki tərəfin silah sursatı qurtarır və ruslar Dağıstana xəbər göndərərək Hacı Tərxandan əlavə kömək alırlar. İndiki Əhmədli qəsəbəsinin Qaraçuxura yaxın hissəsində B. Məmmədkərimoğlu pusquya düşür və onu 1826-cı ildə öldürürlər. Köməkçisi Əziz isə İrkutska sürgün edilir. Deyilənə görə, hazırda Əzizin nəsli də İrkutskda yaşayır.

Azərbaycanda ilk dəmir yolu xətti də Suraxanı ilə əlaqədardır. Belə ki, 1880-ci ildə çəkilən xətt Sabunçu və Suraxanının bir birinə birləşdirib.

Dili


Bir neçə kəlmə də Suraxanı əhlinin danışdığı dil barədə. Yerli camaat bu dili “parsi” adlandırır. Amma bu ədəbi fars dili deyil: “Farslarla bir-birimizi başa düşürük. Kənd içində bu dil getdikcə aradan çıxır. Suraxanı, Balaxanı, Hövsan, Maştağada bu dildə danışırlar. Nardaran və Xilə bu dildə danışıb, sonra türkləşib. Nəimi və Nəsimi bu dildə yazıblar. Amma fars və pars eyni deyil haa...”-deyə suraxınılı ziyalılar  bildirib.

Ziyalıları

Suraxanı təkcə neft və qəhrəmanları ilə deyil, sanballı ziyalıları ilə də məşhur olub. Əsrin əvvəlində Suraxanıda Molla Şərif adlı bir ziyalı olub, 20 ilə yaxın Nəcəf-Əşrəfdə dini təhsil alıb. Bu adam hətta Bakının bir sıra kəndlərində, o cümlədən Binədə çox populyar imiş. 1920-ci ildə Binə məktəblərinin birində baş verən xoşagəlməz hadisədən sonra camaat qərara gəlir ki, qız uşaqlarını məktəbə buraxmasın. Hökumət nümayəndələri camaatdan bunun səbəbini soruşanda deyirlər ki, əgər Molla Şərif orda dərs desə, qızlarımızı məktəbə buraxarıq. Təsəvvür edin ki, bu adam əsrin əvvəlində ispan, fransız, latın, ingilis, rus kimi Avropanın aparıcı dillərini mükəmməl bilirmiş.


Ağ neft

Deyilənə görə, tarixdə ağ neftin çıxdığı yeganə yer Suraxanı olub. Tarixçilərin dediyinə görə, eramızdan əvvəl Misir fironlarının sarayına suiti dərisində burdan ağ neft aparılırmış. Ərəb coğrafiyaşünası Əl Məsudi 944-cü ildə bu haqda yazır ki, dünyada belə neft heç yerdə yoxdur. Digər səyyah Əbu Dülaf da xatirələrində Bakıda ağ neftin çıxdığını təsdiqləyir.

İndiki Suraxanı

İndiki Suraxanı rayonu isə 1991-ci ildə yaranıb. Ona kimi Orconokidze rayonu olub. Sovet dövlət xadimi Orconokidze 1918-20-ci illərdə Suraxanıda felşder işləyib. Hətta ölməmişdən əvvəl rayona onun adı verilib. Rayonun 6 qəsəbəsi var: Yeni Suraxanı, Əmircan, Hövsan, Zığ, Bülbülə, Qaraçuxur.

Ərazisi 0,122 min kv.km, əhalinin sıxlığı hər km-yə 1739 nəfərdir, əhalisi burda məskunlaşmış məcburi köçkünlər ilə birgə 212,2 min nəfərdir.



İntiqam Valehoğlu
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59 Avtovağzalda oxu məntəqələri yaradıldı - FOTO 23 Yanvar 2020, 18:50 İcra başçısı hesabatı dinlədi - FOTO 23 Yanvar 2020, 18:42 Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO 23 Yanvar 2020, 18:34 Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  23 Yanvar 2020, 18:28 Hadi Rəcəbli 9 kənddə görüşlər keçirib - FOTO 23 Yanvar 2020, 18:21 Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI 23 Yanvar 2020, 18:14 Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” 23 Yanvar 2020, 18:07 Prezident İlham Əliyev tanınmış həkimlə bağlı sərəncam verdi 23 Yanvar 2020, 18:00 Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI 23 Yanvar 2020, 17:53
SORĞU Yeni parlamentdə kimlər olsun?