Arxiv
26 Fervral 2014, 17:52 |
1003 nəfər Xocalı sakinini əsirlikdən qurtaran Milli Qəhrəmana büst qoyuldu - FOTOLAR

1003 nəfər Xocalı sakini əsirlikdən azad edən Milli Qəhrəman Allahverdi Bağırova büst qoyulub.  Qeyd edək ki, Milli Qəhrəmanın qızları Aynur və Zümrüd Bağırovalar bir müddət öncə Modern.az-a müsahibələrində atalarının xatirəsinin əbədiləşdirilməməsindən gileylənmiş və saytımız vasitəsilə aidiyyatı qurumlara səslənərək, kömək istəmişdilər. Onların istəyi nəhayət yerinə yetirildi.

Modern.az saytının xəbərinə görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlarımızın şərəfinə ucaldılmış  abidənin açılış mərasimi keçirilib.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyətinin məsul işçiləri, deputat Madər Musayev, Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyev,  fəal gənclər, hərbçilər, məktəblilər, ictimaiyyətin digər nümayəndələri iştirak edib.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov ərazi bütövlüyümüz uğrunda sinələrini sipər etmiş qəhrəmanlarımızın daim dövlətin diqqətində olduğunu bildirib.

Çıxışlardan sonra icra başçısının birinci müavini İlqar Süleymanov deputat Madər Musayev, Milli qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevlə birlikdə abidəni açıblar.

Açılışdan sonra mərasimdə Milli Qəhrəman Mirzə Quliyev, Milli Qəhrəman Rasim İbrahimovun oğlu Nizami İbrahimov, Milli Qəhrəman Allahverdi Bağırovun qızı Aynur Bağırova, Milli Qəhrəman Elxan Zülfüqarovun bacısı Naridə Zülfüqarova Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Onlar bu parkın açılışı və büstlərin qoyulmasını qeyd olunan ehtiramın bariz göstəricisi kimi səciyyələndirdilər.

Bu Milli Qəhrəmanların büstünün açılışı olub: Allahverdi Bağırov, Vəzir Sədiyev, Fərhad Hümbətov, Rasim İbrahimov, Elxan Zülfiqarov, İbrahim Məmmədov,Famil İsgəndərov, Muxtar Qasımov.







Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53