Arxiv
17 Sentyabr 2014, 10:31 | ƏDƏBİYYAT
Yaşamaq istəyən adam

filologiya üzrə elmlər doktoru,
professor

Azərbaycan ədəbiyyatında elə bədii əsərlər var ki, onların təkcə adları oxucuya çox şey deyir. Oxucunu düşünüb - daşınmağa məcbur edir. Belə bədii əsərlərin adları yazıçının istedadı və bədii tapıntısı kimi qiymətləndirilməlidir. Məsələn, “Qılınc və qələm”, “Şikayətnamə”, “Aldanmış kəvakib”, “İnsan”, “Yeraltı çaylar dənizə axır” və s. Bu kimi saysız - hesabsız əsərlərin adları hələ məzmununu oxumamışdan əvvəl, təkcə ad kimi oxucunu özünə cəlb edir. “Yaşamaq istəyirəm” əsəri də bu qəbildən olanların sırasındadır. Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor, görkəmli tənqidçi Qulu Xəlilovun “Yaşamaq istəyirəm” əsərinin adı məni neçə - neçə il bundan qabaq özünə çəkdi. Adı məcbur etdi ki, əsəri oxuyum. Və əsəri oxudum. Özü də indi yox, çox - çox illər qabaq. Nə isə... Burada məqsədim “Yaşamaq istəyirəm” əsərindən danışmaq deyil. Məqsədim bu əsərin müəllifi Qulu Xəlilovdan bəhs etməkdir. Qulu Xəlilov vaxtilə – ömrünün sonlarına yaxın televiziya müsahibələrinin birində deyirdi: “Allah mənə bir yaratmaq, yaşatmaq arzusu verə... Həyat eşqi olmasa, insan özünü, qamətini çətin düzəldər. Heç yaralı ağac da özünü düzəldə bilməz”. Bu fikri söyləyən Qulu Xəlilov uzun müddət xəstə olmuşdur. O, 30-40 yaşlarından başlayaraq ömrünün sonuna qədər xəstəlikdən əziyyət çəkmişdir. Qulu Xəlilovun üzərində doqquz dəfə cərrahiyyə əməliyyatı aparılmışdır. Nə isə... Bunlar da öz yerində...

Hər bir ədəbiyyatşünas, ziyalı, o cümlədən Qulu Xəlilovun tələbələri çox yaxşı bilir ki, o, çox güclü tənqidçi idi. Özü də qərəzdən çox - çox uzaq və cəsarətli tənqidçi idi. Tənqid deyəndə yadıma bir hadisə düşür. 1992-ci ilin dekabr ayı idi. O vaxtkı APİ-nin (indiki ADPU-nun) kiçik zalında filologiya ixtisası üzrə elmlər namizədi alimlik dərəcəsi verən müdafiə şurasının iclası keçirilirdi. Qulu Xəlilov da müdafiə şurasının üzvü idi. Növbəti müdafiə şurasında mənim də müdafiəm olacaqdı. Ona görə də müdafiə şurasının iclasında arxada oturub özüm üçün təcrübə toplayırdım. Həmin müdafiə şurasında müdafiə edən dissertantın mövzusu ədəbiyyatdan idi. Opponentlərdən biri də (birinci opponent) Qulu Xəlilov idi. O, yuxarıda - səfarətdə əyləşmişdi. Qulu Xəlilov birinci opponent kimi rəyini söylədi. Sonra söz ikinci opponentə verildi. İkinci opponent (Əflatun Saraclı) öz rəyində  tez - tez türk kəlmələrini işlədirdi. Birdən Qulu Xəlilov yerindən opponentə etiraz etdi. Azərbaycan dilində kəlmələr olduğu halda, yerli - yersiz türk sözlərini işlətməsini qəbahət saydı. Əsəbləşdi və ayağa durub kiçik zalı tərk etdi. İkinci opponent rəyini söylədikdən sonra Qulu Xəlilov kiçik zala qayıtdı. Onun bu hərəkəti zaldakıların hamısının ürəyincə oldu. Çünki ikinci opponentin rəyindəki yersiz və süni görünən türk kəlmələri hamını qıcıqlandırmışdı.

