Arxiv
3 İyul 2014, 15:36 | ÖLKƏ
Bakıdakı özəl orta məktəblərdə ağılasığmaz qiymətlər: 1500-dən 31 min manatadək - SİYAHI

“Çağ Öyrətim” liseylərinin fəaliyyəti dayandırıldı. Bununla da xeyli sayda şagird ordusu qərarla razılaşmalı olub, alternativ məktəblər axtarmağa başladı. Hazırda onların digər özəl lisey və məktəblərə yerləşdirilməsi üçün seçim aparırlar.

Bu təbəqədən olan valideynlər isə dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxumasını istəyirlər. Həmin valideynlər kimi deputat Fəzail Ağamalı da “Çağ Öyrətim” şirkətinə məxsus liseylərin bağlanmasından sonra öz nəvələrini özəl orta məktəblərə qoyacağını açıqlamışdı. Hətta liseylərin bağlanmasından sonra övladlarını hansı təhsil ocağında oxudacaqlarını seçim edə bilməyənlərə də uşaqlarını özəl məktəblərə qoymalarını məsləhət görmüşdü. Amma özəl məktəblərdə təhsilin səviyyəsi yüksək olsa da, qiymətlər ürəkaçan deyil. İllik xərclər orta aylıq əmək haqqından 10 dəfə, bəlkə də 20 dəfə çoxdur.

Modern.az saytı Azərbaycanda özəl orta təhsil məktəblərində illik təhsil qiymətlərini öyrənməyə çalışıb.  

Bakıda fəaliyyət göstərən özəl orta təhsil müəssisələri və liseylərdə illik təhsil haqqına gəlincə, araşdırmamız zamanı məlum olub ki, lisey və məktəblərin hərəsinin müəyyənləşdirdiyi öz qiyməti var. Qısa araşdırmamız nəticəsində bəlli oldu ki, özəl orta məktəblər arasında təhsilin qiyməti 1500 manatdan 40 min dollaradək yüksəlir.

“The International School of Azerbaijan” məktəbində təkcə hazırlıq illik 11 min dollara başa gəlir. I sinifdən IX sinfədək isə təhsil haqqı 34 min dollardır. IX sinifdən yuxarı isə təhsil haqqı illik 40 min dollara (təxminən 31200 manat) yaxındır.

Xəzər Universitetinin tərkibində olan “Dünya” məktəbinin illik haqqı 5000 manatdır. Bu qiymətə daşıma servisi də daxildir. Məktəbə qəbul qiymətləri  Azərbaycan, rus, ingilis bölməsindən asılı olaraq dəyişir. Belə ki, Azərbaycan və rus bölmələrində təhsil 5000, ingilis bölməsində isə 6000 manatdır. Təbii ki, bu qiymətlərə yalnız təhsil və yemək daxildir. Kitablar, məktəbli forması, servis xidmətləri isə qiymətə daxil deyil. Əlavə xərclər haqqında məktəbə qəbuldan sonra məlumat verildiyini öyrənsək də, servis xidmətinin 60 manata başa gəldiyini dəqiqləşdirdik. 

“Kaspi” Liseyində illik təhsil haqqı 4500 manatdır. Bu məbləğə tədris, dərnəklər, gündə bir dəfə yemək və məktəbli formasının verilməsi daxildir. Nəqliyyat xidməti üçün isə ayda 70 manat, illik isə 500 manat ödəmək lazımdır.

“Erudit” məktəbində – təhsil haqqı 4500 manatdır. Ödəniş il ərzində aparıla bilər. Bütün özəl məktəblərdə olduğu kimi, bu məktəbdə də şagirdlərin məntiqləri yoxlanır, bilik səviyyələrinə görə seçilirlər. Məktəbin xidmət servisi var, lakin bu xidmət təhsilhaqqına aid deyil.

“Britaniya” Məktəbində isə illik təhsil haqları yerli və xarici müəllimlərin dərs deməsindən asılı olaraq dəyişir. Məsələn, burada 5-ci siniflər üçün yerli müəllimlərin dərs deməsi ilə əlaqədar olaraq illik təhsil haqqı 15 min, tədrisin xarici müəllimlər tərəfindən keçirilməsi ilə isə 18 min manata başa gəlir. 10-cu sinif şagirdləri üçünsə bu məbləğ 17-19 min manatdır.   

“Bakı-Oksford” məktəbində illik təhsil haqları sinifdən asılı olaraq 12-14 min manat arasında dəyişir. Məbləğə tədris, məşğələlər, kitablar, məktəbli formasının verilməsi və gündə üç dəfə yemək daxildir. Burada I-VI siniflər üçün beynəlxalq təhsil istiqaməti üzrə illik qiymət 14 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Bu xərcə geyim, yemək daxildir. VI-XII siniflər üçün isə beynəlxalq istiqamət üzrə təhsil 15 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Yuxarı siniflərdə ödənişə yemək daxil deyil. Servis xidməti isə aylıq 150 manatdır.

“Qafqaz İbtidai Gimnaziyası”nda I sinifdən VI sinfədək illik təhsil haqqı 7 min 300 manatdır. Bu qiymətə dərslik, forma, yemək, dərnəklər daxildir. Övladını məktəbə servislə göndərmək istəyənlər isə ayda 230 manatından da keçməlidirlər.

“Avropa-Azərbaycan” məktəbində təhsil aşağı siniflər üçün illik 7 min, yuxarı siniflər üçünsə 8 min manatdır. Bu qiymətə tədris, dərnəklər, gündə 3 dəfə yemək, məktəbli firması, ölkədaxili ekskursiyalarda iştirak daxildir. Nəqliyyat xidmətinin qiyməti isə buraya daxil deyil, məsafəyə uyğun olaraq, nəqliyyat xidmətləri 60 manatla 120 manat arasında dəyişir.   

“Evrika” təhsil müəssisəsində illik təhsil haqqı 5000, məktəbəqədər hazırlığın illik haqqı isə 3000 manatdır. Bu ödənişə gündə bir dəfə yemək, iki dəfə çay içmək daxildir. Aylıq nəqliyyat servisi 100 manata başa gəlir.  

“Atatürk liseyi” isə sadalanan özəl orta məktəblər arasında bəlkə də ən ucuzudur. Belə ki, burada təhsil almaq üçün il ərzində 1500 manat ödəmək kifayətdir.

Bakı Dövlət Universitetinin nəzdində yerləşən “Gənc İstedadlar” məktəbində isə təhsil almaq pulsuzdur. Təhsil müəssisəsinə qəbul isə imtahan yolu ilə aparılır.

Gültəkin ƏLƏSGƏR

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil kreditləri bu şəxslərə veriləcək - QAYDALAR 28 İyul 2021, 15:37 Ermənistan Putinin hərbi blokundan yardım istəyə bilər? 28 İyul 2021, 15:35 Yeni səfir təyinatlarını labüd edən səbəblər nədir? 28 İyul 2021, 15:31 "Məsuliyyət Ermənistanın üzərinə düşür" - Zakir Həsənov 28 İyul 2021, 15:27 Prezidentdən Kəlbəcər və Laçınla bağlı sərəncam - 10 milyon ayrıldı 28 İyul 2021, 15:22 Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsi davam edir 28 İyul 2021, 15:16 Nazir Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı 28 İyul 2021, 15:10 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Gəncə Dövlət Universitetin məzunu MİQ imtahanında 1-ci oldu   28 İyul 2021, 14:54 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43