Arxiv
3 Aprel 2014, 10:02 | FOTOSÖHBƏT
Şair-publisist Əkbər Qoşalı ilə FOTOSÖHBƏT

Modern.az saytı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Bir çox gənclər təşkilatının qurulmasında yaxından iştirak edən Ə.Qoşalı 1996-cı ilin fevralından başlayaraq, 5 il müddətində Gənclər-İdman Nazir­liyin­də çalışıb.

Azərbaycanda Atatürk Mərkəzi qurulandan bu mərkəzin İctimai-siyasi şöbəsində, öncə elmi əməkdaş, 2006-cı ildən isə şöbə müdiri olaraq çalışmaqdadır. “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat üzrə redaktoru, “Ulu Çinar” dərgisinin redaksiya heyətinin üzvü, “Yüce Erek” dərgisinin Azərbaycan təmsilçisidir. Ə.Qoşalı onlarla kitabın müəllifi, həmmüəllifi, tərtibçisi, redaktoru, “önsöz” yazarıdır. Bir sıra ödüllərlə, o cümlədən “Rəsul Rza” (Rəsul Rza Fondu), “Fəxri Gənc” qızl döş nişanı (AGİN və NAYORA), “Gənclər Mükafatı” (AYB və AGİN), “Şahmar Əkbərzadə” (“VEKTOR”), “Həsən Bəy ZƏRDABİ” (AJB),  İraq Gənclər-İdman Nazirliyinin gümüş plaketi və s. ilə, çoxsaylı “fəxri fərman” və diplomlarla təltif edilib. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub (2008).

Azərbaycan Silahlı Qüvvələrin zabiti olaraq həqiqi hərbi xidmət keçib.

Ailəlidir, üç övladı var.

 

1-ci sinif şagirdi olan vaxtlarımdır. Eşitdim, kəndə şəkilçəkən gəlib, qaçdım, oturdum stulda...

 

Sinif rəhbərimiz Zülfüqar İbrahimovun başçılığı ilə yığışıb şəkil çəkdirmişik – uzaq 1989-cu il, Tovuz rayonu, Çatax kəndi... 

 

Orta məktəb illərindən bir xatirə də bu şəkildir. Arxadan baxan sinif yoldaşımızı – Elqam Məmmədovu, hardasa, 23 ildir görmürəm, yolu yaxın olsun... 

 

Ali məktəb illərindən bir xatirədir. Bulvarda çəkdirmişik. “Qrup starostası”ydım. Deməsi ayıb olmasın, qrupda cəmi iki “qırmızı diplom” alan oldu, biri, təbii mən idim...  


2005-ci ilin 1-ci ayında İspartada çəkilib. Məlahət xanım Ecevitin – Göllər bölgəsi Yazarlar Dərnəyi başqanının dəvətlisiydik... 

 

Bir qış günü Süleyman Dəmirəlin məmləkətində - İspartadayıq.

 

Necə deyərlər, “qoy şəkil danışsın”... 

 

Ölü Dəniz İngilis Yarənlər Qrupu ilə (Türkiyə - 2012). – Unikal qrupdur. Qrupun adında “Ölü” keçsə də, qrup üzvlərinin yaşı bir xeyli irəliləmiş olsa da, səhnədə, maşallah dipdiridilər... 

 

Rəhmətlik Şaiq Vəlinin ömrünün son günləriydi, dostlarla ziyarətinə getmişdik... Yeri ucmaq olsun... 


Sərdar Denktaşdır – Rauf Denktaşın oğlu – QKTC-nin önəmli sima­larından biri. – İstanbulda, Türk Dünyası Gənclik Günləri və Qurulta­yındayıq. 

 

Dünya Ələvilərinin lideridir – Albaniyadan Nevşəhrə – Hacı Vəli Bektaşi günlərinə gəlmişdi... Şəkil çəkdirmək təklifi, qaliba Kərküklü qardaşlarımızdan gəldi.)

Çingiz Aytmatovu sağlığında bir dəfə üzbəüz görmüşdüm, bu isə onun ideyası əsasında yaradılmış “Ruh bağı”nda, 2013-cü ildə çəkilib. 


“Fəxri gənc” qızıl döş nişanını alarkən çəkilib... Gənclər-İdman Nazirliyi ilə Gənclər Təşkilatları Milli Şurasının ortaq ödülüdür. 


“Azərbaycan Bayrağı” Ordenli əfsanəvi kəşfiyyatçı İbad Hüseynovla qardaşyana münasibətimiz var. Onun haqqında olan “Xüsusi təyinatlı” kitabının redaktoru olmuşam. 


Rəhmətlik Hamlet Kazımoğlunun məzarı başındayam... 31 yaşında, uzaq Rusiyada ürək tutmasından həyata vəda edən istedadlı şairimizin... O mənim ən yaxın dostum idi... Tanrının xoşuna getsin, onsuzluq zülümdür... 

 

“Şeirin İpək Yolu”nun “Venetsiya” ziyafətindəyik. 


Qırğız torpağındakı daş balbanları ziyarət edirəm.