Qulu Xəlilovun cəsarəti, məhz yerində və məqamında olan  cəsarəti onu hamıya sevdirirdi. Və onun cəsarətli, səmimi, qərəzsiz tənqidi hamının xoşuna gəlirdi. Heç kəs onun tənqidindən incimirdi. Bu gün ədəbi tənqid arzuolunan səviyyədə deyil. Doğrudan da ədəbiyyat barədə tost deyənlər çoxalıbdır. Əksər vaxtlar ədəbiyyat barədə tost deyilir. İndi ədəbi tənqidin qədri bilinmir. Ona görə ki, ədəbi tənqidə qiymət verənlər, ədəbi tənqidin dəyərini bilənlər azalıbdır. Qulu Xəlilov ədəbi tənqidə qiymət verən və ədəbi tənqidin dəyərini bilən bir ziyalı idi. O deyirdi: “Mən zəif əsər haqqında güzəştə getməyi millətə xəyanət hesab edirəm”. O, tənqidin qədrini bilənlər barədə deyirdi: “Tənqidin qədrini S.Vurğun, M.Hüseyn kimi adamlar bilibdir”.

Yadımdadır Qulu Xəlilovun yeznəsi (bacısının yoldaşı) Şirin Quliyev dəfələrlə mənə söhbət edərdi ki, bəzi şair və yazıçılar barədə xahiş edərdim ki, onların əsərləri barədə müsbət yazsın. O isə “Nə xahişin olsa, de, edərəm, ancaq bu xahişi etmə” söylərmiş. Qulu Xəlilov o qədər qərəzsiz adam olmuşdur ki, yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməmişdir. Hər hansı bir adamın yaxşı işini yaxşı, pis işini pis kimi üzünə deməkdən qorxmamışdır. Məsələn, o, M.Hüseyni tənqidin qədrini bilən bir tənqidçi kimi dəyərləndirməklə yanaşı, ona ürəyinin dediklərini söyləməkdən də yan keçməmişdir. Belə ki, günlərin birində Qulu Xəlilov Yazıçılar Birliyindən icazə almadan rayona getməli olur. Mehdi Hüseyn onu bu əməlinə görə - icazəsiz getdiyinə görə işdən çıxarır. Qulu müəllim rayona gedəndə bilir ki, onun oğlu olub. Qulu Xəlilovun iki qızı varmış, oğlu yox imiş. O, oğlunun olmasına sevinir. Və Mehdi Hüseynə zəng vurub deyir:

- Siz məni işdən çıxartdınız. Mənim isə oğlum oldu.

Mehdi Heseyn ona deyir:

- Gəl ona Tahir adını qoy. Tahir mənim qəhrəmanımdır. O, “Neft daşları” əsərindəki qəhrəmanını nəzərdə tutur.

Qulu Xəlilov ona cavab verir:

- Mən öz qəhrəmanımın adını – Azər adını qoyacağam.

Qulu Xəlilov oğlunun adını Azər qoyur.


Qulu Xəlilovun həyat eşqi güclü olmuşdur. O, uşaqlarına da, nəvələrinə də böyük dəyər vermişdir. Ömrünün sonuna yaxın televiziya müsahibələrinin birində deyirdi: “... Mən xəstəyəm. Stola yazmaq üçün yaxınlaşmağa qorxuram. Mən uşaqlarımla, nəvələrimlə başımı qatıram. Allah heç kəsi övladsız, uşaqsız, atasız, anasız etməsin”. Düzü, onun bu dediklərinin səmimi olduğunun şahidi olmuşam. Ancaq şahidi olduğum vaxt o qədər də əhəmiyyət verməmişəm. İndi fikirləşəndə görürəm ki, doğrudan da, o, bütün uşaqlara səmimi olmuşdur. Ona görə də bir hadisəni xatırlamaq istəyirəm. 1992-ci ilin dekabr ayında APİ-də (indiki ADPU-da) olan müdafiə şurasında dissertasiyamı  müdafiə etdikdən sonra evimizdə (evimiz həyət evi idi) qonaqlıq təşkil etmişdik. Müdafiədən sonra qonaqlığa Qulu Xəlilov da gəlmişdi. Həyət evində qohum - qardaş manqalda qonaqlar üçün kabab çəkirdi və qardaşım uşaqları da həyətdə oynayırdılar. Bir də gördüm ki, Qulu müəllim müdafiə şurasının üzvlərindən və qonaqlardan ayrılaraq qardaşım uşaqlarını başına yığıb söhbət edir. Onlara müxtəlif suallar verir, onları danışdırır, onlara doğma münasibət göstərir. Hiss edirdim ki, uşaqların hazırcavablığı, diribaşlığı onun xoşuna gəlir. Bunun haradan qaynaqlandığını onun müsahibələrindəki bu fikirləri dinlədikdən sonra daha yaxşı anladım: “... Allah bizim övladlarımızı qığıldamaq səadətindən uzaq etməsin. Çörək səadətindən uzaq etməsin”. Nə isə...

