Arxiv
16 Yanvar 2014, 11:46 | ÖLKƏ
“Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı ciddi müzakirələr gedir” - AÇIQLAMA

Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin avqust ayında keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, reallaşmayıb. Proporsional seçki sisteminin isə özəllikləri daha çoxdur.

Mərkəzi Seçki Komissiyasının (MSK)  media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azər Sarıyev Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda proporsional seçkiyə birbaşa keçid mümkün deyil. MSK rəsmisinin sözlərinə görə, qanunverici səlahiyyət MSK-nın fəaliyyətindən kənar olduğu üçün proporsional seçki sisteminə keçid Milli Məclisdən asılıdır:

“Hər hansı bir hüquqi normativ akta, o cümlədən Seçki Məcəlləsinə dəyişiklik məsələsini Milli Məclis həyata keçirir. MSK, sadəcə olaraq qanunları icra edən orqandır. Proporsional seçkiyə keçid üçün qanunvericilikdə müəyyən dəyişiklik aparılmalıdır”.

Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev isə qeyd edib ki, proporsional seçki sisteminə keçid üçün müzakirələr gedir. Onun dediyinə görə, majoritar və proporsional seçki sistemlərinin qarışığına qayıtmaq haqqında da məsələlər gündəmdədir:

“Bu zaman parlament üzvlərinin sayının artırılması ilə bağlı məsələlər də vurğulanır. Lakin istər proporsional, istərsə də qarışıq seçki sisteminə keçməkdən ötrü ilk növbədə Konstitusiyada dəyişikliklər olmalıdır”.

 Ə. Nuriyevin  fikrincə, bu zaman parlamentli respublikaya keçid də əsas olacaq. Hüquqşünas vurğulayıb ki, Azərbaycanda məsələ ilə bağlı ciddi müzakirələr gedir:

“Belə bir dəyişikliyə Azərbaycan cəmiyyəti hazırdır. Ancaq Azərbaycanın torpaqlarının işğal olunması amili də nəzərə alınmalıdır. Bəzi hallarda parlament respublikasına keçid müəyyən problemlər yarada bilər”.

Ə. Nuriyev proporsional seçki sisteminin üstünlüklərini də sadalayıb: “Bu zaman hökumətin parlamentdə formalaşdırılması daha yaxşı nəticələr verə bilər. Demokratik proseslərin sürətlənməsi ilə yanaşı, siyasi partiya sisteminin formalaşması da güclənəcək. Bununla siyasi rəqabət də təkmilləşəcək”.

Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?