Arxiv
7 Fervral 2014, 11:45 | AKTUAL
Binəqədi sakinlərinin 1 yaşlı etimad ünvanı - “1646” - FOTOLAR


Ötən il informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron hökumət quruculuğu çərçivəsində  respublikamızın rayon İcra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədidə fəaliyyətə başlayan “Sakinlərin Müraciət Xidməti-1646”nın yaranmasından 1 il ötür. 2013-cü il fevral ayının 6-dan sakinlərin ilk zənglərini qəbul edən xidmət əhalinin su, qaz, işıq, yol problemlərinin həlli istiqamətində həyata keçirilmiş mütərəqqi layihələrdəndir.  Xidmətin ən böyük və əsas üstünlüklərindən biri hökumət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıraraq rayonun yerli struktur təşkilatlarının  məsuliyyət hissinin gücləndirilməsinə, mübahisələrin həllinə və əhalinin informasiya əldə etmək imkanlarının genişlənməsinə verdiyi töhfədir. Xidmətin üstün cəhətlərindən biri də üzləşdikləri problemlərin həlli üçün rayon sakinlərinin yalnız bir ünvana müraciət etmələridir. Həmin müraciətlər operator tərəfindən qeydə alınır və “bir pəncərə” prinsipi üzrə həllini tapır. Bu, sakinlərin fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsinə imkan verir.

 Bu ildən xidmətin internet səhifəsi də fəaliyyətə başlayıb. Rayon sakinləri birbaşa onlayn rejimdə internet üzərindən öz müraciətlərini edə və onları maraqlandıran suallara cavab ala bilərlər. Həmçinin, “SMX-1646”nın  SMS xidməti də fəaliyyət göstərir.Müraciət xidmət tərəfindən qeydiyyata alınan zaman  avtomatik olaraq aidiyyəti qurumun rəhbərinin mobil telefonuna SMS şəklində daxil olur. Bununla da problemin daha operativ həlli təmin edilir.

Çevik və ödənişsiz xidmət

Xidmətin səviyyəsinin qiymətləndirilməsi məqsədilə 1646 nömrəsinə edilən bütün zənglər avtomatik rejimdə qeydə alınır və lent yazısı yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdığı zaman həmin lent yazısına qulaq asmaq mümkündür. 1646 nömrəsinə stasionar telefonlardan edilən zənglər ödənişsizdir. Bu xidmətin fəaliyyətində operativlik, nəzakətlilik və məsuliyyət əsas meyarlardır. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnologiyaları vasitəsilə reallaşdırılır, mübahisələrin həllini və əhalinin müvafiq informasiya əldə etməsini sürətləndirir.

Telefon xidməti daxil olan zənglərin, verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatını aparır. Məhz bunun  nəticəsidir ki, hazırda  rayon icra hakimiyyətində yerli strukturların fəaliyyətinə nəzarət daha da güclənib.

Rayon sakinləri xidmətdən razılıq edirlər

SMX-nın 1 yaşı münasibətilə rayon sakinlərinin  fikir və rəylərini öyrənməyə çalışdıq.

İctimai Televiziyanın əməkdaşı Esmira Qasımova: “Bu xidməti insanların kommunal problemlərinin həlli istiqamətində atılmış ən uğurlu layihələrdən biri hesab edirəm. Çox istərdim ki, Azərbaycanın bütün icra orqanlarında belə bir  xidmətdən istifadə edilsin. SMX-də çalışan insanların nəzakəti, nəvazişi, mədəniliyi insanlarda nikbin hisslər yaradır, sanki problemlərinin həll olunacağına ümid oyadır. Bəzən mənə elə gəlir ki, bu xidmət bir il deyil, çoxdandır fəaliyyət göstərir. Başlıca məsələ odur ki, hər hansı bir problemlə bağlı icra orqanlarına müraciət edəndə dərhal cavab verilir və məsələ həllini tapır. Xidmətin bir yaşı olması münasibətilə bütün əməkdaşları təbrik edirəm. Uğurlu olsun, daim mütərəqqi yeniliklərə imza atsınlar".

Biləcəri qəsəbə sakini Sevda Hacıyeva: “Mən bu xidmətin işindən çox razıyam. Hə vaxt su, qaz, işıqla bağlı zəng eləmişəm çox operativ yanaşıblar. Demək olar ki, ikinci dəfə zəng eləməyə ehtiyac qalmayıb. Dəfələrlə məhəllə sakinləri adından etdiyimiz müraciətdən sonra çox qısa vaxt ərzində problemimiz həll olunub. Bu  bir  il müddətində bizə böyük köməyi dəyib. Eşitdiyimə görə, orada çalışanların sayı cəmi  4 nəfərdir. Minlərlə sakindən hər gün gələn yüzlərlə müraciətin cavabında abonentləri səbrlə dinləmək, hər kəsi öz dilində danışdırmaq insandan  yüksək etika və nəzakət, savad və hövsələ tələb edir. Mən başda rayon rəhbərliyi olmaqla, bu işdə əli olanları bir daha təbrik edir, işlərində uğurlar arzulayıram”.

