Arxiv
27 mart 2014, 11:37 | MÜSAHİBƏ
Erməni qəzetində işləyən azərbaycanlı jurnalist: “Burda mehriban komanda var” - MÜSAHİBƏ

“İşim kiminsə xoşuna gəlmirsə, mən onu atmalıyam?”


Bir millətin torpaqlarını işğal edən, soydaşlarını yurd-yuvalarından didərgin salan düşmənlə eyni damın alında istəmədən üz-üzə, göz-gözə gəlmək ilk baxışdan mümkündürmü? Türkiyədə dərc olunan erməni qəzeti “Aqos”un azərbaycanlı müxbiri Arzu Qeybullayeva Modern.az saytına müsahibəsində elə bu və digər maraqlı suallara cavab verir.

İlk olaraq Türkiyəyə gedişinizdən danışaq. Sizi Türkiyəyə aparan səbəblər nə olub? Təhsil, ailə həyatı və ya başqa səbəblər? Özünüz barədə geniş məlumat verərdiniz.

– Türkiyəyə 2001-ci ildə təhsil almaq üçün getmişəm. Bakıda, Bakı Türk Anadolu Liseyində təhsil alırdım. O vaxtlar YOS və TCS kimi imtahanlar bizə seçim olaraq verilirdi. Mən də digər məktəb yoldaşlarım kimi hər ikisinə hazırlaşırdım. İmtahan vaxtı gəlib çatanda ilk olaraq TCS’yə, sonra YOS’ə girdik. Bizim imtahanlara girdiyimiz il, heç birimiz TCS-dən keçə bilmədik. Şoktaydıq. Sonra hamımız qərara gəldik ki, imtahan sadəcə olaraq çox çətin idi və əgər ən savadlımız belə daxil ola bilmədisə, o zaman üzülməyə dəyməz. Hələ qabaqda YOS var idi. YOS’dən bir neçəmiz keçdik. Beləcə, Türkiyə macəram başladı. Bilkent Universitetinin beynəlxalq əlaqələr fakültəsini qazandım. Əlaçı idim, Türkiyədə qırmızı diplom yoxdur, amma “Summa Cum Laude” deyilən bir dərəcə var, xaricdə istifadə olunur, universiteti onunla bitirmişəm.

Bilkentdən sonra Londonda təhsilimi davam etdirmişəm. “London School of Economics and Politial Science” Universitetidən Dövlət fakültəsində Qlobal Siyasət üzrə magistratura diplomuna nail oldum. Londonda hələ universiteti bitirmədən iş axtarışına başladım. İstanbulda yerləşən İngilis (danışmanlıq) məsləhətçi şirkəti tərəfindən işə qəbul olundum. Londondan İstanbula gəldim. Burada bir ilə yaxın araşdırmaçı olaraq çalışdım. Sonra “European Stability Initiative” adında bir “think tank”ə Azərbaycan üzrə analist olaraq işə başladım. Beləcə, işimlə əlaqədar, Azərbaycana sıx-sıx gəlməyə başladım. Hər ay ən azı iki və ya üç həftəni Azərbaycanda keçirirdim. Araşdırma aparırdım. Rayonlara gedirdim. Çox maraqlı idi. 2009-cu ildə Bakıya qayıtdım, Milli Demokratiya İnstitutundan təklif alaraq. 2010-cu ildə yenidən İstanbula geri qayıtdım. Bu dəfə ailə qurmaq səbəbi məni İstanbula qaytardı – evlenirdim. Və beləcə, 2010-cu ildən bu yana İstanbulda həyat yoldaşımla bir yerdə yaşayıram.

Dediniz Türkiyədə təhsil almısınız. Bəs, Türkiyə vətəndaşlığını qəbul etmisinizmi?

– Qeyd etdiyim kimi təhsilmi əvvəl Türkiyədə, sonra İngiltərədə almışam. Türkiyədən qabaq isə 1999-2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşam. Türkiyə vətəndaşlığını hələ qəbul etməmişəm.

– Sizin soyadınız çox tanışdır. Təsadüfən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri olmuş mərhum Qeybulla Qeybullayevin qızı deyilsiniz?

– Bəli.

– Bir müddət öncə Türkiyədə Azərbaycanlı jurnalist Mahir Zeynalov deportasiya olundu. Bir çoxları kimi siz də bu məsələyə Türkiyədə fəaliyyət göstərən jurnalistlərdən münasibət öyrəndiniz. Türkiyədə çalışan azərbaycanlı həmkarlarınızdan onların fəaliyyətinə hansı çətinliklər yaradıldığını soruşmuşdunuz. Maraqlıdır, sizin özünüzün fəaliyyətinizə hər hansı çətinlik törədilirmir ki?

