Arxiv
26 Oktyabr 2014, 19:21 | ƏDƏBİYYAT
Kor olmuşam - Leyla Əliyeva

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Kor olmuşam” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Я слеп)

Kor olmuşam, gözlərim
bir qaranlıq dünyadır.
Gündüz nə, gecə nədir? –
gözüm bunu... anlamır.
Bircə onu bilirəm:
Korları sevməyirlər,
Sadəcə acıyırlar –
Yardım, sovqat, azuqə –
Bircə bunu bilirlər...

Kor olmuşam...
                 Qorxudan,
şəkk-şübhədən uzağam
Bunlar yoxsa, söylə bəs,
Mən nədən qorxmalıyam?
Gözü nurlularasa
Hərdən hey acıyıram,
Bəsirət gözlərinin
Korluğuna yanıram...

Deyirəm ki, gözlülər,
Arzulara ruhlanıb,
Həyata sevinmirlər?
Yoxsa, qanadsız qalıb,
Faniliyin cəngində
İlişib, can verirlər..?
Mənsə koram...
                    korları
görməyə yox gözləri...
amma ki, bacarırlar
Bal kimi yalanları,
bizə yedizdirməyi...

Kor olmuşam, amma ki,
Çox yaxşı eşidirəm
Boşuna qaçmaların,
Vecsiz can atmaların
İzdihamlı səsini.
“Nə olacaq?” – deyərək
Qulaqları səsdədir.
Olanlarına isə
Qiymət vermirlər nədən. –
Bu da bir xəstəlikdir?

Kor olmuşam... amma ki,
Hissiyatım yaşayır,
Təbiətdə hər bir rəng,
Ruhuma işıq saçır...
Kor olmuşam... amma ki,
“Vaxt çatmır, vaxtım yoxdur” –
Deyən gileylilərə,
Gözü nurlu kəslərə
Kor gözlərim acıyır...

Eşitmirlər, duymurlar
biz korlar tək sevginin
musiqili səsini...
Nə olsun ki, mən koram,
xəyallara dalanda,
arzular qanadında,
uçanda, ucalanda,
Seyr edirəm dünyanın
hər bir gözəlliyini.

Allahımı sevirəm,
ona yaxın olanda
göylərə ucalıram;
Əllərimlə astaca
qübbəni oxşayıram.
Möcüzəyə inamı
Könüllərdən qoparan
həyəcanı atıram,
Sadəcə unuduram...

İncikliyi, təlaşı,
həsədi, paxıllığı
silirəm ürəyimdən.
Mənə göz lazım deyil,
çətinə düşənlərə,
kömək, arxa olmaqçun
Allahdan yalnız qüvvət,
bir də güc diləyirəm..!

Adamlar! Kor olsam da,
sizlərdən biriyəm mən..!
Sonda kor da, gözlü də
Gedəcək bu dünyadan;
Ölümü qəbul edən
bəşər övladıyam mən.
Yaxşısı budur gəlin,
bir deyək, birgə gülək.
Çalışaq ki, zülmətdən,
işığı görə bilək,
İşığı bölə bilək...

Ruscadan çevirəni: Mahir Qabiloğlu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59