Arxiv
13 Fevral 2014, 11:22 | ÖLKƏ
Azərbaycandilli vikipediya ağlamalı gündədir - TƏHLİL


Elektron aləmin ən böyük ensiklopediyası hesab olunan Vikipediya hazırda 285 dildə fəaliyyət göstərir. Sırf maarifləndirmə məqsədilə bərpa olunana elektron ensiklopediya reklam və təbliğatı qadağan edib. Burada əsasən dünya və ölkə çapında tanınan adamların həyat və yaradıcılığı barədə məlumatlar verilir. Bundan əlavə, şəhərlər, muzeylər, ayrı-ayrı ölkələrin mətbəxi, adət-ənənələri, eləcə də tarixi hadisələr barədə məlumat verilir.

Modern.az sizlərə az.wikipedia.org ünvanında fəaliyyət göstərən Azərbaycan dilli vikipediyanın bugünkü durumu barədə məlumat verəcək.

Öncə onu deyək Azərbaycan dilli Vikipediya 2004-cü ilin yanvarından etibarən fəaliyyət göstərir. Bütün dünyada 60 milyona yaxın azərbaycanlının yaşamasına baxmayaraq Vikipediyada Azərbaycan dilində olan məqalələrin sayı cəmi 93 minə çatır. Bu rəqəmlə Azərbaycan dili 285 dil arasında 45-ci yeri tutur. Amma bu məsələni də nəzərə alaq ki, dilimizin üstələdiyi dillər arasında elələri var ki, ondan cəmi yüz minə yaxın adam istifadə edir. Onu da qeyd edək ki, Vikipediyada ən çox istifadəçisi olan və eləcə də ən çox məqalələr yazılan dil ingilis dilidir. Bu dildə 4 milyon 145 min məqalə var. İkinci yeri tutan alman dili isə ingiliscədən nə az, nə çox, düz 3 milyona yaxın məqalə geri qalır. Alman dilində Vikipediyada 1 milyon 527 min məqalə var. Rus dilindəki məqalələrin sayı isə 954 minə bərabərdir. Türkiyə türkcəsində olan Vikipediya 210 min məqalə ilə 25-ci, qazax dilində olan Vikipediya isə 205 min məqalə ilə 26-cı yerdədir.

Azərbaycan dilində danışan insanların sayını nəzərə alsaq, bizim Vikipediya da hazırda ən azından ilk 25-likdə yer almalı idi. Amma çox təəssüf ki, bizim Vikipediyada qeydiyyatdan keçən istifadəçilərin sayı bu gün 53 minə yaxınlaşsa da, ay ərzində redaktələr edən, məqalələri zənginləşdirən istifadəçilərin sayı 500-ü keçmir və onlardan da yalnız 20-30 nəfəri fəaldır.

Bu, Azərbaycan Vikipediyasının yeganə zəif nöqtəsi deyil. Digər zəif nöqtələr var ki, onları aşağıdakı kimi təsnifatlandırmaq olar:

1. İdeoloji informasiya müharibəsində passivliyi: Belə ki, atəşkəs rejimindən sonra ermənilərlə Azərbaycan arasında soyuq informasiya müharibəsi aktiv davam etməkdədir. Xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbi və diaspora komitələri özlərini dünyaya tanıtmaq və oğurladıqlarını öz adına çıxartmaq yolundan internetin xüsusən də Vikipediyanın imkanlarından səmərəli istifadə edirlər. Onlar bəzən Azərbaycan mahnılarını, bəzən tarixi abidələrini, milli koloritini əks etdirən əşyaları (xalça, saxsı qablar və s.) az adına çıxarırlar. Bizim coğrafiyaya çox uzaq olan və Azərbaycanı yalnız internet vasitəsilə tanıyan ölkələr məsələn Çili, Venesuela, Yeni Zelandiya və s. ölkələr o nəsnələrin həqiqətən də ermənilərə məxsus olması qənaətinə gəlir. Bu müharibənin uduzulması çox ağır fəsadlara gətirib çıxara bilər.