– Mən Gəzi hadisələrinə qədər Türkiyə haqqında heç yazmırdım. Daha çox xarici mediada Azərbaycan ilə bağlı yazırdım. Gəzi hadisələrindən sonra Türkiyə haqqında yazmağa başladım. Amma daha çox şəkil göndərirdim. Yəni fotojurnalist kimi işləyirdim. Bu günə qədər fəaliyyətimdə bir çətinlik hiss etməmişəm, təbii ki, bundan sonrasını deyə bilmərəm.

Bildiyimizə görə, siz Türkiyədə fəaliyyət göstərən “Aqos” qəzetində çalışırsınız. Orada işə düzəlməyinizdən danışardınız? Neçə oldu ki, məhz “Aqos” qəzetini seçdiniz?

– Azərbaycan-Ermənistan üzrə apardığım işlərlə tanış idilər. Məni qəzetə dəvət etdilər. Bu barədə söhbət etdik. Sonra qəzet üçün yazmağı təklif etdilər. Mən də qəbul etdim. Beləcə, qəzetdə fəaliyyətə başladım.

Dediniz Azərbaycan-Ermənistan üzrə apardığım işlərlə tanış idilər. Bunlar hansı işlər idi? Bir az bu işlərdən danışardınız.

-2009-cu ildən iki ölkə arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişəm. 2011-ci ildə isə “İmagine Center for Conflict Transformation” adında kiçik təşkilata qoşuldum. Bizim mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Biz eyni zamanda Türkiyə-Ermənistan, Gürcüstan-Abxaziya konfliktləri üzərində də işləmişik. Məqsəd insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.

Neçənci ildən "Aqos"da işləyirsiniz?

– Keçən ildən.

– Heç kimə sirr deyil ki, bir vaxtlar Xrant Dinkin redaktoru olduğu “Aqos” qəzeti Türkiyədə nəşr olunan erməni qəzetidir. Orada işləyən bir Azərbaycanlı kimi sizə qarşı münasibət necədir?

– Bildiyiniz kimi, “Aqos”da həm türk, həm də türk erməniləri çalışır. Qəzet həm türk, həm də erməni dilində həftədə bir dəfə nəşr olunur. Qəzetdə işə başladığımdan həmişə müsbət münasibət və enerji ilə qarşılaşmışam. Burada çox mehriban komanda var.

– Heç olubmu ki, Azərbaycanlı olduğunuza görə sizin hər hansı bir yazınıza “Aqos”da çap olunmasına qadağa qoyulsun?

– Xeyr.

Azərbaycanı Türkiyədə təmsil edən bir azərbaycanlı, həm də bir jurnalist kimi Azərbaycan-Ermənistanla bağlı mübahisələriniz düşürmü?

– Açığı, bu günə qədər belə bir şey ilə rastlaşmamışam.

Hər il dünyanın müxtəlif yerlərindən eləcə də qardaş Türkiyədə Xocalı, Mart soyqırımları, Sumqayıt hadisələri anılır. Ermənilərin, həmçinin “Aqos”çuların sizə münasibəti, baxışları necə olur? Sizə qarşı hər hansı bir aqressiya nümayiş olunurmu?

– Yox, belə bir şey olmur.

– Azərbaycana son dəfə nə zaman gəlmisiniz?

– Son gəlişim keçən il olub. Əlimdən gəlincə Azərbaycana gəlməyə çalışıram. Bu il atamın ikinci ildönümünə gələ bilmədim. Amma ümid edirəm yaxın zamanlarda gələcəyəm.

– Azərbaycanda hər hansı yaxınlarınız varmı və onlardan kiminləsə əlaqə saxlayırsınızmı?

– Bəli, var. Qardaşım Azərbaycanda yaşayır. Qardaşımla bərabər bir neçə qohum-əqrəbam da Azərbaycandadır. Onlarla tez-tez əlaqə saxlayıram. Xalam və xalam uşaqları ilə əlimdən gəldikcə əlaqə saxlayıram.

– Sizi “Aqos”da işləməyinizə görə qınayanlar olmayıb ki?

