Arxiv
5 İyun 2014, 23:05 | ƏDƏBİYYAT
Sevgi və nifrət - Leyla Əliyeva

Modern.az saytı yazıçı-publisist Mahir Qabiloğlunun tərcüməsində Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirini təqdim edir.

Sevgi, dostunu tanı.
Nifrətə ürək vermə..!
Qarşısında diz çöküb,
Özünü təhqir etmə.
Sevgi, sənin bir dünya,
Ülvi məhəbbətin var.
Hər şeyə qalib gələr
Sevgi olsa kimə yar...

İrəli get, büdrəmə
İnciklik görən təki...
(Gözlərini yum həmən,)
Qısqanclıq kor edərsə,
Bunun yoxdur həkimi...
Gözlərini heç yumma,
Yaxşı, sən deyən olsun,
 Qoy bu yolda həmişə,
Sevgi səni qorusun.

Ağlın olsun, ay sevgi,
Qürura  inanarlar?
O bir səddir arada,
Bərk  vur, tökülsün daşlar..!
De,  kimə oynayırsan
Uşaq-muşaq  oyunu?
Baxılan sən, baxan sən,
Ay özünün vurğunu...

Bil ki, sevgi hər zaman,
Xoşbəxtdən də xoşbəxtdir;
Sənsə ondan hürkürsən
Ondan qorxan bədbəxtdir.
Bil, nə qədər uçarsan
Ümidlər  qanadında,
Nifrət geri çəkilər
Sevginin qabağında.

İstəyirsən bu sevgi
Tükənib, heç bitməsin?
Günəş batsın, yerini,
Heç vaxt Aya verməsin?
Bu heç mümkün də deyil –
Gün doğub-batmalıdır.
Qaranlıq gecədə də
Arzu boy atmalıdır...

Ağlama, yalvarıram,
Sevgi, sən mənə inan;
Ağlamağın gecələr,
Məni kövrəldir yaman.
Ay-ulduz istəmirəm,
Anlayın ki, nəhayət,
Mənə bircə şey lazım:
Sevgi, ülvi məhəbbət..!

Nifrətə dost deyirsən... –
Sevgi, görəsən niyə?!.
Ürəyim sənin deyil,
Kinlisən buna görə?
Mən Səni tanıyalı,
Məni başdan almısan...
Hərdən inanıram ki,
Məni  sən yaratmısan...


Ruscadan çevirəni:
Mahir QABİLOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59