Arxiv
17 Oktyabr 2014, 13:41 |
Qürbətin doğma məzarları: Təzyiqlərə məruz qalan nazir - Lütfəli Abdullayevin qaynatası


Bu şəxs bəlkə də layihənin istiqamətinə uyğun gəlmir. Bəlkə də onun qürbətə getdiyini söyləmək doğru olmazdı. Hər halda tədqiqatçılar belə deyir. Amma fakt faktlığında qalır. Cumhuriyyət dövrünün tanınmış maarifçilərindən olan Əhməd bəy Pepinov başqa məsləkdaşları kimi vətəni məcburi şəkildə tərk edərək, maarifçilik fəaliyyətini qürbətdə davam etdirib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut edəndən sonra bir müddət Azərbaycan SSR-də maarif naziri, daha sonra isə Qazaxıstanda maarif nazirinin müavini kimi yüksək postlarda çalışıb. Bütün bunlara baxmayaraq, Stalinin zamanı cənginə alan repressiya dalğası ondan da yan keçməyib.

Modern.az saytı “Qürbətin doğma məzarları” rubrikasında budəfə maarifçi, Xalq Cumhuriyyətinin parlament və V Nazirlər Kabinetinin üzvi, əmək və torpaq naziri olan Əhməd bəy Pepinovdan danışılacaq.

...Pepinov işğalçı Qırmızı ordunun Bakıya yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində parlamentin digər üzvü Rəhim bəy Vəkilovla  danışıqlar aparmaq üçün Qroznı  şəhərinə göndərilib. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik edib. Amma köhnə AXC naziri kimi ona münasibət birmənalı olmayıb. Davamsız təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur olub. Daha sonra Alma-Ataya gedir və 1934-cü ildən etibarən  Qazaxıstan SSR maarif nazirinin müavini işləyib.

Pepinov repressiyaya Qazaxıstandan getsə də, onun bütün həyatı Azərbaycanla bağlı olub.

Əvvəlcə onu deyək ki, Əhməd bəy Mirzə Cəlilin ən yaxın məsləkdaşı maarifçi-publisist Ömər Faiq Nemanzadənin bacısı oğludur. Onun ziyalı şəxs kimi formalaşmasında Ömər Faiqin rolu əvəzsizdir. Tədqiqatçı Qərənfil Quliyevanın da dediyinə görə, Pepinov məhz onun sayəsində həm “Molla Nəsrəddin” jurnalı, həm də “Açıq söz” qəzetində çoxsaylı məqalələrlə çıxış edib və dövrünün görkəmli ziyalıları ilə təmasda olub.

Ə. Pepinovun qısa zaman ərzində görkəmli ziyalı kimi formalaşması, AXC-in əsas qanunlarının qəbul edilməsində onun xüsusi xidmətlərinin varlığından danışmaq  təkrarçılıq kimi anlaşılar. Çünki kifayət qədər bu məqamlara toxunulub. Təkcə onu demək kifayətdir ki, Cumhuriyyətin oxumaq üçün xaricə 100 tələbə göndərməsi aktının əsas müəlliflərindən biri Əhməd bəy Pepinovdur.

1919-cu ildə Cumhuriyyət parlamentinin sədri Həsən bəy Ağayevin qızı ilə ailə quran Pepinov 1920-ci ildə Yusifbəyli  hakimiyyətinin istefasından sonra vəzifəsindən kənarlaşdırılıb. Amma bəzi tarixi əsaslara görə sovet rejimi başqa cumhuriyyətçilər kimi Pepinova toxunmayıb, ondan öz kadrları kimi faydalanamğa çalışıb. Böyük təcrübəyə malik olan Pepinov yenidən başqa sahədə nazir vəzifəsinə gətirilsə də, bu postda çox qala bilməyib. Repressiyaya məruz qaldıqdan sonra isə ailəsinin aqibəti xeyli çətinləşib.

“Pepinov” soyadını daşıyan şəxslər müəyyən dairələr tərəfindən təqiblərə məruz qalırdılar. Pepinovun repressiya qurbanı kimi məhrumiyyətlərə məruz qalan ailə üvlərindən biri də qızı Sevda Pepinova olub.

Maraqlı fakt kimi onu da deyək ki, Sevda xanım Azərbaycan komediya sənətinin korifeylərindən sayılan aktyor Lütfəli Abdullayevin həyat yoldaşı olub. Aktyor məhz Pepinov amilinə görə Sevda xanımla nə az, nə çox düz 9 il evlənə bilməyib. Amma öz sevgisinə sona qədər sadiq qalıb, başqaları başını dinc saxlamaq üçün  xanım Pepinovadan uzaq gəzəndə, yalnız o, sevdiyi qızı tək buraxmayıb. Sevda xanım sonralar xatirələrində bunları qeyd edəcəkdi:

“O zaman ailəmizin vəziyyəti çox da yaxşı deyildi. Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri Əhməd bəy Pepinov olduğu üçün ailəmiz ”xalq düşməni" sayılırdı. 1937-ci ildə atamı güllələmişdilər. Sözsüz ki, xalq düşməninin qızına o vaxt yaxın düşən yox idi. Amma Lütfəli heç nəyə baxmadı. Onun belə mərdliyi mənə hər şeydən əziz idi. Biz 1948-ci ildə evlənmək istəsək də, bu istəyimiz ancaq 1956-cı ildə baş tutdu. Bu illər ərzində anam rəhmətə getdi, 1955-ci ildə atamın bəraətini aldım. Ondan sonra mənimlə evlənmək istəyənlərin sayı çoxaldı. Ancaq mənim onların heç birinə inamım qalmamışdı. Ona görə də dedim ki, ailə qursam, Lütfəli ilə quracağam. Bir ay nişanlı qalandan sonra toyumuz oldu. O hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi, sənin atanın oğlu yoxdur, öz soyadını daşı”.

Mərhum aktyorun bu addımı Əhməd bəyin xatirəsinə ən böyük ithaf idi. Çünki Azərbaycanın ilk alman dili mütəxəssislərindən olan Savda xanımdan savayı Pepinov soyadını daşıyan kimsə yox idi. Çünki bu soyadın daşıyıcıları hər zaman təzyiqlərlə üzləşirdilər.

Araşdırmaçı Savalan Fərəcov buna misal olaraq repressiyanın digər qurbanı Tağı Şahbazi ilə bağlı hadisəni qeyd edir:

“Azərbaycandan köçməsinə baxmayaraq, bolşevik hökumətinin əl çəkmədiyi  Pepinovun məsləkdaşları da sorğu-sual edilib. Tağı Şahbazinin həbsindən sonra istintaqının ilk dörd ayında müstəntiq ondan özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələri ala bilmir. Müstəntiq, hətta onu bir çox adamla üzləşdirsə də, məqsədinə çata bilmir. Bu üzləşdirmələrdən biri diqqəti daha çox çəkir. 1937-ci il oktyabrın 4-də müstəntiq Tağı  Şahbazini Qubaydullinlə üzləşdirmişdi. Onun ifadəsində deyilir: “Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitmişdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi-millətçi blok formalaşıb və blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə, həmçinin Sultan Qaliyevdən də Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim...””.

Pepinovun hazırda Bakıda yaşayan yadigarları var. Lütfəli Abdullayevin iki qızı hər zaman atalarının olduğu kimi, Cumhuriyyət naziri olan babalarının da xatirəsini yad edilər.

Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25