Arxiv
6 Sentyabr 2014, 23:20 | TƏHSİL
Ermənilər türklərə Göy məsciddə namaz qılmağa icazə vermədilər


Aralarında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), Asimder kimi 14 vətəndaş cəmiyyət quruluşu nümayəndəsinin olduğu türkiyəli heyət Ermənistanın paytaxtı İrəvana gedib Göy məsciddə namaz qılmaq istəsə də, bu, işğalçı dövləti tərəfindən rədd edilib.

Modern.az saytı xəbər verir ki, mövzuyla əlaqədar olaraq mətbuata açıqlama verən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının baş katibi Mehmet Azəritürk və İğdır Azərbaycan Evi Dərnəyi başqanı Sərdar Ünsal bildiriblər ki, bu rədd qərarı Ermənistanın səmimiyyətsizliyini, Türkiyə ilə dialoq tərəfdarı olmadığını ortaya qoydu:

"14 vətəndaş cəmiyyəti quruluşunun nümayəndələrindən ibarət qrupun Ermənistanı ziyarət müraciəti bu dövlətin Tiflisdəki səfirliyi tərəfindən rədd edildi. Hər gün xoşgörüşdən danışan, illərdir Akdamarda ibadət edənlər dövlət siyasəti olaraq türklərin turistik bir ziyarətini belə, çox gördülər, buna dözümsüz yanaşdılar. Belə olan halda o dövlət hansı sərhədlərin açılmasını istəyir, bu maraqlıdır. Yoxsa sərhədlər açılıncadamı bizləri ora buraxmayacaqlar? Yoxsa qapıları tək tərəflimi açmamızı istəyirlər? Ermənilər Türkiyəyə gəlsinlər, amma türklər əsla Ermənistana gəlməsinlər deyəmi düşünürlər? Bu, şikəst bir məntiqdir. Bu məntiq ancaq “daşnak məntiqi” deyə ifadə edilə biləcək qədər dayaz bir düşüncədir. Bizlər iddiamızdan imtina etməyəcəyik, madam barış, sərhəd qapılarını açmağımızı istəyirlər, o zaman bizlərin də ata yurdu olan İrəvana getməmizi qəbul edəcəklər. Dözəcəklər. Unudulmamalıdır ki, bizlər oraya döyüşməyə getmirik. Kin, nifrət qusmağa da getmirik. Bizlər ziyarət etmək, bəlkə bir ilk addımı atmağa gedirik. Bundan qorxanlar bu addımların altında qalarlar. Tarix, kin və nifrəti həmişə məhkum edib. Bu kini, bu dözümsüzlüyü də məhkum edəcək".

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının baş katibi Mehmet Azəritürk və İğdır Azərbaycan Evi Dərnəyi başkanı Sərdar Ünsal daha sonra bildiriblər:

"Gələn il də müraciət edəcəyik. Bilirik ki, yenə qəbul etməyəcəklər. Bu da göstərəcək ki,  ermənilər barışdan deyil, kin və nifrətdən yanadırlar. Bizlərə icazə verməmələrinin səbəbi Azərbaycan dövlətinin və xalqının yanında olmağımız, ermənilərin vəhşiliyini, işğalçılığını, daşnak zehniyyətini bütün dünyaya car çəkməyimizdir”.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24 Prezident Təhsil Nazirliyinə 2 milyon manat pul ayırdı 21 Noyabr 2019, 16:21 Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:18 İlham Əliyev Sumqayıt şəhər stadionun təmirinə 5 milyon manat ayırdı 21 Noyabr 2019, 16:13 Prezident Zakir Fərəcovu ordenlə təltif etdi   21 Noyabr 2019, 16:09 Tələbələrin zəhərlənməsinə görə cinayət işi açıldı - Baş PROKURORLUQ 21 Noyabr 2019, 16:09 Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 21 Noyabr 2019, 16:01 Tələbə qızlar süd məhsullarından zəhərləniblər - Yeni MƏLUMAT 21 Noyabr 2019, 15:55 Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB 21 Noyabr 2019, 15:46 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR 21 Noyabr 2019, 15:40 “Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas 21 Noyabr 2019, 15:30 Badamdar sürüşmə zonasında GƏRGİNLİK - evlər sökülə bilər 21 Noyabr 2019, 15:19 BMU-da beynəlxalq seminar keçirilir 21 Noyabr 2019, 15:15 BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı - YENİLƏNİB-2 21 Noyabr 2019, 15:11 İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub 21 Noyabr 2019, 14:58