2011-ci il, 6-cı ayın 6-cı günündə “Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk Dünyası” adlı 35 səhifəlik məruzəmi oxuyuram. Qaliba, 1 saat yarım çəkdi... ANAR müəllim o məruzə haqqında “Model məruzə” dedi. Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Arif Əmrahoğlu, Hikmət Babaoğlu və başqa önəmli aydınlarımız da yüksək sözlər söylədilər, sağ olsunlar. Onu deyim ki, bu məruzəni hazırlayarkən bütün digər hazırlıq günləri öz yerində, son iki günü rəsmən yatmamışdım... 

 

Baş nazirin müavini, Xalq Yazıçısı ELÇİN Türk Dünyası gənc və yeni nəsil yazarlarının Bakı Toplantısı iştirakçılarıdan bir qrupunu qəbul edir. Mən də təşkilatçı olaraq, bilgi verirəm... 


Hacı Vəli Bektaşinin məzarını ziyarət edirəm... Kəramətinə inandığım kişilərdəndir... 


Qırğız Respublikasının gənclər, əmək və məşgulluq naziri Aliasbek Alımkulov Ankarada Türk Dünyası Gənc Liderlər Toplantısının təntənəli açılış törənində bəndənizə ödül təqdim edir. 


Nevşəhirdəyik – Uluslararası Şeir Şölənində. Şerimizin SƏHƏRidir. Şölənsonrası əlinə də kitablarından götürüb, foyeyə enib. Anlaşılan, Şölən iştirakçılarından kimlərəsə kitab endirib, mən də “bu vaxtı kitabmı verərlər, sabaha qalsın” kimi bir iradda bulunuram, qaliba. – “Axşamın xeyrindən sabahın şəri yaxşıdır”.  


Ayaqüstə duran oğlum Əsgərdir. Şəkil ötən il çəkilib. Abituriyent olan vaxtlarıydı – qayğılı olduğunu hiss edirsiz. Şükür əməyi zay olmadı, ali məktəbə, dövlət ödənişli ixtisasa qəbul oldu.  


Ötən ilin son ayında İstanbulda (Uluslararası konfrans sonrası), Boğaşiçində çəklib. Hamısı ünlü simalardır, umarım tanıtıma ehtiyac yoxdur... 


NAYORA-nın Qurultayıdır. Bu təsisatın qurultaylarının çoxunun sədri olmuşam – ta 1997-ci ildən 2012-ci ilədək... – Yəni İntiqam Babayevin dövründən Fuad Muradovun dövrünədək.  


Gənclər Təşkilatlarının II Respublika Sərgisində, Əli müəllim bizim -Dünya Gənc Türk Yazarlar Birliyinin guşəsi ilə tanış olur, 2008-ci ildir. Aygün Həsənoğlu Əli müəllimə o qədər çox kitab təqdim etdi ki, Rəsmiyyə xanımın kitab təqdim etməyə vaxtı belə... qalmadı.) 


Ötən il Bişkəkdə çəkilib. Elşən Əzim, Mahir Qarayev və mən Türkcənin Uluslararsı Şeir Şölənində iştirak üçün Qırğız paytaxtındayıq. Qırığız böyükelçimiz HİDAYƏT müəllim sağ olsun, bizə qonaqlıq verir.  


“Gülüstan” Sarayında, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qrurultayında çıxış edirəm. 


“Gənclər Evi”ndə Şahnaz Kamalın ilk kitabının təqdimatıdır.


İraqın vitse-prezidenti Adil Əbdül Mehdi cənablarının yaxasına "Azərbaycan Bayrağı" nişanı taxmışam, indi də üstü yazılı qələm bağışlayıram. 2010-cu ilin mart ayıdır – İraqa FÜZULİ ULUSLARARASI ŞEİR ŞÖLƏNİnə getmişdik. Şəkil “Səddamın Gümüş Sarayı“ adı ilə tanınan iqamətgahda çəkilib. 


Qəhrəman moldavan qızı Aurelio Qriqoriu Bakıya gələndə çəkdirmişik bu şəkli... 


Başıbəlalı Kırımdan olan dostum Seyran Süleymanla Bişkəkdə - “Ata Beyt”də Çingiz Aytmatovun məzarını ziyarət edirik. 


Türkiyənin tanınmış ədəbiyyatçı alimlərindən Ridvan Canım xoca ilə Bişkəkdə çəkdirmişik. 


“Qurdlar vadisi”nin “Testerə Nəcmisi”dir. Sumqayıtda – “TURAN”da çəkdirmişik. – Nəsə çəkilişləri vardı buralarda... 


ELÇİN müəllimə plaket təqdim edirik. 

 

Dünyaca ünlü Rauf Denktaş cənabları ilə görüşmək nəsibim olub. Yeri ucmaq (cənnət) olsun!  


2007-ci ilin ikinci ayının 1-ci günü... respublika gənclik ictimaiyyəti nümayəndələrinin Prezident İlham Əliyevlə görüşüdür. Cənab Prezidentə təqdim etdiyim - tərtibçisi olduğum kitab haqqında bilgi verirəm. 

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklik ediləcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30 DSX dənizdə taktiki təlimlər keçirdi - FOTOLAR 16 Sentyabr 2021, 12:24 Putin Ermənistana səfər edəcək 16 Sentyabr 2021, 12:22
SORĞU Hansı vaksinə etibar edirsiniz?