Arxiv
16 Sentyabr 2014, 23:03 | ƏDƏBİYYAT
Özümlə onda oxşarlıq axtarıram - Leyla Əliyeva

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Romada... Tozlu oturacaqda adlı şeiri oxucuların ixtiyarına veririk.

(В Риме на грязной скамейке)

Noyabr... Qədim Roma –
Tozlu oturacaqda
əyləşmişəm sakitcə.
O başda da bir səfil
fikrə gedib, dinməyir,
təslimdir səssizliyə...
Görən nəyi düşünür –
nələr var ürəyində?..

Hiss edirəm uzaqdan,
Spirt, tütün qoxuyan,
Qəribə nəfəsini...
Üst-başından tökülən
çirkin üfunətini...
Bir ona baxıram mən,
bir də dönüb özümə.
Görəsən, bu səfildə
Nə doğma gəlir mənə?!.
Görən bezgindirmi o
Öz doğma həyatından..?

Yanımızdan ötənlər           
süzürlər qaş-qabaqla;
Yenə baxıram ona,
sonra özüm-özümə
sual verib dururam:
-“Oxşarlıq varmı bizdə?”
Səfil yalan danışmır,
Yalandan uzaqdır o –
Oxşarıq buna görə?

Niyə yalan danışsın –
buna nə ehtiyac var?
Geriyə yol qapalı,
qarşıda uçurum var... –
İtirib olanını,
Tapmağasa həvəs yox...
Bir üzü var sadəcə,
iki üzə gərək yox...

Mürgüləyir sakitcə,
Xırıltı səsi gəlir. –
Anlamaq çətin deyil –
Həyatın qulu olan
Bütün insanlar yatır,
Yuxusuna bal qatır...

...amma özümlə onda
oxşarlıq axtarıram:
“Hardasa bənzərik biz!..”
Axır ki, sualıma
qısa cavab tapıram...

Noyabr... Qədim Roma...
Qocaman şam bağında
Tozlu oturacaqda
Əyləşmişəm sakitcə.
O başda da bir səfil
fikrə gedib, dinməyir,
Oturub kirimişcə...
Bu an hava dəyişir,
Külək cövlan eyləyir,
Bizi sovurub gedir...
Hardasa bənzərik biz!..

Rus dilindən çevirəni: Mahir Qabiloğlu


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47