2. Məqalələrdə redaktə, məzmun və faktoloji səhvlər: yerləşdirilən 93 min məqalənin hamısını yararlı hesab etmək olmaz. Çünki xeyli sayda məqalələr var ki, redaktəyə ayrılıb səbəbi altında boş təqdim olunur. Bundan əlavə məzmunu zəngin olan mətnlərdə də xüsusi sezilən redaktə səhvləri var. Həm cümlələrdə məntiqi səhvlər həm də söz sırasının pozulma halları yetərin qədərdir. Digər səhvlər isə məzmun faktoloji məlumatlarla bağlıdır. Yəni əsasən şəxsiyyətlər barədə verilən məqalələrdə onların həyat və yaradıcılığı barədə xeyli yanlışlıqlar müşahidə olunur. Məşhur bir yazıçının orta məktəb şagirdinə də məlum olan təvəllüdü Vikipediyada yanlış göstərilir. Bu da elektron aləmin ən böyük ensiklopediyası olan Vikipediyaya inamı azaldır.

3. Məqalələrin bir formalı olması: burada daha çox şəxsiyyətlərə aid məqalələr verilir.  Amma dünya Vikipediyası təbii ki, yalnız şəxsiyyətlərlə kifayətlənmir. Burada həm hadisələr, həm nəzəriyyələr, proseslər barədə kifayət qədər məqalələr var ki, onlar heç də şəxsiyyətlər barədə olan mətnlərdən geri qalmır. Azərbaycan dilində olan Vikpediyada isə ən çox məqalələr şəxsiyyətlər barədədir. Digər yönlü məqalələr isə o qədər də keyfiyyətli hal hesab olunmur.

4. Təbliğin zəif həyata keçirilməsi: dünya Vikipediya təcrübəsində idarəçilər və istifadəçilər mütəmadi surətdə bir araya gəlir, xüsusi seminar təlimlər keçməklə onun cəmiyyətdə təbliği və istifadəçilərinin artmasına nail olurlar. Bizdə u yöndə olan passivlik isə nəzərə çarpacaq qədərdir.

Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalist Elnur Əşrəfoğlunun son vəziyyəti AÇIQLANDI 27 Sentyabr 2021, 11:54 Bakıda hərbçilərin yürüşü BAŞLADI 27 Sentyabr 2021, 11:51 Yaxın günlərdə Tağıyevin heykəlinin açılışı olacaq - Eldar Əzizov 27 Sentyabr 2021, 11:45 Gülüstan Əliyeva 30 ildən sonra ərinin Cəbrayıldakı məzarını tapdı - FOTOLAR 27 Sentyabr 2021, 11:44 Türk Şurasının XİN rəhbərləri şəhidləri yad ediblər 27 Sentyabr 2021, 11:43 “27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu” - Ceyhun Bayramov 27 Sentyabr 2021, 11:38 Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdi 27 Sentyabr 2021, 11:34 Almaniyada hökumət necə qurulacaq? – 3 mümkün ssenari AÇIQLANDI 27 Sentyabr 2021, 11:32 Səyyad Əlizadənin kürəkəni: “Həkimlər əlindən gələni edir, amma...” 27 Sentyabr 2021, 11:27 Xalq qəhrəman şəhidlərini yad edir - FOTOLAR 27 Sentyabr 2021, 11:26 Transgender deputat seçildi - FOTO 27 Sentyabr 2021, 11:23 ABŞ səfiri şəhidlərimizi ziyarət etdi 27 Sentyabr 2021, 11:20 Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti 27 Sentyabr 2021, 11:14 Qanunsuz işləyən süd qəbulu məntəqəsini BAĞLANDI 27 Sentyabr 2021, 11:08 Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03
SORĞU Hansı vaksinə etibar edirsiniz?