Arxiv
26 May 2014, 10:46 |
Əbdürrəhman Vəzirovun trilogiyası...


Modern.az
saytının məlumatına görə, mayın 26-da 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş (Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi) Əbdürrəhman Vəzirovun 84 yaşı tamam olub. O, hazırda Moskvada yaşayır, sağlıq durumu qaydasındadır.

Ə.Vəzirov bir müddət öncə Modern.az-a verdiyi qısa açıqlamada hazırda mətbuatla təmasdan uzaq olmağa çalışdığını və xüsusilə də Azərbaycan KİV-lərinə müsahibə verməyəcəyini vurğulayıb. Vəzirov bunu onunla əsaslandırıb ki, Azərbaycan KİV-ləri daim onun haqqında qərəzli məlumatlar yazır, ona ironiya ilə yanaşır və fikirlərini həmişə təhrif edir. Buna görə də o, Azərbaycan mətbuatı ilə birdəfəlik qurtardığını qeyd edib.

Moskvadakı Azərbaycan diasporunun nümayəndələri bildirirlər ki, 84 yaşlı Ə.Vəzirov ömrünün ahıl çağlarında sakit həyat sürməyə üstünlük verdiyindən, son illər çox nadir hallarda hansısa ictimai tədbirlərə qatılır. Məsələn o, sonuncu dəfə azərbaycanlıların təşkil etdiyi tədbirdə 2012-ci il aprelin 29-da iştirak edib. Bu, Moskvadakı Milllətlər evində “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti tərəfindən keçirilən tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təkrar nəşrinin təqdimat mərasimi olub.

26 may 1930-cu ildə duğulan Əbdürrəhman Vəzirov vaxtilə Azərbaycan komsomoluna rəhbərlik edib, Azərbaycan KP MK-nın katibi, keçmiş Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi işləyib. Sonra SSRİ-nin Hindistanın Kəlküttə şəhərindəki baş konsulu, Nepalda Krallığında (1979-1985) və Pakistanda (1985-1988) səfiri işləyib.
1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək isə o, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
20 yanvar qırğınından sonra Ə.Vəzirov xalqın tələbi ilə vəzifəsini tərk edərək Moskvaya gedib. 20 yanvar qırğının təqsirkarlarından biri sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.

2007-ci ildə Ə.Vəzirovun adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət formasında sensasion açıqlama yayılıb. Həmin müraciətdə Vəzirovun Bakıya dönmək və İlham Əliyevə kömək etmək istədiyini bildirilmişdi.
Lakin ertəsi gün Ə.Vəzrov bu xəbərin doğruluğunu təkzib etmiş və bunu özünə qarşı təxribat adlandırmışdı.

Moskvada Ə.Vəzirovun memuarlarından ibarət “Mənim diplomatik xidmətim” adlı kitabı da işıq üzü görüb. Bu kitabda o, Hindistandakı konsul, Nepal və Pakistandakı səfir fəaliyyəti dövründən bəhs edib, həmin müddətdə başına gələn real hadisələri, maraqlı olayları qələmə alıb, dövlət və hökumət nümayəndələrilə ünsiyyətini təsvir edib.  
Rusiya mətbuatına verdiyi sonuncu müsahibələrindən birində Vəzirov memuar yazmağın onun üçün artıq çətin olduğunu deyib. Bununla belə yazmaq istədiyini gizlətməyib. O, “Mənim diplomatik xidmətim” kitabında toplanan memuarları xəstə həyat yoldaşının çarpayısı yanında qarovul çəkdiyi müddətdə qələmə aldığını deyib.

”Siz yazmağa davam edəcəksinizmi” sualına cavabında Vəzirov bildirib:

”Mənim bir ideyam var, həyatım boyu görüşdüyüm, ünsiyyətdə olduğum məşhur insanlar haqqında bir kitab yazmaq. Bunlar Qriqoryeviç, Primakov, Pastuxov, Frenkel, Paxmutov, Vorontsov, Qaqarin və digərləridir... Mən Pakistanın mərhum sabiq baş naziri Bənəzir Bhuttonun toyunda iştirak etmiş yeganə xarici səfir olmuşam. Bunlar haqqında yazılmalıdır”.

Rusiya mediasının yazdığına görə, “Mənim diplomatik xidmətim” kitabı Əbdürrəhman Vəzirovun nəzərdə tutduğu trilogiyanın ikinci hissəsidir. Və o, birinci hissəni hələ yazmayıb.

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:34 Sürücülərin nəzərinə - paytaxtın bu küçəsində təmir gedir   30 May 2020, 14:07 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53 Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama 30 May 2020, 12:45 Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri 30 May 2020, 12:37 Bakı belə dezinfeksiya olundu - FOTOLAR 30 May 2020, 12:30 Zakir Həsənov generalları topladı - Ermənistana hərbi MESAJ verildi 30 May 2020, 12:23 Sədərək Ticarət Mərkəzi açılır - Obyektə maskasız giriş qadağan olundu 30 May 2020, 12:15 İTBAŞI (4-cü bölüm) 30 May 2020, 12:10 " AYB-nin bölmələri, dövri nəşrləri olduqca bərbad durumdadır” – Emil Rasimoğlu ilə “Şənbə söhbəti”   30 May 2020, 12:07 "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA 30 May 2020, 12:00 İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi layihələrin əsasını insan faktoru təşkil edir - Deputat   30 May 2020, 11:53 Deputatlar sabah 11 məsələ barədə QƏRAR verəcəklər 30 May 2020, 11:45 Merkel Trampın dəvətini rədd etdi 30 May 2020, 11:38 Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR 30 May 2020, 11:30 Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır 30 May 2020, 11:23 “Sülh danışıqları elə bərbad vəziyətdədir ki...” - Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 30 May 2020, 11:14 DOST-un xidmətlərindən qaradağlılar da faydalanacaq 30 May 2020, 11:05 Azərbaycanda koronavirusa yoluxanlar bu xəstəxanalarda müalicə alır - SİYAHI 30 May 2020, 10:57 “Bədbəxtlik oradadır ki, bizdə hər kəs özünə çalışır...” - Fikrət Qoca ilə yubiley SÖHBƏTİ 30 May 2020, 10:50 Su hovuzunda narkotik yetişdirdi - FOTOLAR 30 May 2020, 10:45 Şıntır-mıntır 30 May 2020, 10:42 “Ermənilər məni iki dəfə öldürmək istəyiblər” - Qarabağ həqiqətlərini yayan afrikalı “İbo kardeş” - MÜSAHİBƏ 30 May 2020, 10:37 Azərbaycan nefti bahalaşdı   30 May 2020, 10:30