Qayıdıram yenə də həyətimizdəki qonaqlığa. Qulu müəllim tez - tez əlini manqalın içindəki ocağa uzadır və əllərini qızdırırdı. Sonra ocaqda qızmış əllərini sifətinə və üstünə çəkirdi. Bunu hava soyuq olduğu üçün edirdi. Bütün qonaqlar içəridə yeyib - içirdi. O isə həyətdə atamla, qardaşımla, qohumlarımla mehribancasına və səmimi şəkildə söhbət edirdi. Bəlkə buna o vaxt o qədər də əhəmiyyət vermirdim. İndi isə görürəm ki, Qulu Xəlilov nə qədər təbii və sadə adam imiş. O birinci dəfə olduğu ailədə özünü nə qədər doğma aparırmış. Səbəbini indi axtaranda görürəm ki, o, torpağa, xalqa, millətə bağlı olduğundan belə edirmiş. Eyni zamanda zəhmətə və zəhmətkeş insanlara, təmiz və təbii ailələrə, dünyanın bütün ağrı - acısını görmüşlərə bağlı olduğundan belə edirmiş. Mən indi başa düşürəm ki, o, Allahın imtahana çəkdiyi, bu imtahandan üzüağ çıxardığı və qoruyub saxladığı insanların, ailələrin hər birinə hörmətlə yanaşırmış. Bu da yenə Qulu Xəlilovun mərhəmətli, ədalətli və cəsarətli olmasından irəli gəlirmiş.

O, torpaq qədər müqəddəs, daş, qaya qədər möhkəm, od kimi isti, su qədər təmiz adam idi. Xarakterinin qeyri - adiliyi də elə bununla (müqəddəslik, möhkəmlik, kişilik, istilik, təmizlik) bağlı idi. Belələri torpağı, daşı, qayanı, təbiəti, odu, suyu insan kimi qəbul edir və başa düşür. O, doğrudan da, torpaqdan, daşdan, qayadan, təbiətdən, oddan, sudan güc alan adam idi. Onun uyuduğu qəbir də bunu təsdiq edir. Oğlu Azər Xəlilovun dediklərindən aydın olur ki, Qulu Xəlilov öz vəsiyyəti ilə Şağanda bir qayanın yanında dəfn olunmuşdur. Qayanın hər tərəfi qumluq olsa da, qaya elə qayadır. Qulu Xəlilovun məzarı qayaya söykənməklə taleyini Vətən torpağındakı qayaların taleyinə bağladı. O, Məmməd Arazın şeirində söylənən fikri təsdiq etdi:

Bir qayaya söykənmişəm,
Deyirəm kaş,
Bax beləcə daşa dönəm,
Yavaş - yavaş.

O yenə də Məmməd Arazın şeirindəki fikri təsdiq etdi:

Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
Olmaz ölkə Vətəndaşı!

Qulu Xəlilov “Yaşamaq istəyirəm” əsərini yazmışdı. Və onun həyat eşqi güclü idi, yaşamaq istəyi hədsiz idi. Qulu Xəlilov yaşamaq, yaratmaq istəyirdi. Ancaq həyatın çətinlikləri, ağrıları ədalətsizlik və haqsızlıq onu cana gətirmişdi. Televiziya müsahibələrinin birində dediyi kimi: “Dünyanın ən böyük adamlarını həyat cana gətirdikdə yaşamaq istəmir. Amma mənim özüm də bəzən özümü ölü kimi hesab edirəm”. O, ruhən, təbiətən çox diri və mübariz adam idi. Ona görə də yaşamaq istəyirdi. Və “Yaşamaq istəyirəm” əsərini də yazdı. Harada mərd, cəsarətli, ədalətli, obyektiv mövqe varsa, orada Qulu Xəlilovun ruhu var. Orada Qulu Xəlilov yaşayır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha 40 PKK terrorçusu zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51 Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı 9 May 2021, 09:45 İlon Mask sindromdan əziyyət çəkdiyini etiraf etdi 9 May 2021, 09:40 Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü 9 May 2021, 09:30 ABŞ-da atışma: 3 nəfər yaralandı 9 May 2021, 09:19 Məşhur oyunun azərbaycanlı qurucusu: “Ronaldinyonun bizimlə əməkdaşlıq edəcəyini gözləmirdik” - MÜSAHİBƏ 9 May 2021, 09:11 Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir 9 May 2021, 09:10