Space” Televiziyasının əməkdaşı Pərvin İsmayılova: “Bu xidmətlə tanışlığım öz şəxsi problemimlə bağlı oldu. Bir müddət əvvəl evimizdəki stasionar telefon ayyarıma qədər işləmədi. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, “Xətai” telefon qovşağı məsələnin həllini yubadırdı. Axırda məcbur olub “1646”ya müraciət etdim. İş günü deyildi, ancaq xəbərdarlıq gəldi ki, müraciətin qeydə alınıb. Həftənin 1-ci günü isə səhər saatlarında  xidmətin rəisi özü mənə zəng vuraraq problemlə maraqlandı və deyərdim ki, heç 10 dəqiqə çəkmədi ki, telefonumuz xəttə qoşuldu. Rayon sakini kimi bu xidmətin işindən çox razıyam. SMX-nin əməkdaşlarını 1 illik fəaliyyətləri   münasibətilə ürəkdən təbrik edirəm, işlərində müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, bu gedişlə gələcəkdə daha böyük uğurlara imza atacaqlar”.

SMX-1646  Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının 4-cü mərtəbəsində yerləşir.Xidmətin 4 əməkdaşı var: Anar Səfərov, Səbinə Abbasova, Jalə Məmmədova və Seymur Əliyev. Təbii ki, bu gün onların da deməyə sözləri var.


SMX-nin rəisi Anar Səfərov:
“Ötən 1 il  ərzində xidmət kifayət qədər uğurla fəaliyyət göstərib. Cəsarətlə demək olar ki, Binəqədi rayonunda “Elektron hökumət quruculuğu” layihəsi çərçivəsində yaradılmış sakinlərin müraciət xidməti rayon əhalisinin etimad ünvanına çevrilib. İl ərzində xidmətin işini yaxşılaşdırmaq məqsədilə Binəqədi sakinlərinə rayon icra hakimiyyəti başçısının adından 50 mindən artıq  bildiriş məktubu göndərilib və bu işlər davam edir. İşimizin uğuru daim yeniliyə can atan, elmi-texniki nailiyyətləri, mütərəqqi texnologiyaları işdə geniş tətbiq edən icra hakimiyyəti kollektivinin, şəxsən cənab başçının həyata keçirdiyi fəaliyyətin nəticəsidir. Bu münasibətlə hər kəsi  təbrik edirəm, inanıram ki, daim dövlətimizə, xalqımıza yüksək səviyyədə xidmət edəcək, sakinlərimizin etimadını qoruyub saxlayacağıq”

Xidmətin əməkdaşı  Jalə Məmmədova: “Burada işlədiyim müddətdə xeyli  təcrübə toplamışam. İnsanlarla ünsiyyət qurmağı çox sevirəm. Biləndə ki, kiməsə  kömək etmək gücündəsən, özünü, sözün əsl mənasında,  xoşbəxt hiss edirsən. Elə vətəndaşlar var ki, özünü təqdim etməsə belə, kim olduğunu bilirik, yəni belə desək, artıq bir çox sakinlərlə doğmalaşmışıq, səslərindən tanıyırıq. Yadda qalan və mənə ən çox qürurverici məsələlərdən birini heç vaxt unutmaram.  Novruz bayramı ərəfəsi idi. Novxanı kəndində yaşayan Ramiz Quliyev adlı sakin müraciət etmişdi ki, onlara qaz vermirlər, aidiyyəti orqanlara bir neçə dəfə müraciət etsə də problem həll edilmir. Bizə müraciətdən sonra problem öz həllini tapdı və bayramı ürəkləri istəyən kimi keçirə bildilər. Bu işdə az da olsa zəhmətim olduğuna görə çox sevindim. Bizim üçün əlamətdar olan fəaliyyətimizin 1 illiyində bütün əməkdaşlarımızı və təbii ki, bu işdə daha maraqlı olan rayon sakinlərini təbrik edir, “Bayramımız mübarək olsun!” -  deyirəm”.

Xidmətin əməkdaşı Səbinə Abbasova: “Belə bir gözəl kollektivdə işləmək mənə qürur verir. Çalışırıq ki, daxil olan hər bir zəngə xüsusi həssaslıqla yanaşaq.  Binəqədi sakinlərinin uzun illərdən bəri yığılıb qalmış  problemlərinin həll edilməsində əlimizdən gələni edirik . Düşünürəm ki, ötən bir il ərzində biz vəzifəmizin icrasına lazımi səviyyədə nail olmuşuq. Məhz bunun nəticəsidir ki, bəzən gün ərzində onlarla  təşəkkür zəngləri gəlir. Bu da bizi çox sevindirir".