– 2009-cu ildən bu yana xalq diplomatiyası olaraq adlandırdığımız təşəbbüslərində ya yer almışam, ya da özüm işləmişəm, ya da trener və ya məruzəçi kimi danışmağa dəvət edilmişəm. Təbii ki, bəzən qınayanlar olur. Amma bu o, demək deyil ki, mən işimə görə qınanıramsa və mənim işim sırf kiminsə xoşuna gəlmirsə və ya uyğun deyilsə mən işimi atmalıyam. Bu həyatda hamımız nə isə etməyə çalışırıq. Kimimiz müsbət, kimimiz mənfi. Mənim şəxsi həyat fəlsəfəmə görə, insanlar gərək elə şeylər etsinlər ki, bu həyatdan gedəndə ən azından arxaya dönüb baxanda maraqlı, dolu-dolu, zəngin və produktiv şeylər qalsın. Qınayanlar, pisləyənlər, hətta söyənlər belə, həmişə olub, olacaq. Biz isə buna baxmadan, nə olursa-olsun işimizə davam etməliyik.

Gültəkin ƏLƏSGƏR

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlərin rayonlarda qəbul cədvəli AÇIQLANDI 29 Fevral 2020, 13:59 Türkiyənin İdlibdə verdiyi şəhid sayı 36-ya çatdı 29 Fevral 2020, 13:48 Mağazalardan brend geyim əşyaları oğurlayan şəxs saxlanıldı 29 Fevral 2020, 13:45 Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başladı 29 Fevral 2020, 13:38 Sabahın hava proqnozu - güclü külək, yağış, qar... 29 Fevral 2020, 13:25 Müsavat başqanı da Prezident Administrasiyasına ÇAĞIRILDI 29 Fevral 2020, 13:14 Yol qəzalarında 3 nəfər öldü 29 Fevral 2020, 13:04 Polis qadağan olunmuş yerlərdə siqaret çəkənləri CƏRİMƏLƏYİR 29 Fevral 2020, 12:59 DGK və DİN birgə əməliyyat keçirdi 29 Fevral 2020, 12:42 Telefondan asılmaq, informasiya bolluğu huşsuzluq yaradır - PROBLEM 29 Fevral 2020, 12:35 Ali Məhkəmə Hüseyn Abdullayev və anasının şikayətinə baxacaq 29 Fevral 2020, 12:22 Azərbaycan neftinin qiyməti bir qədər də ucuzlaşdı 29 Fevral 2020, 12:08 Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı 29 Fevral 2020, 12:00 DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı 29 Fevral 2020, 11:54 PA-nın şöbə müdiri müxalifət partiyasının sədri ilə görüşüb 29 Fevral 2020, 11:45 Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan QAYITDI 29 Fevral 2020, 11:36 İran parlamentinin yeni deputatı virusdan öldü 29 Fevral 2020, 11:22 Martda 15 gün iş olmayacaq 29 Fevral 2020, 11:10 Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başladı 29 Fevral 2020, 11:02 “Unudulmaz səslər” - “Cahargah”ın bənzərsiz ifaçısı Sabir Mirzəyev toyda necə aldadılıb... 29 Fevral 2020, 10:53 Koronavirusa yoluxmuş Rusiya vətəndaşından XƏBƏR VAR 29 Fevral 2020, 10:41 İrandakı bütün Azərbaycan vətəndaşları geri QAYITDI 29 Fevral 2020, 10:34 ABŞ-dan Türkiyəyə dəstək 29 Fevral 2020, 10:28 Daha bir ölkə İranla əlaqələri kəsdi - Koronavirusa görə 29 Fevral 2020, 10:20 Ordumuz genişmiqyaslı təlimlərə başlayır 29 Fevral 2020, 10:17 Ukrayna 9 May Qələbə Günündən İMTİNA ETDİ 29 Fevral 2020, 10:12 Qərb rayonlarımız atəşə tutuldu 29 Fevral 2020, 10:00 Azərbaycanın Xalq artisti vəfat etdi 29 Fevral 2020, 09:52 ABŞ Konqresi üzvündən Xocalı BƏYANATI 29 Fevral 2020, 09:39 Fevral niyə qısa ay kimi təqvimə düşüb? - MARAQLI 29 Fevral 2020, 09:33 Paytaxt polisi 30 cinayətin üstünü açdı 29 Fevral 2020, 09:28 Fransanın səhiyyə nazirindən koronavirus çağırışı: “Əl sıxmaqdan qaçının” 29 Fevral 2020, 09:25 İrandan qayıdan Ağdaş sakini karantinə alındı 29 Fevral 2020, 09:11 Çində koronavirusdan ölənlərin sayı 2835 oldu 29 Fevral 2020, 09:00 Türkiyə yenə şəhid verdi 29 Fevral 2020, 00:51