Xidmətin əməkdaşı Seymur Əliyev: “Çox sevinirəm ki, belə mehriban, əzmkar, gözəl kollektivdə çalışıram. Bu gözəl münüsibətilə həmkarlarımı, rayon sakinlərini və bu işdə əli olan hər kəsi təbrik edirəm. Uğurlarımız, nailiyyətlərimiz davamli olsun!”.


Siyavuş ƏMİRLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəstəxanaya silahlı hücum – 4 ölü, 2 yaralı 10 Dekabr 2019, 11:59 “Bakı kəndlərində gənclərdən kimsə namizəd olsa, “uşaqdır” deyərlər” – Eldar Quliyev 10 Dekabr 2019, 11:57 “EuroHome”dakı yanğından FOTOLAR 10 Dekabr 2019, 11:55 Azyaşlıları döyən ata və ögey anayla bağlı cinayət işi başlandı 10 Dekabr 2019, 11:52 Xaricdə təhsilin üstünlükləri... Bəs kimlər xaricdə saxta diplom əldə etməyə çalışır?!   10 Dekabr 2019, 11:49 Zelenski Putinin əlindəki “kozır”dan DANIŞDI 10 Dekabr 2019, 11:47 Ötən ay gündəlik neft hasilatımız 776 min barrel olub 10 Dekabr 2019, 11:44 “EuroHome"dakı yanğını söndürmək üçün 3 helikopter, 1 təyyarə cəlb olunub - RƏSMİ - VİDEO 10 Dekabr 2019, 11:40  “EuroHome”dakı yanğın Məleykə Abbaszadənin görüşünü təxirə saldı 10 Dekabr 2019, 11:38 Gəncədə YAP-çı müşahidəçilərlə görüş olub 10 Dekabr 2019, 11:37 Ramiz Zeynalov da hadisə yerinə gəlib 10 Dekabr 2019, 11:32 Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi 10 Dekabr 2019, 11:17 DİM: “Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olunacaq 10 Dekabr 2019, 11:16 “EuroHome”dan oğurluq olub, 3 nəfər saxlanlıb 10 Dekabr 2019, 11:14 “Toylarımızın hazırkı durumu sosial bəladır” – Ekspert çıxış yollarını GÖSTƏRDİ 10 Dekabr 2019, 11:12 Yeni xəbər saytı açıldı - 7-gun.com 10 Dekabr 2019, 11:11 Şimali Koreya yeni raket mühərrikini sınaqdan keçirdi 10 Dekabr 2019, 11:03 Yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı da cəlb olundu 10 Dekabr 2019, 11:01 “Eurohome” bazarındakı yanğından 2 nəfər ZƏHƏRLƏNDİ - YENİLƏNİB 10 Dekabr 2019, 10:56 Putin çeçen komandirin öldürülməsinə haqq qazandırdı 10 Dekabr 2019, 10:55 Qubada narkotik tacirləri saxlanıldı - FOTO 10 Dekabr 2019, 10:52 “Yalançı çoban”ın surdotərcümə formatı hazırlandı 10 Dekabr 2019, 10:50 Nazirlik "EuroHome”un helikopterdən çəkilən görüntülərini yaydı - VİDEO 10 Dekabr 2019, 10:48 Subsidiya almaq istəyən fermerlərə xəbər var 10 Dekabr 2019, 10:47 Seçilmək üçün təbliğat plakatları kifayət etmir – Namizədlərə MƏSLƏHƏT 10 Dekabr 2019, 10:45 Hava limanında 2 elektron qapı quraşdırılıb - FOTO 10 Dekabr 2019, 10:43 “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb 10 Dekabr 2019, 10:36 Zelenski Putinlə danışıqların çətinliyindən GİLEYLƏNDİ 10 Dekabr 2019, 10:33 Nazir müavini yanğın baş verən əraziyə getdi 10 Dekabr 2019, 10:32 “İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Cəbrayılın kəndləri ermənilərə necə verildi... - VIII YAZI 10 Dekabr 2019, 10:30 Əməkdar artistin qardaşı vəfat etdi 10 Dekabr 2019, 10:24 Göyərtəsində 38 nəfərin olduğu təyyarə qəzaya uğradı 10 Dekabr 2019, 10:20 Binəqədi könüllülərinə sertifikatlar verildi 10 Dekabr 2019, 10:18 "Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi 10 Dekabr 2019, 10:16 Astarada narkotik satan şəxs saxlanılıb 10 Dekabr 2019, 10:14